Fərid Qayıbov Siyəzən və Xızıda vətəndaşları qəbul edib
Gündəm

Fərid Qayıbov Siyəzən və Xızıda vətəndaşları qəbul edib

Gənclər və idman naziri Fərid Qayıbov Siyəzən və Xızı rayonlarında yaşayan vətəndaşları qəbul edib.

Nazirliyin mətbuat xidmətindən "Respublika"-ya verilən məlumata görə, qəbuldan öncə Siyəzən rayonunda Ümummilli Lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.

Siyəzən Rayon Gənclər Evində keçirilən qəbulda F.Qayıbov vətəndaşları dinləyib, müraciətlərinin həlli üçün müvafiq tapşırıqlar verib.

Qəbulda III "Yüksəliş" müsabiqəsinin qalibləri, nazir Fərid Qayıbovun mentiləri Səkinə Vəliyeva, Bayram Orucov və Rəsul Həşimov da iştirak ediblər.