Müstəmləkə siyasətinin birbaşa icraçısı Fransa və keçmiş Rusiya imperiyası tərəfindən əsası qoyulmuş Ermənistan. Bu iki ölkənin bir-biri ilə münasibətinə əslində təəccüb etməməliyik. Necə deyərlər, dostunu göstər, deyim sən kimsən. Afrika qitəsinin yeraltı və yerüstü sərvətlərini mənimsəmiş, 50-dən artıq dövlətin ərazisini işğal etmiş, həmin dövlətlərin maddi-mədəni irsini talan etmiş, xalqlarını uzun illər əsarətdə saxlamış Fransanın dostu, elə Ermənistan kimi dinc əhalimizə qarşı soyqırımları törətmiş, islamofob, təcavüzkar olmalı idi. Regional və beynəlxalq təhlükəsizliyə təhdid yaradan Ermənistanın 30 ilə yaxın dövrdə işğal etdiyi torpaqlarımızda törətdiyi təxribatların vurduğu ziyanı bərpa etmək üçün uzun illər lazım olacaq.
Xain düşmənin işğaldan azad edilmiş ərazilərimizdə yerləşdirdiyi beynəlxalq qurumlar tərəfindən qadağan edilmiş minalar erməni vandallığını bütün dünyaya sübut edir. İşğaldan azad edilmiş ərazilərdə təhlükəsizliyin təmin edilməsi və orada bərpa işlərinin aparılması Azərbaycan hökumətinin qarşısında duran əsas vəzifələrdəndir. Lakin erməni hərbi birləşmələri tərəfindən basdırılmış minalar səbəbindən bərpa işləri ləngiyir. Bərpa işlərindən daha vacib olan məqam isə müharibədən sonra 268 azərbaycanlının bu minalardan həlak olması və ya yaralanmasıdır.
1999-cu il Ottava Konvensiyasının piyada əleyhinə minaların istifadə edilməsini, istehsalını, yığılmasını və ötürülməsini qadağan edən bəndlərinə Ermənistan tərəfi birmənalı yanaşmadı. Ölkəmizin məsələni bir çox beynəlxalq platformalarda və yüksək səviyyəli təmaslarda dəfələrlə qaldırmasından sonra müxtəlif təzyiqlərin nəticəsində Ermənistan mina xəritələrini təqdim etdi. Lakin xəritələrin dəqiqliyi cəmi 20-25 faiz oldu. Ərazilərdən çıxarılan minaların 1 kvadratmetrinə düşən nisbətinə görə Ermənistan işğal etdiyi ərazilərimizdə təxminən 5 milyona yaxın mina basdırıb. Bu da orta hesabla Ermənistanın illik dövlət büdcəsinin 15 faizini təşkil edir. Yəni onlar dövlət büdcəsinin 15 faizə qədərini azad olunmuş ərazilərimizdə minaların basdırılmasına sərf ediblər. Ölkənin büdcəsinin böyük hissəsinin işğalın davam etdirilməsinə, insanlıq əleyhinə cinayətlərin törədilməsinə xərcləyən Ermənistanın beynəlxalq hüquqazidd mövqeyi qlobal məkanda səssizliklə qarşılandı. Davamlı olaraq törətdikləri cinayətləri, vəhşilikləri görməzdən gələn dünya ictimaiyyəti heç olmasa basdırılan minalarda həyatını itirən 200 nəfərdən artıq vətəndaşımıza görə bir-iki sətirlik olsa da, bir bəyanat səsləndirməli idi. Minaları istehsal edən, onu qanunsuz olaraq ərazilərimizə yerləşdirən Ermənistan beynəlxalq hüquqa görə bütün təşkilat və qurumlardan təcrid olunmalı idi. Lakin əfsuslar olsun ki, bu günə qədər biz bunu müşahidə etməmişik. İnsan hüquqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalıdırlar. Aidiyyəti qurum və təşkilatlar tərəfindən bu məsələ ilə bağlı Ermənistana çağırış və təzyiqlər edilməli, cinayətlərin qarşısı qısa zamanda alınmalıdır.
Eynilə Fransa üçün mina məsələsi tanış mənzərədir. Görünür, məhz buna görə itirilən canların, dəyən ziyanın onlar üçün bir önəmi yoxdur və Ermənistanı beynəlxalq ictimaiyyətdə qorumağa davam edirlər. Fransada Makronun təqdim etdiyindən fərqli olaraq demokratiyadan əsər-əlamət yoxdur. Təkcə Fransa vətəndaşları deyil, ədalətli dünya dövlətlərinin hər biri bunu aydın görür.
Əlcəzair 1830-cu ildə Fransa tərəfindən işğal edilən, müstəmləkə siyasətindən zərərçəkmiş ölkələrdəndir. Fransanın 1830-1962-ci illəri əhatə edən işğalı dövründə 1,5 milyon nəfərdən artıq əlcəzairli fransızlar tərəfindən öldürülüb. Buna görə Əlcəzair bəzən "1,5 milyon şəhid ölkəsi" adlandırılır. Təqribən 10 milyondan çox əlcəzairlinin fransız müstəmləkə dövrünün qurbanı olduğu bildirilir. Fransızların Əlcəzairə münasibəti işğal etdikləri digər ərazilərdən fərqli olub. İşğal etdiyi Əlcəzair ərazisinə 5 milyondan artıq mina basdıran Fransa bu günə kimi həmin minaların xəritələrini Əlcəzair tərəfinə verməkdən imtina edir. Avropada özünü "demokratiyanın beşiyi" sayan Fransanın humanizm və beynəlxalq hüququ kəskin şəkildə pozması Ermənistan ilə oxşarlıq təşkil edir. Rəsmi Parisin ermənipərəst siyasətinin kökündə həm də bu yanaşmanın dayandığını qeyd etməliyik. Qarabağda yaşayan 15-20 min erməniyə müstəqillik tələb edən Fransa,