Müstəqil siyasət yürüdən Azərbaycan ölkə iqtisadiyyatının dinamik inkişafı üçün müxtəlif beynəlxalq və regional təşkilatlar çərçivəsində irimiqyaslı layihələrin həyata keçirilməsində yaxından iştirak edir. Dünya dövlətləri ilə həm ikitərəfli, həm də çoxtərəfli əsasda bərabər və qarşılıqlı faydalı münasibətlərin inkişaf etdirilməsi sahəsində liderlik qazanan ölkəmiz müstəqil xarici siyasətində İslam ölkələri ilə əməkdaşlığa xüsusi önəm verir. Bu baxımdan, Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının müxtəlif qurumları - ICESCO, İslam Konfransı Parlament İttifaqı, İslam Konfransı Gənclər Forumu, İslam İnkişaf Bankı və s. ilə sıx əməkdaşlıq edir.
Dünyanın aparıcı maliyyə-kredit qurumlarından biri olan, İslam ölkələri arasında ticarət dövriyyəsinin artmasında, müştərək müəssisələrin sayının çoxaldılmasında mühüm rol oynayan İslam İnkişaf Bankı 1973-cü ildə Ciddədə keçirilən İƏT-ə üzv ölkələrin maliyyə nazirlərinin konfransında Niyyət Bəyannaməsinin imzalanması ilə təsis edilmişdir. Faizsiz maliyyə sistemi sahəsində fəaliyyətə başlayan bankın məqsədi ona üzv olan müsəlman ölkələrinin və cəmiyyətlərin iqtisadi inkişafını təmin etmək, bu istiqamətdə iri layihələri maliyyələşdirmək, müəssisələrin xüsusi kapitalında investisiya qoyuluşu, qrantların və kreditlərin verilməsi ilə maliyyə yardımı göstərməkdən ibarətdir. Müstəqilliyinin bərpasının ilk illərindən - 1992-ci ildən ölkəmiz quruma üzv olmuş və bankın prinsip və məqsədlərinə uyğun respublikamızda bir sıra layihələr həyata keçirilmişdir. Dövlət əhəmiyyətli layihələrin reallaşdırılması üçün bank tərəfindən kreditlərin ayrılması ölkəmizin uğurlu iqtisadi inkişafına müsbət təsir göstərmişdir.
Bu gün İslam İnkişaf Bankı ilə ölkəmiz arasında əməkdaşlıq əlaqələri daha da genişləndirilir, üzv ölkələrlə ikitərəfli, çoxtərəfli əlaqələr yüksələn xətlə davam etdirilir. Fevral ayının 26-da Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizdə səfərdə olan İslam İnkişaf Bankı (İİB) qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casirinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən uğurlu və səmərəli əməkdaşlıq əlaqələrindən bəhs etmişdir. Görüş zamanı dövlət başçımız irimiqyaslı layihələrin reallaşmasında hər zaman ölkəmizə dəstək olan İslam İnkişaf Bankının fəaliyyətini yüksək qiymətləndirərək "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər"in həyata keçirilməsində də əməkdaşlığın gələcək formatının müəyyənləşdirilməsinin zəruriliyini vurğulamışdır. Belə ki, ölkəmizlə neft-qaz, elektrik enerjisi, su təchizatı, yol tikintisi, infrastruktur layihələrinin icrası, kənd təsərrüfatı və sənaye, sərmayə qoyuluşu sahələrində nümunəvi əməkdaşlıq edən İslam İnkişaf Bankı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində prioritet layihələr və bu istiqamətdə bankın fəaliyyətinin genişləndirilməsi üzrə əməkdaşlıq nəzərdə tutulub.
İslam İnkişaf Bankı qrupunun prezidenti Məhəmməd Süleyman Əl-Casiri Azərbaycanın təşkilatın fəaliyyətinə mühüm töhfə verdiyini bildirmiş, eyni zamanda reallaşdırılan layihələrin ölkəmizdə iqtisadiyyatın, infrastrukturun inkişafına əhəmiyyətli dərəcədə təsirini diqqətə çatdırmışdır. Bank ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq üçün böyük potensialın olduğunu deyən qrupun prezidenti İslam İnkişaf Bankının "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" çərçivəsində perspektiv layihələrə də maraq göstərdiyini, ticarət və investisiya sahələrində əməkdaşlığın həyata keçirilməsinin mümkünlüyünü qeyd etmişdir. Həmçinin, müstəqil iqtisadi siyasət həyata keçirən Azərbaycanın bir çox sahələrdə, o cümlədən "Elektron hökumət" sahəsində əldə etdiyi uğurlu təcrübənin bank tərəfindən digər ölkələrdə də tətbiq oluna biləcəyini bildirmişdir. Qarabağda və Şərqi Zəngəzurda yenidənqurma layihələrinin ölkəmiz üçün ən prioritet sahələrdən biri olduğunu deyən Azərbaycan Prezidenti İlham Əliyev Şərq-Qərb nəqliyyat dəhlizi, rəqəmsal transformasiya və bərpaolunan enerji sahələri üzrə həyata keçirilməsi nəzərdə tutulan layihələrin reallaşdırılması üçün xeyli sayda investorların cəlb olunduğunu və bunun davam etdiriləcəyini diqqətə çatdırmışdır. Ölkə başçımız Azərbaycanın zəngin iqtisadi potensialının, eyni zamanda əlverişli biznes mühitinin irihəcmli layihələrin reallaşdırılmasına, beynəlxalq və regional əlaqələrin şaxələndirilməsinə imkan verdiyini bildirmişdir.
Qeyd edək ki, özəl sektorun inkişafı istiqamətində ölkəmizə böyük dəstək göstərən İİB tərəfindən indiyədək Azərbaycan iqtisadiyyatına 18 layihə çərçivəsində 1 milyard