Cənubi Qafqazda mövqeyini gücləndirmək istəyən qüvvələrin niyyətləri bəllidir
Fransız-erməni tandemi. İkinci Qarabağ müharibəsindən sonra daha tez-tez işlədilən bu ifadə islam, türk dünyasına düşmənçilikdə eyni yanaşma nümayiş etdirən Fransa və Ermənistanın məkrli siyasətini əks etdirir.
Bu tandemin əsl mahiyyəti Türkiyədə baş verən təbii fəlakət zamanı daha aydın göründü. Belə ki, insanlıqdan nəsibini almamış ermənilər, fransızlar bu dəhşətli faciəni lağ mövzusuna çevirməkdən belə özlərini saxlaya bilmədilər. Fransanın "Charlie Nebdo" satirik jurnalının Türkiyədə baş vermiş dəhşətli zəlzələ ilə bağlı karikatura dərc edib və "tanklara ehtiyac qalmadı" şərhini yazması bu dövlətin Türkiyəyə düşmənçiliyinin ən cılız şəkildə ifadəsidir. Elə Ermənistan vətəndaşlarına aid teleqram kanallarında və digər sosial şəbəkələrdə Fransadakı sevincə şərik çıxıldığı açıq şəkildə nəzərə çarpırdı. Ermənilər bu dəhşətli təbii fəlakətdən sevindiklərini qətiyyən gizlətmir, bundan məmnun olduqlarını açıq şəkildə ifadə edirdilər.
Özünü "demokratiyanın beşiyi" kimi təqdim edən Fransa daim beynəlxalq hüquqa hörmətsizlik edir, bununla da terroru, iğtişaşı, münaqişəni, işğalı dəstəklədiyini, soyqırımı müdafiəçisi olduğunu nümayiş etdirir. ATƏT-in keçmiş Minsk qrupunun həmsədri olmuş bu ölkənin təcavüzkar Ermənistanı dost və müttəfiq hesab etməsi, Ermənistana dəstək göstərməsi, ilk növbədə Fransanın özünə zərbədir. Həmsədr ölkə kimi Fransa heç vaxt ədalətli mövqe tutmayıb. Bütün dünya Ermənistanın 30 il işğal altında saxladığı Azərbaycan torpaqlarında hansı vandalizmi törətdiyinə şahiddir. Təəssüf ki, bu illərdə Fransa Ermənistanı işğalçı siyasətə son qoymağa çağırmadı. BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yerinə yetirilməsini tələb etmədi. Əksinə, həmişə Ermənistana dəstək verdi. Vətən müharibəsində isə bunu açıq-aşkar şəkildə nümayiş etdirdi.
İkinci Qarabağ müharibəsindən sonrakı dövrdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində aparılan danışıqları pozmağa cəhd göstərən Fransa, hətta nəzarəti altında saxladığı "Frankofoniya" təşkilatı vasitəsilə Azərbaycana təzyiq göstərməyə çalışdı. Bir sözlə, rəsmi Paris İrəvan və Bakı arasında davam edən sülh danışıqlarının pozulması üçün sistemli şəkildə iş aparır. Fransa kimi havadarlarına arxalanan Ermənistan isə sülh danışıqlarından qaçır.
Avropa İttifaqının missiyasının Ermənistanda fəaliyyətə başlaması ilə bu ölkədə revanşizm dalğası genişləndi, erməni hakim dairələri bu missiyanın fəaliyyətə başlaması ilə daha da "cəsarətləndi". Azərbaycan Prezidenti Aİ missiyasının gəlişinin regionda vəziyyətin sabitləşməsinə yox, gərginləşməsinə xidmət edəcəyini dəfələrlə bildirsə də, bu, baş tutdu. Aİ öz missiyasını "mülki missiya" adlandırsa da, missiyada iştirak edən 100 nəfərdən 50-sinin "silahsız müşahidəçi" olduğunu da etiraf edib. Bu isə o deməkdir ki, missiyanın yarısı silahlı şəxslərdir. Son aylarda Azərbaycan tərəfinin dəfələrlə etirazına və xəbərdarlığına baxmayaraq, ermənilər Ermənistan-Azərbaycan dövlət sərhədində mühəndis-istehkam işləri həyata keçirir, açıq şəkildə müharibəyə hazırlaşdıqlarını nümayiş etdirirdilər. Tarixən yazıq obrazına girərək kimlərəsə sığınmağa çalışan ermənilər Aİ missiyası ilə kifayətlənməyərək Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) missiyasını da Ermənistana gətirməyə cəhd edirlər. Məlumdur ki, Vətən müharibəsi dövründə ermənilər KTMT-ni də müharibəyə cəlb etmək üçün çox vay-şüvənlik çıxarmış, siyasi şoular hazırlamış, lakin istədiklərinə nail ola bilməmişdilər.
İkinci Qarabağ müharibəsindən sonra bölgədə güc balansı xeyli dəyişib. Rusiya-Ukrayna müharibəsinin başlanması ilə Kremlin Cənubi Qafqazda həll edilməmiş mühüm məsələləri təxirə salmağa çalışması ABŞ və Avropa Birliyinin bölgəyə yenidən müdaxilə etmə cəhdlərini gücləndirdi. Fransa isə bu məsələdə daha çox irəli getdi. Azərbaycanla Ermənistan arasında baş vermiş toqquşmalara görə Rusiyanı ittiham edən Fransa onun "Azərbaycanın xeyrinə oyun oynadığını", Ermənistanı zəiflətməyə çalışdığını, lakin Ermənistan və Fransanın unikal əlaqələrə sahib olduğunu və Parisin İrəvanı tək buraxmayacağını bildirdi. Son hadisələr də