"Xocavənddəki son terror aktı və ümumiyyətlə, ermənilərin son vaxtlardakı bütün hərəkətləri bir daha sübut edir ki, Ermənistan ordusunun qalıqları Azərbaycanın suveren ərazisindən dərhal çıxarılmalı, qanunsuz erməni silahlı dəstələri dərhal tərk-silah olunmalı, buradakı separatçı xunta rejimi tamamilə ləğv edilməlidir".
"Respublika" xəbər verir ki, bu barədə Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının sədri öz şəxsi "Facebook" hesabında paylaşım edib.
Nəzrin ELDARQIZI,
"Respublika".