Heydər Əliyev və müasir dövlət quruculuğu
Siyasət

Heydər Əliyev və müasir dövlət quruculuğu

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin demokratik hüquqi dövlət quruculuğu sahəsində oynadığı müstəsna rolu obyektiv şəkildə dəyərləndirmək üçün yeni müstəqil Azərbaycan dövlətinin təşəkkül tarixinin ictimai-siyasi baxımdan səciyyəvi xüsusiyyətlərini araşdırmağa inkişaf yolunu təhlil etməyə ehtiyac vardır. Ulu öndərin anadan olmasının 100 illiyi ərəfəsində, "Heydər Əliyev İli"ndə bu mövzu xüsusi aktuallığı ilə seçilir. Belə ki, Azərbaycanda dövlət dövlətçilik anlayışlarının əsl mahiyyəti, ilk növbədə ulu öndər Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi hər iki dönəmdəki fəaliyyətində öz əksini tapmışdır.

Öncə qeyd etmək vacibdir ki, Heydər Əliyevin dövlətçilik siyasətinin ana xəttini həyatın bütün sahələrini əhatə edən çoxşaxəli fəaliyyət istiqamətlərinə uyğun olaraq milli mənəviyyatın formalaşması, tarixi soy-kökə qayıdış azərbaycançılıq prinsipləri təşkil etmişdir. Ciddi işgüzar keyfiyyətlər tələb edən fenomenal üslubu onun hələ Sovetlər Birliyi dövründən bəri topladığı zəngin idarəçilik təcrübəsinə söykənirdi. Ulu öndərin Azərbaycana rəhbərlik etdiyi birinci dövr - 1969-1982-ci illər müasir Azərbaycanın inkişaf tarixinə ilk dönüş mərhələsi kimi yazılmışdır. Belə ki, məhz həmin illərdə müəyyənləşmiş fundamental strateji istiqamətlər sonrakı müstəqillik dövrünün sosial-iqtisadi bazasına çevrildi. Ümummilli lider keçmiş SSRİ miqyasında Azərbaycanı ən geridə qalmış müttəfiq respublikadan mərkəzdən iqtisadi asılılığı olmayan öncüllər sırasına çıxarmağa nail olmuşdu. Ölkəmizdə nəhəng sənaye müəssisələrinin tikilməsi, hərbi məktəblərin açılması, bütün sahələr üzrə yüksəkixtisaslı milli kadrların hazırlanması, respublikanın misli görünməyən iqtisadi dirçəlişı məhz ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycanda o dövrə qədərki vaxtda mövcud olan neqativ meyillərin təhlili, cəmiyyətimizdəki rüşvətxorluq, korrupsiya hallarının etiraf olunması sağlam mütərəqqi milli təfəkkürün formalaşmasına əvəzsiz töhfə vermiş ittifaq miqyasında böyük əks-sədaya səbəb olmuşdu.

Sonrakı mərhələdə SSRİ-nin ali hakimiyyət orqanlarında mühüm siyasi postlarda Siyasi Büronun üzvü Nazirlər Soveti Sədrinin birinci müavini vəzifələrində çalışdığı zaman Heydər Əliyev Sovet İttifaqı kimi nəhəng bir ölkənin çox mühüm strateji sahələrinə rəhbərlik etmişdi. Buraya sosialist düşərgəsi ölkələri ilə əlaqələr, Yaxın Şərq problemlərinin həlli məsələləri, Uzaq Şərq, Mərkəzi Cənub-Şərqi Asiya, Latın Amerikası ölkələri ilə qarşılıqlı münasibətlər kimi geniş spektrli problemlərin idarə edilməsi daxil idi. İqtisadiyyatın ən çətin sahələrindən sayılan ağır yüngül sənaye, dəmir yolu, nəqliyyat, tikinti, habelə səhiyyə, təhsil, gənclərlə işlə bağlı mühüm məsələlər bilavasitə onun nəzarəti altında olmuşdur. Məşhur Baykal-Amur Magistralı da məhz onun ardıcıl səyləri nəticəsində uğurla tikilib başa çatdırılmışdır.

Heydər Əliyev hər zaman olduğu kimi, burada da öz xalqına, amallarına prinsiplərinə sədaqətini, dünya miqyasında yüksək nüfuzunu qoruyub saxlaya bilmişdi. O, Kremldəki yüksək mövqeyindən məharətlə istifadə edərək respublikamızda xalq təsərrüfatının inkişafını təmin etmək üçün Sov.İKP MK-nın SSRİ Nazirlər Sovetinin mühüm qərarlarının qəbul edilməsinə nail olmuş Azərbaycanın mərkəzi büdcədən asılılığını minimuma endirərək, demək olar ki, müstəqil fəaliyyətini təmin etmişdir. Yuxarıda göstərilən tarixi reallıqlar Heydər Əliyevin gəldiyi nəticənin inkarolunmaz həqiqət olduğunu bir daha sübut edir: "Azərbaycanın Sovet dövründə inkişafının ən bariz nəticəsi odur ki, həmin dövrdə yaranmış iqtisadi, elmi-texniki mədəni potensial respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratmışdır".

 

Məhz Heydər Əliyevin yorulmaz, məqsədyönlüardıcıl qətiyyətli mübarizəsi nəticəsində respublikamız hərtərəfli inkişafa nail oldu, ictimai-siyasi sabitlik, sülh əmin-amanlıq bərpa edildi, demokratiyanın inkişafı, hüququn aliliyi, beynəlxalq birliyə inteqrasiya, bazar iqtisadiyyatı vətəndaş cəmiyyəti quruculuğuna keçid prosesi gerçəkləşdiBu baxımdan, dünyanın siyasi arenasında müstəqil subyektə çevrilmiş Azərbaycanda milli dövlətçilik ənənəsinin formalaşması, ilk növbədə,