Gürcüstanın müdafiə naziri Azərbaycanda səfərdədir
Gündəm

Gürcüstanın müdafiə naziri Azərbaycanda səfərdədir

Noyabrın 27-də Bakıda keçiriləcək Azərbaycan-Gürcüstan-Türkiyə müdafiə nazirlərinin 10-cu üçtərəfli görüşündə iştirak etmək üçün Gürcüstanın müdafiə naziri Cuanşer Burçuladze Azərbaycana səfər edib.

Bu barədə "Respublika" Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir.

Qeyd edək ki, ikitərəfli və üçtərəfli formatda keçiriləcək görüşlərdə birgə hərbi əməkdaşlığın inkişaf perspektivləri və regional təhlükəsizliyə töhfə verəcək bir sıra məsələlərin müzakirəsi nəzərdə tutulub.