Güney Azərbaycanda Azərbaycan dili
Güneydən səslər

Güney Azərbaycanda Azərbaycan dili

Güney Azərbaycanda Azərbaycan dili min illərdir ki, istifadə olunmaqdadır. Quzey Azərbaycan öz müstəqilliyini bərpa etmiş dünyada informasiya kommunikasiya sahəsində ciddi irəliləyişlər əldə edərək, son dövrdə yalançı təbliğatın qarşısını ala bilmişdir.

İranlılar Güney Azərbaycan türklərinin son dövrlərdə gəlib buralarda məskən saldıqlarını təlqin etməyə çalışırlar. Pəhləvi dövründən fars şovinizmi İran dövlətinin rəsmi dövlət siyasətinə çevrilmiş məqsədyönlü olaraq Azərbaycan tarixi uydurmalara təhrifə məruz qalmışdır. Təhrifçilərin dediyinə görə, səlcuqların XI əsrdə Azərbaycana köçməsi ilə Azərbaycanı türkləşdirmişlər. Onlar türk dilinin Azərbaycanda yayılmasını 70 illik Qaraqoyunlu Ağqoyunluların hakimiyyəti dövrü ilə bağlayır.

Bu cür uydurulmuş fıkirləri təbliğ edənlər az deyildir. Onlardan Əhməd Kəsrəvini, Cavad Şeyx əl İslamini göstərmək olar. Bu tip şovinistlər Güney Azərbaycanda 35 milyondan artıq Azərbaycan türkünü farslaşdırmaq məqsədi güdmüşlər. Beləliklə, 50 il müddətində Azərbaycanın farslaşdırılması nəzərdə tutulurdu. Quzey Azərbaycanın müstəqilliyi ilə Azərbaycan türklərinin başı üstündən qara buludlar çəkildi həqiqət Günəşi özünü göstərməyə başladı.

Güney azərbaycanlı alim tədqiqatçı, mərhum professor Məhəmməd Tağı Zehtabi müxtəlif mənbələri araşdıraraq çox qiymətli "İran türklərinin əski tarixi"ni yazmışdır. O, avropalı, bir çox başqa xalqların tədqiqatçı arxeoloqlarının fikirlərinə əsaslanaraq belə bir versiya irəli sürür ki, Türküstan, Azərbaycan, Zaqros dağları, ikiçayarası ətraf ərazilər vahid mədəniyyət təsiri altında olmuşdur. Bunu daha çox həmin ərazilərdə tapılmış vahid mədəniyyət qalıqları sübut edir.

Azərbaycanın qədim türklərin məskəni olmasını islam alim tarixçiləri qeyd etmişlər. Ərəb tarixçisi İbn-i- Heşam öz əsərində yazır: "Dövrün xəlifəsi Ubeydə sual verir ki, türk Azərbaycan nədir. Ubeyd cavabında deyir: Azərbaycan qədimdən türklərlə məskun bir ölkədir".

Azərbaycanda türklərin yaşamasını ərəb-fars tarixçisi Əbu Əli Məhəmməd Bələmi göstərmişdir. O, "Tarixi Bələmi" adlı əsərinin 42-ci səhifəsində Azərbaycanın türklərin yaşadığı yer olmasına işarə edir.

Azərbaycanda çox qədimlərdən Azərbaycan türkcəsi mövcud olmuş dilimiz bir çox sahələrdə işlədilmişdir. Güney Azərbaycan tarixi boyu Xətai, Saib Təbrizi, Şeyx Qasim Ənvər, Həqiqi, Vəhidi Təbrizi, Qövsi Təbrizi bir çox məşhurların yetişdiyi ərazi olmuşdur. Eyni zamanda nəzərə almaq lazımdır ki, Şah İsmayıl Səfəvi dövründə Təbriz Azərbaycanın paytaxtı olarkən Azərbaycan türkcəsi hələ o dövrdə rəsmi dövlət dili olmuşdur.

Güney Azərbaycanda zaman-zaman böyük şair yazıçılar yetişmiş, mədəniyyətimizə çox qiymətli əsərlər töfhə etmişlər. Dilimiz ədəbiyyatımızla birbaşa bağlı olan Füzulinin türkcə "Divan"ı birinci dəfə olaraq 1828-ci ildə Təbriz şəhərində çap edilmişdir.

Güney Azərbaycanda Azərbaycan türkcəsində hələ XIX əsrin birinci yarısından kitabların nəşr edilməsi dilimizin əhəmiyyəti bu məmləkətin Təbriz başda olmaqla mədəniyyət mərkəzi olmasından irəli gəlir.

Azərbaycanda məşrutə inqilabı inqilab ərəfəsində Azərbaycan türkcəsində qəzetlər nəşr edilir, ziyalılarımız aydınlarımız tərəfindən xalqa müasir mütərəqqi fikirlər aşılanırdı. Həmin dövrdə "Azərbaycan" qəzeti Təbrizdə 1907-ci ildə "Ədalət" qəzetinin əlavəsi olaraq nəşr edilirdi".

"1893- ildə Təbrizdə Rüştiyyə tərəfindən yeni üsulla təsis edilmiş savad təlimində müasir metodlardan istifadə olunan Müzəffəriyyə adlı ilk müasir ibtidai məktəb açılmışdır.

Şeyx Məhəmməd Xiyabani hərəkatı dövründə Güney Azərbaycanda Azərbaycan türkcəsi geniş şəkildə istifadə edilirdi. Hərəkatın başçısı Şeyx Məhəmməd Xiyabani odlu çıxışlarını Azərbaycan türkcəsində aparırdı. Həmin dövrdə çoxlu qəzet jurnallar buraxılırdı. Azərbaycan Demokrat Partiyasının orqanı olan "Təcəddüd" qəzeti həmin dövrdə buraxılmağa başladı. Bundan əlavə, "Azadistan" "Ədəb" jurnalları da nəşr edilirdi.

Azərbaycan xalqı Gülüstan