FHN: Türkiyədə zəlzələ bölgəsində 3016 nəfərə tibbi xidmət göstərilib
Digər xəbərlər

FHN: Türkiyədə zəlzələ bölgəsində 3016 nəfərə tibbi xidmət göstərilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyə Respublikasında baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılmasına dəstək məqsədilə qardaş ölkəyə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) mobil səhra hospitalında zəlzələdən ziyan çəkmiş insanlara tibbi xidmət davam etdirilir.

FHN-dən AZƏRTAC-a bildirilib ki, ümumilikdə ötən müddət ərzində 655-i uşaq olmaqla 3016 nəfərə yüksək səviyyəli tibbi xidmət göstərilib.

Hər cür müayinə müalicə imkanlarına malik mobil səhra hospitalı fasiləsiz fəaliyyətini davam etdirir.