Yanvarın 15-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun 2024-cü il 7 fevral tarixində Azərbaycanda keçiriləcək prezident seçkilərində müşahidəçi kimi iştirak edəcək heyəti ilə ilk görüş keçirilib.
"Respublika" xəbər verir ki, BAMF-ın baş ofisində baş tutan görüşdə təşkilatın 50 nəfərlik müstəqil müşahidəçi heyətinin bir hissəsi iştirak edib. Azərbaycan müstəqillik əldə etdikdən sonra keçirilən seçkilərdə xeyli təcrübə qazanmış BAMF-ın əməkdaşları Ruslan İbrahimbəyli, Rey Kərimoğlu və Fuad Abbasov çıxış edərək müşahidəçilərin hüquq və vəzifələri haqqında maarifləndirici təlim keçiblər.
Onlara seçki günü hansı vacib məqamlara diqqət etmələri ilə bağlı təlimatlar verilib.