Heydər Əliyevin məhkəmə-hüquq sisteminin təşəkkülü və inkişafında rolu
Siyasət

Heydər Əliyevin məhkəmə-hüquq sisteminin təşəkkülü və inkişafında rolu

Müstəqil Azərbaycan Respublikasının banisi, dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyevin hüquqi dövlət quruculuğu prosesindəki əsas fəaliyyət istiqamətlərindən birini müasir demokratik məhkəmə-hüquq sisteminin formalaşdırılması, ölkəmizdə ədalət mühakiməsinin əsas şərtlərə prinsiplərə uyğun olaraq həyata keçirilməsinin təmin edilməsi təşkil etmişdir. Bu istiqamətdə ilk mütərəqqi addım müstəqil Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsi olmuşdur. Ulu öndər Heydər Əliyevin şəxsən rəhbərlik etdiyi komissiya tərəfindən hazırlanaraq ümumxalq müzakirəsinə çıxarılan Konstitusiya layihəsi 1995-ci il noyabrın 12- keçirilən ümumxalq səsverməsində - referendumda qəbul edilmiş, noyabrın 27- qüvvəyə minmişdir. Bununla da Azərbaycan Respublikası tarixində məhkəmə-hüquq islahatları üçün mərkəzi normativ baza yaradılmışdır.

İlk dəfə olaraq Azərbaycan Respublikasının Konstitusiyasında tanınmış fransız siyasi mütəfəkkiri Şarl Lui Monteskyönün irəli sürdüyü demokratik-hüquqi dövlətlərin inkişafında böyük rol oynamış hakimiyyətlərin bölgüsü prinsipi təsbit olunmuşdur. Belə ki, Konstitusiyamızın 7-ci maddəsinin III hissəsinə əsasən Azərbaycan Respublikasında dövlət hakimiyyəti hakimiyyətlərin bölünməsi prinsipi əsasında təşkil edilir. Qanunvericilik hakimiyyətini Azərbaycan Respublikasının Milli Məclisi həyata keçirir; icra hakimiyyəti Azərbaycan Respublikasının Prezidentinə mənsubdur; məhkəmə hakimiyyətini Azərbaycan Respublikasının məhkəmələri həyata keçirir.

Azərbaycan Respublikasının Konstitusiyasında yüz illər boyu bəşəriyyətin əldə etdiyi mütərəqqi dəyərlər öz əksini tapmışdır. Konstitusiyada xalqın dövlət hakimiyyətinin yeganə mənbəyi olması, idarəçiliyin hakimiyyət bölgüsü əsasında təşkili kimi təməl prinsiplər təsbit olunmuş, insan hüquq azadlıqlarının müdafiəsi isə dövlət siyasətinin əsas istiqaməti, bütün dövlət orqanlarının fəaliyyətinin əsas məqsədi kimi müəyyən edilmişdir.

Bu yeni, mütərəqqi Konstitusiyamıza əsaslanaraq mükəmməl hüquq sistemi formalaşdırmaq üçün ulu öndər qabaqcıl beynəlxalq təcrübəni, ümumbəşəri demokratik prinsipləri rəhbər tutmaqla, hüquqi islahatların həyata keçirilməsi məqsədilə 21 fevral 1996- ildə Hüquqi İslahatlar Komissiyası yaradılması barədə sərəncam imzalamışdır. Məhz bu Komissiyanın səmərəli fəaliyyəti nəticəsində "Məhkəmələr hakimlər haqqında", "Konstitusiya Məhkəməsi haqqında", "Prokurorluq haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında", "Notariat haqqında" "Polis haqqında", "Vəkillər vəkillik fəaliyyəti haqqında" digər qanunlar qəbul edilmişdir. Bu qanunların qəbul edilməsi ölkəmizdə məhkəmə-hüquq islahatları sahəsində atılan çox vacib addımlar olmaqla müstəqil məhkəmə sisteminin yaradılmasına fəaliyyət göstərməsinə imkan yaratmışdır.

Konstitusiya normalarının həyata keçirilməsinin məntiqi nəticəsi kimi qısa müddət ərzində ölkədə demokratik, hüquqi dövlətin möhkəm təməli qoyulmuş, hüquq sistemində köklü dəyişikliklər həyata keçirilmiş, beynəlxalq təşkilatlar ekspertlər tərəfindən yüksək qiymətləndirilən, insan hüquqlarının daha etibarlı təminatına xidmət edən, müasir tələblərə uyğun yeni qanunlar, o cümlədən Mülki, Mülki-Prosessual, Cinayət, Cinayət-Prosessual, Vergi, Gömrük sair məcəllələr qəbul edilmişdir. Azərbaycanın tarixində ilk dəfə olaraq 1998-ci ilin iyul ayında konstitusiya nəzarəti orqanı - Konstitusiya Məhkəməsi yaradılmışdır.

Görkəmli siyasi xadim Heydər Əliyev insan vətəndaş hüquq azadlıqlarının təminatlı müdafiəsində məhkəmə hakimiyyətinin rolunu artırmaq üçün ciddi islahatlar aparmışdır. Ulu öndərin uğurlu fəaliyyəti nəticəsində ölkəmizdə üçpilləli məhkəmə sistemi yaradılmış, hakim korpusunun formalaşmasında tamam yeni üsul metodların tətbiqinə başlanılmış, hakim vəzifəsinə ədalətli şəffaf seçim məhkəmə-hüquq islahatlarının keyfiyyətlə aparılmasına təkan vermişdir.

Ümummilli liderin rəhbərliyi ilə həyata keçirilən tədbirlər nəticəsində 2000-ci ildə dövlətçilik tariximizdə ilk dəfə olaraq şəffaf prosedurlar əsasında, o cümlədən test üsulu ilə hakim seçimi aparılmış nəticədə hakim korpusu 60 faiz təzələnmişdir.

Hüquqi dövlət quruculuğunda məhkəmə hakimiyyətinin rolu nəzərə alınmaqla 1 dekabr 1998-ci il tarixli müvafiq fərmanla məhkəmələrin təşkil edilməsi, hakim vəzifəsinə namizədlərin seçilməsi, habelə məhkəmələr hakimlərlə bağlı digər məsələləri öz səlahiyyətləri dairəsində həyata keçirmək vəzifələrini yerinə yetirən, Azərbaycan Respublikasının Prezidenti yanında Məhkəmə-Hüquq Şurası yaradılmış, 24 dekabr 1998-