İndi reallığı dərk və qəbul etmək vaxtıdır
Siyasət

İndi reallığı dərk və qəbul etmək vaxtıdır

1991-1992-ci illərdə keçmiş sovet imperiyasının çöküşündən sui-istifadə edən erməni millətçiləri qədim yurd yerimiz olan Xankəndidə məskunlaşan hayların pozulmuş "hüquq" "öz müqəddəratını təyinetmə" adı altında mitinqlərə başladılar. Həmin dövrdə "saqqallılar" adlandırılan cinayətkar erməni dəstələri Xankəndidə ətraf ərazilərdə yaşayan yerli azərbaycanlılara qarşı etnik nifrət zəminində təcavüz edir, onların evlərinə basqın edərək yaşadıqları binaları yandırır, Xankəndidəki pedaqoji institutda oxuyan azərbaycanlı tələbələri girov götürür, yerli sakinləri öz dədə-baba yurdlarından qovurdular.

Dağılmaqda olan keçmiş sovet dövlətinin prezidenti, əlləri xalqımızın qanına bulaşmış ermənipərəst Qorbaçovun tərəfkeşliyi birbaşa köməyi nəticəsində keçmiş Dağlıq Qarabağın Azərbaycanın tərkibindən çıxarılaraq Ermənistana birləşdirilməsi haqqında qərar qəbul edildi. Təpədən dırnağadək silahlanmış erməni dəstələri onların havadarları sayəsində həmişə dinc bölgə olan Qarabağ qana boyandı, cəzasızlıq şəraitində qalan ermənilər azərbaycanlılar yaşayan kəndlərə hücum edərək yerli sakinləri qətlə yetirir, evlərini yandırır, onları didərgin salırdılar. Azərbaycanda hakimiyyəti əllərinə keçirmiş AXC-Müsavat cütlüyü demək olar ki, erməni separatçılarının iddiaları cinayətləri qarşısında yumşaq mənada desək, aciz qalmışdılar. Cinayətkar ermənilərə layiq olduqları yeri göstərə bilmirdilər. Ətraf rayonları işğal edən azərbaycanlıları oradan qovan ermənilər bununla da, həmin ərazilərdə anklav yaratdılar.

Bəzi ermənipərəst ölkələr Azərbaycana təzyiq etmək üçün ermənilərdən alət kimi istifadə edir, onlara bu işdə kömək göstərirdilər. Əslində isə ermənilərin qurama qondarma "dövlət"ini heç bir ölkə tanımadı, əksinə bir ovuc separatçını öz çirkin oyunlarına alət etdilər. Əzəli torpaqlarımızı 30 ilə yaxın işğalda saxlayan sərvətlərini talayan Ermənistanı Xankəndidəki xunta rejimini 44 günlük müharibədə diz çökdürən qəhrəman silahlı qüvvələrimizin bölmələri yeddi rayonu 300-dən çox kəndi işğaldan azad etdilər. Millətçilərin dünyaya sırıdıqları erməni mifi yerlə bir edildi, separatçıların hamısı qaçıb gizləndi. Rusiya sülhməramlı qüvvələri bölgəyə gələndən sonra onların arxasında gizlənərək yenidən Azərbaycana qarşı kin, küdurət etnik nifrət püskürməyə başladılar, gizli yollarla, ermənipərəst sülhməramlılarının müşayiəti ilə Xankəndiyə silah-sursat daşımağa başladılar. Ermənilər unudurlar ki, onların topu, tüfəngi öz başlarında çatlayacaq.

 Qalib Ali Baş Komandan İlham Əliyev beynəlxalq tribunalardan dəfələrlə bildirdi ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adında yer yoxdur, heç bir status-kvodan söhbət gedə bilməz dövlətimizin başçısı qətiyyətli mövqeyi ilə bəzi ölkələrin çirkin oyunlarının qarşısına sipər çəkdi, erməni vətəndaşlarına barış əlini uzatdı. Qarabağda olan Azərbaycanın erməni vətəndaşları reinteqrasiyadan sonra bərabərhüquqlu vətəndaş kimi sülh, əmin-amanlıq şəraitində yaşayacaqlar. Bir qrup erməni separatçı onların beş-on tərəfdarı isə Azərbaycanın ərazi bütövlüyünü qəbul edən tanıyan Ermənistan hökumətinə etirazını bildirir, onları qorxaqlıqda satqınlıqda ittiham edir. Təbii ki, qorxaq separatçılar qatı cinayətlərini ört-basdır etmək, öz kirli dərilərini quyruqlarını qorumaq istəyirlər, dünyada baş verən gedişatdan isə baş çıxara bilmirlər.

Azərbaycanın şanlı qələbəsindən sonra regionda yeni reallıq yaranıb, işğala məruz qalan ölkə öz ərazi bütövlüyünü təmin edib, Ermənistanla sərhəddə Laçın gömrük keçid məntəqəsini yaradıb, uzun illər ərzində aparılan danışıqlarda söz sahibinə çevrilib. ABŞ Avropanın bəzi ölkələri sülh danışıqlarında Azərbaycanın haqlı mövqeyini müdafiə edir, tərəfləri sülh müqaviləsini imzalamağa çağırır.

 Baş nazir N.Paşinyanın Azərbaycanın ərazi bütövlüyünü tanıması haqqında bəyanatı heç birmənalı qarşılanmayıb. İrəvanda millətçilər digər təxribatçı qüvvələr xalqı etiraza səsləyirlər. Bir qrup şovinistin axına qarşı getmək istəməsi Don Kixotun yel dəyirmanı ilə qovğasına bənzəyir. Düşmən ölkənin parlamentinin vitse-spikeri Hakop Arşakyan jurnalistlərə müsahibəsində bildirib ki, bizim Azərbaycandan heç bir ərazi iddiamız yoxdur. Bəs, siz jurnalistlərin Azərbaycandan