FAŞİST XİSLƏTLİ HİYLƏGƏR DÜŞMƏN ÖZ MƏKRLİ ARZU VƏ MƏQSƏDLƏRİNƏ HEÇ ZAMAN ÇATA BİLMƏYƏCƏK
Siyasət

FAŞİST XİSLƏTLİ HİYLƏGƏR DÜŞMƏN ÖZ MƏKRLİ ARZU VƏ MƏQSƏDLƏRİNƏ HEÇ ZAMAN ÇATA BİLMƏYƏCƏK

“Azərbaycan təkcə Ermənistanın işğalçı qüvvələrini deyil, həm də erməni faşizmini məğlub edib. Biz yenidən öz suverenliyimizə, ərazi bütövlüyümüzə və xalqımızın təhlükəsizliyinə hər hansı bir təhdid görsək, legitim özünümüdafiə hüququmuzdan heç bir tərəddüd etmədən istifadə edəcəyik”.

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Tarixi Zəfərir ötdükcə, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qəhrəman Ordumuzun Ermənistana vurduğu zərbənin mahiyyətini daha dərindən təhlil etmək imkanı əldə edirik. Həm işğalçı ordu, həm də erməni faşizmi üzərində qələbəmiz işğalçılıq, separatçılıq, millətçilik təzahürlərin nə dərəcədə antibəşəri olması, bunların dövlət siyasəti şəklində həyata keçirildiyi təqdirdə isə yalnız və yalnız biabırçı, rüsvayçı məğlubiyyət kimi sonluqla yekunlaşa biləcəyini Azərbaycan bütün dünyaya nümayiş etdirdi. Əlbəttə, beynəlxalq ictimaiyyət BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi məlum dörd qətnamənin icra olunmamasına tamaşaçı qismində qalmamalı idi, erməni faşizminə yerimək üçün fürsət tanımamalı idi. Hər hansı Avropa İttifaqına daxil olan ölkədə əhalinin şirin yuxuda olduğu zaman dinc əhaliyə kütləvi qırğın silahlarından açılan atəşlər nəticəsində yaşlıların, qadınların və körpə uşaqların qətlə yetirilməsinə inanmaq olmur. Ancaq Azərbaycan əhalisinə qarşı bu vəhşilik törədildi. Bu cür faşizm təzahürləri XXI yüzillikdə olmamalıdır, belə vəhşiliyin qarşısı vaxtında alınmalı, işğalçı ilə işğala məruz qalan bir tərəziyə qoyulmamalı, ədalət və beynəlxalq hüququn norma və prinsipləri qorunmalıdır.

Qərb institutları, beynəlxalq qurumlar və qeyri-hökumət təşkilatları yeni tarixin qanlı Qarabağ səhifələrini öyrənməlidir. Belə ki, hələ Birinci Qarabağ müharibəsi nəticəsində 4 minə yaxın vətəndaşımız əsir götürülüb, itkin düşüb, ancaq onların taleyi beynəlxalq ictimaiyyəti maraqlandırmır. Bu əsir və itkin düşənlərlə əlaqədar dövlət başçısı cənab İlham Əliyev bildirmişdir: “Ermənistan onların taleyi ilə bağlı bizə məlumat verməlidir. Bizdə olan etibarlı məlumatlara əsasən, onların, demək olar ki, hamısı işgəncələrə məruz qalaraq qətlə yetirilib və beynəlxalq humanitar hüquqa zidd olaraq Ermənistan ordusu tərəfindən kütləvi məzarlarda basdırılıb. Ermənistan hərbi cinayətkarları tərəfindən qətlə yetirilmiş 12 mülki şəxsin qalıqları 2021-ci ilin aprel ayında işğaldan azad olunmuş Kəlbəcər rayonunun Başlıbel kəndində kütləvi məzarda tapılıb. Beynəlxalq hüquq və BMT Nizamnaməsinə əsasən, Ermənistan dövlət səviyyəsində Azərbaycana qarşı hərbi təcavüz və digər ağır cinayətlərə görə məsuliyyət daşımalıdır”.

