Tariximizin şanlı səhifəsi
Siyasət

Tariximizin şanlı səhifəsi

Azərbaycan xalqı böyük, azadlıqsevər mütərəqqi xalqdır. Onun gücü, iradəsi sarsılmaz daimidir. Ölkədə regionda olan qarşıdurmalar qarışıqlıqlar o dövrdə bir çox hadisənin baş verməsinə təkan verirdi.

Rusiya Federasiyasının region dövlətlərə göstərdiyi təzyiq, söz azadlığının, seçib-seçilmə hüququnun olmaması, insani dəyərlərin aşağı olması artıq Azərbaycan xalqını bezdirmişdi. Rusiyada 1917-ci il fevral inqilabından sonra Zaqafqaziyada Dövlət Dumasına seçilmiş deputatlardan ibarət xüsusi komitə, noyabrda isə Zaqafqaziya Komissarlığı yaradıldı. Bundan sonra 1918-ci il fevralın 14- Zaqafqaziyadan Rusiya Müəssislər Məclisinə seçilən bolşeviklərin Oktyabr inqilabından sonra orada iştirak edə bilməyən nümayəndələri Tiflisdə toplaşdılar. Nəticədə Zaqafqaziyada ali hakimiyyət orqanı kimi Zaqafqaziya Seymi yaradıldı. Lakin seymdə olan nümayəndələr digər hakimiyyət zümrələri kimi öz millətinin mənafeyini ümumzaqafqaz mənafeyindən üstün tuturdu. Yəni yenidən parçalanma gözlənilən idi. Nəhayət, 1918-ci il mayın 25- Zaqafqaziya Seyminin son iclası keçirildi. Nəticədə Gürcüstan Seymi tərk edərək müstəqilliyini elan etdi. Mayın 27- Seymin 44 nəfər müsəlman üzvü Tiflisdə toplaşaraq, Azərbaycanın idarə olunmasını öz üzərinə götürmək qərarına gəlir özlərini Azərbaycanın Milli Şurası elan edirlər. Bununla da ilkin addımlar atılmağa başlanılır Məhəmməd Əmin Rəsulzadə Azərbaycan Milli Şurasının sədri seçilir. Bundan sonra 1918-ci il mayın 28- Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurası Azərbaycanın istiqlaliyyəti haqqında bəyannaməni qəbul edir. Bəyannamədə belə qeyd edilirdi: "Bu gündən etibarən Cənubi-Şərqi Zaqafqaziyadan ibarət Azərbaycan xalqı artıq müstəqil bir dövlətdir. Onun hakimiyyəti Xalq Cümhuriyyətinə məxsusdur. Azərbaycan Xalq Cümhuriyyəti bütün millətlər birbaşa əlaqədə olduğu dövlətlərlə münasibəti, əməkdaşlığı onun məsuliyyətindədir. Azərbaycan Xalq Cümhuriyyəti millət, məzhəb, sinif cins fərqi olmadan onun torpaqlarında yaşayan bütün vətəndaşlarına öz hüquq haqlarını təmin edir ərazisində yaşayan digər azlıqlara sərbəst inkişafları üçün geniş imkanlar yaradır".

Daima öz xalqını, onun rifahını, inkişaf gələcəyini düşünən AXC bir çox qərarlar qəbul etdi. Şərqdə ilk dəfə qadınlara seçmə hüququ vermək o dövrlərdə ən çətin radikal düşüncələri məhv etmək üçün atılmış ən böyük addımlardan biri olub. Yüz il əvvəl qoyulan həmin təməllərin nəticəsidir ki, bu gün Azərbaycan qadınları öz haqq hüquqlarını çox yaxşı bilirlər. 23 ay ömrü olmasına baxmayaraq, böyük gələcək yönümlü işlər görülüb. Şərqdə ilk demokratik dövlət olması demokratik dəyərlərin qorunması üçün apardığı mübarizə ilə tarixə adını qızıl hərflərlə yazıb. Azərbaycanın müstəqilliyinin qazanılması, müasir dövlətin qurulması demokratik dəyərlərin bərqərar edilməsi istiqamətində Cümhuriyyətin xidmətləri daima yadda qalacaq.

Azərbaycan Xalq Cümhuriyyətinin qısa fəaliyyəti dövründə, dövlətçilik, demokratiya insan haqları sahəsində müasir standartlara uyğun səviyyədə yeniliklər edilib. Bu yeniliklər arasında milli mədəniyyətin, dilin təhsilin qorunması, müstəqillik mübarizəsinin səsləndirilməsi, demokratik xarakterli seçkilərin keçirilməsi qadınlara seçki hüquqlarının verilməsi kimi məsələlər var idi.

Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyəti dövründə Məhəmməd Əmin Rəsulzadənin gördüyü işlər, xalqa verdiyi töhfələr əvəzsizdir. 1918-ci il iyunun 17- Rəsulzadənin sədrliyi ilə Milli Şuranın növbəti iclası keçirilir. Sayca 7-ci olan iclasda Milli Şuranın buraxılması bütün hakimiyyətin yeni yaradılacaq hökumətə həvalə olunması məsələsi təklif olunur. Həmin iclas, öz növbəsində, gələcək günlərdə görüləcək işlər üçün körpü rolunu oynamışdı. İclas zamanı iki mühüm qətnamə qəbul edilmişdir. Bunlardan biri, Azərbaycan Milli Şurasının buraxılması, bütün qanunverici icraedici hakimiyyətin F.X.Xoyskinin sədrlik etdiyi Azərbaycan müvəqqəti hökumətinə verilməsi haqqında olub. İclas zamanı Xoyski bildirib ki, onun yaratdığı yeni hökumətin başlıca vəzifəsi Azərbaycanın azadlığı istiqlaliyyəti uğrunda mübarizə olacaqdır. Bundan sonra dövlət