İyunun 3-də Yeni Azərbaycan Partiyası (YAP) və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi" mövzusunda konfrans keçirilib.
Yeni Azərbaycan Partiyası Mərkəzi Aparatından verilən məlumatda bildirilir ki, Konfrans iştirakçıları əvvəlcə Fəxri xiyabana gələrək müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, Ümummilli Liderimiz Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar. Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.
Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Sonra Ulu Öndər Heydər Əliyevin və Vətən uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Konfransda çıxış edən YAP Sədrinin müavini - Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov bildirib ki, xalqımızın Ümummilli Lideri, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu, müdrik dövlət xadimi Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə istər ölkəmizdə, istərsə də respublikamızın hüdudlarından kənarda keçirilən tədbirlər Ulu Öndərin müasir dövlətçilik tariximizdə müstəsna yerinin və rolunun tədqiq olunması baxımından olduqca önəmlidir: "Ümummilli Liderimizin dünənin, bu günün və gələcəyin partiyası kimi səciyyələndirdiyi, 30 il ərzində zəngin və şərəfli inkişaf yolu keçərək Heydər Əliyev ideyaları əsasında Azərbaycana tarixi uğurlar - möhtəşəm nailiyyətlər qazandıran Yeni Azərbaycan Partiyası tərəfindən də "Heydər Əliyev İli" çərçivəsində silsilə tədbirlər reallaşdırılmaqdadır. Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı və Azərbaycanda Rus İcmasının birgə təşkilatçılığı ilə "Heydər Əliyev: multikulturalizm və tolerantlıq Azərbaycan cəmiyyətinin inkişaf konsepsiyası kimi" mövzusunda keçirilən bugünkü konfrans da Heydər Əliyev irsinin öyrənilməsi, Onun əbədiyaşar ideyalarının geniş ictimaiyyətə çatdırılması və gənc nəslə aşılanması baxımından mühüm əhəmiyyətə malikdir".
YAP Sədrinin müavini qeyd edib ki, çoxəsrlik dövlətçilik və müasir müstəqillik tariximizin ən taleyüklü məqamları, həlledici anları və tarixi nailiyyətləri məhz Heydər Əliyevin adı ilə bağlıdır. "Mənim həyat amalım yalnız bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mədəni inkişafına xidmət olub", - deyən Ümummilli Lider fəaliyyətinin bütün mərhələlərində Azərbaycanın inkişafına, milli maraqlarının, dövlətçilik mənafelərinin qorunmasına, tarixi ənənələrin və milli-mənəvi dəyərlərin yaşadılmasına xidmət edən misilsiz işlər görmüşdür. Xüsusi qeyd etmək istəyirəm ki, Heydər Əliyevin ölkəmizə rəhbərlik etdiyi 1969-1982-ci illər Azərbaycan SSR tarixində bütün sahələrdə inkişafla xarakterizə olunan ən parlaq dövrdür. Məhz 1969-cu ildən - Heydər Əliyevin ölkə rəhbərliyinə gəlişindən sonra atılan addımlar - görülən işlər hərtərəfli inkişafı və yüksəlişi təmin edən həlledici amil olmuşdur. Həmin tarixi mərhələyə nəzər salan Prezident İlham Əliyev qeyd etmişdir ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 13 il ərzində Azərbaycan Sovet İttifaqı çərçivəsində ən inkişaf etmiş və qabaqcıl respublikaya çevrilmişdir: "Əlbəttə, Azərbaycan müstəqil deyildi və Sovet İttifaqında müəyyən ideoloji çərçivələr də var idi. Ancaq buna baxmayaraq, həm respublikanın sosial-iqtisadi inkişafında, həm milli-mənəvi dəyərlərin təbliğində o illərdə Heydər Əliyev böyük işlər görmüşdür".
Tahir Budaqov vurğulayıb ki, 1982-ci ilin dekabrında SSRİ Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini kimi də Azərbaycanın mənafelərini qətiyyətlə qorumuş, xalqımızın rifahı və firavanlığı, respublikamızın inkişafı üçün vacib işlər görmüşdür: "Bu, respublikanın 1969-1982-ci illər ərzində yaradılmış güclü sosial-iqtisadi baza əsasında inkişafını daha da sürətləndirmişdir. Bu dövrdə atılan addımlar təkcə Azərbaycan SSR-in deyil, Sovet ittifaqının tərkibində olan digər bir sıra respublikaların da inkişafına müstəsna töhfə olmuşdur. Xüsusi olaraq bir məqamı diqqətə çatdırmaq istəyirəm ki,