Azərbaycanda zəlzələ olub - YENİLƏNİB
Gündəm

Azərbaycanda zəlzələ olub - YENİLƏNİB

Azərbaycanda zəlzələ baş verib.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən "Respublika"-ya bildirilib ki, yerli vaxtla 08:16-da baş verən zəlzələ Xəzəryanı rayonlarda, Abşeron yarımadasında 5-3 bala qədər hiss olunub.

Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində 5,6 maqnitudalı zəlzələ qeydə alınıb.

Zəlzələnin ocağı 68 km dərinlikdə yerləşib.