Bu il Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümüdür. Bütün ömrünü xalqımızın rifahına və təhlükəsizliyinə həsr edən ulu öndər həm də ölkə həyatının bütün sahələrində, eləcə də ədliyyə sistemində fundamental islahatların müəllifi kimi yadda qalmışdır.
1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyevin ilk işlərindən biri hüquqi müstəvidə islahatların aparılması bu sahədə, dolğun qanunvericilik bazasının formalaşdırılması olmuşdur. Heydər Əliyev haqlı olaraq hesab edirdi ki, insan hüquqlarının etibarlı təminatı üçün öncə mükəmməl, beynəlxalq standartlara cavab verən hüquqi bazanın yaradılmasına ehtiyac var. Yalnız bundan sonra qanunvericilikdən irəli gələn növbəti addımları atmaq mümkündür. Beləliklə, Heydər Əliyevin təşəbbüsü ilə "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Prokurorluq haqqında", "Polis haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" o cümlədən, hüquq sisteminin mahiyyətini müəyyən edən digər qanun və bütün əsas məcəllələrin layihələri hazırlandı. Ancaq ulu öndər bu məcəllələrin qəbul olunmasına tələsmir, qanunların beynəlxalq standartlara uyğunluğunu müəyyən etməyə çalışırdı. Heydər Əliyevin məqsədi Azərbaycanın hüquq sistemini dünyanın sivil, demokratik ölkələri səviyyəsinə yüksəltmək, bu sahədə hər hansı gerilik və boşluğa yol verməmək idi. Buna görə də, ulu öndərin göstərişi ilə hazırlanan qanun və layihələr qəbul edilməzdən öncə beynəlxalq qurumların müzakirəsinə verildi. Yalnız beynəlxalq ekspertlərin rəyindən sonra həmin qanun və məcəllələrin təsdiqi həyata keçirildi. Bu fakt göstərdi ki, Heydər Əliyev ölkəmizin hüquq sisteminə dünya hüquq sisteminin tərkib hissəsi kimi baxır və onun müasirləşməsini, dəyişən tələblərə uyğun olaraq yenilənməsini zəruri hesab edir.
Heydər Əliyevin milli hüquq tariximiz qarşısındakı ən böyük xidməti heç şübhəsiz yeni, milli Konstitusiyanın hazırlanması oldu. 1995-ci ilin noyabr ayında referendum yolu ilə qəbul edilən Konstitusiyada beynəlxalq təcrübə geniş şəkildə nəzərə alınmış, insan hüquq və azadlıqları ən xırda incəliklərinə qədər öz əksini tapmışdı. Bu, ilk milli konstitusiya olmaqla yanaşı, həm də Azərbaycanın hüquq sistemində inqilabi yenilik idi. Maraqlı məqamlardan biri isə Heydər Əliyevin şəxsən bu Konstitusiya üzərində işləməsi, onun hər bir bəndini, hər bir müddəasını nəzərdən keçirməsi, təhlil etməsi idi. Bu gerçəyin özü ümummilli liderin insan hüquq və azadlıqlarına, Konstitusiyaya böyük önəm verdiyinin göstəricisidir. Bu da bir faktdır ki, Heydər Əliyev yeni Konstitusiyanın hazırlanması məqsədilə yaradılan Komissiyanın rəhbəri olmuş, bütün prosesi ilk gündən şəxsi nəzarətinə götürmüşdü. Ulu öndər 1995-ci il 10 noyabr tarixində Komissiyanın iclasındakı çıxışı zamanı yeni Konstitusiya üzərində böyük əmək sərf etdiyindən bəhs edərək demişdir: "Komissiyanın sədri kimi mən bu böyük tarixi sənədin hazırlanmasında öz şəxsi məsuliyyətimi daim dərk etmişəm, bu gün də dərk edirəm. Ona görə də bu sənədin hazırlanmasına xeyli vaxt sərf etmişəm. Haqqım var deyəm ki, çox zəhmət çəkmişəm. Hər bir kəlmənin, hər bir sözün mənasını dəfələrlə araşdırmışam, onun bu gün üçün, gələcək üçün nə qədər əsaslı olmasını dəfələrlə təhlil etmişəm. Mən çox rahatlıq hissi ilə bu layihənin altından imza atıram və bu layihəyə görə tam cavabdeh olduğumu bu gün bəyan edirəm. Hesab edirəm ki, biz Azərbaycanın bu günü, gələcəyi üçün çox böyük bir sənəd - siyasi, hüquqi sənəd yaratmışıq". Ulu öndərin bu tarixi çıxışı onun ərsəyə gətirdiyi Konstitusiyadakı əməyini əks etdirməklə yanaşı, bu ali hüquqi sənədin bu günü və gələcəyinə olan sonsuz inamını da özündə ehtiva etməkdədir.
1995-ci ildə yeni Konstitusiyanın qəbulundan sonra da Heydər Əliyev hüquqi sahədə islahatları davam etdirməyi zəruri sayır, bu istiqamətdə ardıcıl işlər həyata keçirirdi. Bu məqsədlə, ulu öndər 1996-cı ildə Hüquqi İslahatlar Komissiyası yaratdı. Komissiyanın rəhbəri kimi hüquqi sahədə axtarışlarını davam