Bu gün əminliklə deyə bilərik ki, Ermənistanda çevriliş nəticəsində hakimiyyətə gəlmiş və 1998-2018-ci illərdə hakimiyyətdə olmuş səhra komandirləri Azərbaycan ərazilərinin 30 ilə qədər davam edən işğalı ərzində məkrli arzularına və məqsədlərinə çatmaqda uğursuzluğa düçar oldular. Bundan əlavə, “Dəmir yumruq” onlar üçün o dərəcədə qarşısıalınmaz bir qüvvəyə çevrilib ki, öz “məğlubedilməzliyinə” tam uymuş erməni millətçiləri tarixlərində bəlkə ən sarsıdıcı zərbə alıblar. Nəticədə, Ermənistan tam iflasa uğramış dövlətə çevrilib cənab Prezident deyib: “Ermənistan o dərəcədə zəifləyib ki, heç öz sərhədlərini belə qorumaq iqtidarında deyil. Ermənistanda hökumət tərəfindən təşviq edilən Azərbaycanofobiya artmaqdadır. Etnik nifrət və düşmənçilik üzərində qurulmuş, erməni cəmiyyətinə aşılanan irqçi ideologiya Azərbaycanın Ermənistan tərəfindən vaxtilə işğal olunmuş ərazilərində etnik təmizləmənin və misilsiz vandalizmin kökündə durur. Ermənistanda rejim dəyişikliyinə baxmayaraq, ölkədə faşist ideologiyası hökm sürməkdə davam edir. Ermənistanda bütün hakimiyyətlər dövründə “milli qəhrəman”a çevrilmiş nasist general Qaregin Njdenin simasında nasizm vəsf edilir.”

Göründüyü kimi, cənab Prezident Azərbaycanın əldə etdiyi qələbənin dəqiq tərifini verir, bizim həm işğalçı orduya, həm də erməni faşizminə qalib gəldiyimizi bəyan edib. Verilən bu dəqiq izahla bağlı qeyd etməliyik ki, Azərbaycan dövləti həqiqətən də yalnız işğalçı orduya qalib gəlməyib, eyni zamanda erməni faşizmini yerində oturdub. Ən vacibi, onların əsl mahiyyətini, iç üzlərini dünyaya tanıdıb. İşğaldan azad edilmiş torpaqlarımıza səfər edən xarici dövlətlərin media, qeyri-hökumət təşkilatları, vətəndaş cəmiyyətinin nümayəndələri, eləcə də çoxsaylı ölkələrin Azərbaycanda akkreditasiya olunmuş diplomatik nümayəndəliklərin əməkdaşları, xarici dövlətlərin səfirləri də həmin əraziləri Xirosima, Naqasaki ilə müqayisə edir, onlara bənzərliyin çox olduğunu bildirirlər. Məsələn, erməni cəlladları və barbarları Ağdam kimi böyük bir şəhəri yerlə- yeksan ediblər, orada bir dənə də olsun salamat bina qalmayıb. Bununla yanaşı, Ermənistan işğal dönəmində flora və faunamızı da vəhşicəsinə məhv edib. Heç ən qəddar dövrlərdə belə müharibələrin gedişi zamanı bu cür vəhşiliklər törədilməyib.

İstər Birinci Qarabağ, istərsə də 44 günlük Vətən müharibəsində ermənilər dinc əhalimizə qarşı antiinsani, antibəşəri cinayətlər törədiblər, Xocalı, Qaradağlı və s. kimi  kütləvi qətliamlar həyata keçiriblər, Gəncə, Tərtər, Mingəçevir kimi şəhərlərdə yaşayan və hərbi əməliyyatlardan çox uzaq olan yerlərdə dinc sakinlərimizi ağır silahlardan atəşə tutub qətlə yetiriblər. Ermənistan hakimiyyətinin faşist mahiyyəti onların Qaregin Njdeyə olan münasibətdə açıq-aşkar özünü büruzə verir. Həmin faşist cəlladına Ermənistanda heykəl qoyublar, dövlət səviyyəsində onunla fəxr etdiklərini bildirirlər.

Artıq qeyd etdiyimiz kimi, son dövrün erməni faşizminin daha bariz nümunəsini biz məhz 44 günlük müharibənin gedişində gördük. Gəncə və digər şəhərləri raket atəşinə tutdular. Hamının yatdığı bir zamanda həmin atəşlər nəticəsində dinc vətəndaşlarımız öldürüldü. Təəssüflə bildirməliyik ki, postmüharibə dönəmində də onlar faşizt mahiyyətlərini kənara qoymurlar. Bilirlər ki, işğaldan azad edilən ərazilərə dinc əhali köçəcək. Ancaq yenə də minalanmış ərazilərin xəritəsini bizə təqdim etmirlər. Dinc insanların taleyi ilə alver edirlər. Xəritələri yalnız nəyinsə müqabilində təqdim edirlər.

Bəli, biz bu xislətdə olan faşistləri məğlub etmişik. Bu baxımdan da, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin qələbəmizlə bağlı verdiyi dəqiq təsbiti birmənalı şəkildə əsl gerçəkliyi əks etdirən qiymətləndirmə kimi dəyərləndirməliyik. Dünya birliyi, beynəlxalq ictimaiyyət cənab Prezidentin bu sözlərindən düzgün, lazımi nəticəni çıxarmalıdır. Belə faşist təzahürlərin yenidən dirçəlməsinə, baş qaldırmasına imkan verməməlidir.

2018-ci ildə Ermənistanda hərbi cinayətkarlar - Köçəryan-Sarkisyan rejimi devrildikdən sonra yeni hökumətin ciddi şəkildə ölkəmizlə danışıqlarda iştirak edəcəyi ilə bağlı bizdə müəyyən ümidlər yaranmışdı. Ölkəmiz tərəfindən bu istiqamətdə müsbət addımların atılmasına baxmayaraq, Ermənistanda baş verən rejim dəyişikliyi heç bir nəticə vermədi. Nikol Paşinyanın “Qarabağ Ermənistandır və nöqtə” kimi sərsəm açıqlamaları vəziyyəti gündən-günə daha da gərginləşdirirdi. Eyni zamanda, Ermənistan silahlı birləşmələri keçmiş təmas xəttində və Azərbaycan-Ermənistan sərhədində davamlı təxribatlar törədirdilər. 2020-ci ilin iyul-avqust aylarında Ermənistan öz təxribatları ilə sübut edirdi ki, artıq danışıqlar prosesindən imtina edib və Azərbaycana qarşı yeni ərazi iddiasındadır. Bu, bir daha onu göstərir ki, bədnam qonşularımızın oyuncaq dövlətinin başında kimin durmasından asılı olmayaraq, faşist ideologiyası hər zaman prioritet təşkil edir. Yəni, sırf heyvani refleksləri ilə yaşayan ermənilər daim “Dəmir yumruğun” başlarının üzərində olması qorxusu ilə yatıb-durmalıdır.

Məhz buna görə Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin əmrinə əsasən 27 sentyabr 2020-ci ildə genişmiqyaslı əks-hücum əməliyyatlarına başlamalı oldu. Rəşadətli əsgər və zabitlərimiz cəmi 44 gün ərzində Ermənistan ordusunu diz çökdürərək darmadağın etdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Ordumuz torpaqlarımızı işğaldan azad edərək ölkəmizin ərazi bütövlüyünü təmin etdi və Ermənistan üzərində hərbi-siyasi qələbə qazandı. Kapitulyasiya aktı imzalamaq məcburiyyətində qalan Ermənistan 3 rayonumuzu hərbi əməliyyat keçirilmədən təhvil verməli oldu. Azərbaycan BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrasını tək, öz gücünə təmin etdi.

30 il işğaldan sonra öz dəbə-baba yurdlarına qayıdan insanlarımız vandalizm, barbarlıq siyasəti ilə məşğul olmuş, xalqımıza məxsus bütün tarixi, mədəni, dini abidələri, yaşayış evlərini dağıtmış, şəhər və kəndlərimizi viran etmiş vəhşilərin əməllərindən dəhşətə gəlmişlər. Bu ərazilərdə olan 67 məsciddən əksəriyyəti yerlə-yeksan edilmiş, qalanları isə təhqir edilmiş, belə ki, məscidlər heyvan saxlamaq üçün istifadə olunmuşdur. Ermənistanın maddi və mənəvi soyqırımı törətməsi bu ölkənin həm də əsl terrorçu ölkə olmasından xəbər verir. Ermənistan tərəfi işğal etdiyi ərazilərdə ekoloji terrorla da məşğul olub.

Bütün bunların fonunda Azərbaycan işğaldan azad edilmiş ərazilərdə qısa müddətdə görülən işləri uğurla davam etdirir. Bu da ölkəmizin, dövlətimizin böyük iqtisadi potensialından, düzgün və düşünülmüş şəkildə həyata keçirilən iqtisadi siyasətdən, milli ruhumuzun gücündən xəbər verir. Azərbaycan torpaqlarını 30 il müddətində işğalda saxlayan Ermənistan öz məkrli arzu və məqsədlərinə çata bilmədi və heç zaman çata bilməyəcək.

Emin QASIMOV,

“Respublika”.