Ermənistan sülh prosesini məqsədli olaraq uzadır. Paşinyan rejimi sülhlə bağlı dünyaya mesajlar versə də, Cənubi Qafqazda Ermənistan amili hələ də təhdid olaraq qalır. Baş verən bütün hadisələrin təhlilləri göstərir ki, Ermənistanda dövlət səviyyəsində faşizm ideologiyasının təbliğatı hələ də davam edir. "Nemezis" abidəsinin ucaldılması haylara soyqırımı siyasətini aşılamaqla yanaşı, onların faşizm və neofaşizm ilə bağlı təsəvvürlərini möhkəmləndirmək məqsədi daşıyır.
Şaan Natalinin təşəbbüsü ilə 1919-cu ilin oktyabrında Daşnaksütyun partiyası İrəvanda keçirdiyi IX qurultayda "Nemezis" terror hərəkatına başlamaq haqqında qərar vermişdir. Armen Qaronun rəhbərlik etdiyi "Nemezis"in siyahısına Türkiyənin və Azərbaycanın 650 nəfər dövlət xadiminin və ziyalısının adları salınmışdı. Onlardan 41 nəfər "əsas günahkarlar" elan edilmişdir. Əməliyyatın icrası üçün Şaan Satçaklyanın rəhbərliyi ilə xüsusi fond yaradıldı. Bütün informasiyanın toplanması özünü türk tələbə kimi qələmə verən Qraç Papazyana tapşırıldı. Ayrı-ayrı ölkələrdə fəaliyyət göstərən 3-5 nəfərlik terrorçu qruplar adları siyahıda olan şəxsləri axtarıb tapır və qətlə yetirirdilər.
"Nemezis" terrorunun qurbanı olan ailələrin dəfələrlə müraciətlərinə baxmayaraq, Osmanlı dönəmində həyata keçirilən bu qətliamlara, qırğınlara dünya ictimaiyyəti heç bir münasibət bildirməyib. Hətta bütün bunlara rəğmən haylar hələ də 24 aprel "qondarma" soyqırımından danışır, qlobal məkanda bu saxtakarlığı təbliğ edirlər. Türk diplomatlarının və onların ailə üzvlərinin ölümü ilə nəticələnən qanlı terror aktının müasir dünyamızda bu şəkildə ört-basdır edilməsi, beynəlxalq hüquq təşkilatlarının heç bir addım atmaması növbəti ikili standartların bariz nümunəsidir. Buna görə də Ermənistan bu cür təxribatların sayını artırır, daha da şirnikləşir. Açılışın erməni mətbuatında təqdim olunma tərzi onu göstərir ki, Ermənistan hələ də təxribatçı əhvali-ruhiyyədədir və Ermənsitanın xisləti heç bir zaman dəyişməyəcək.
Nikol Paşinyan bir tərəfdən Azərbaycan və Türkiyə ilə münasibətləri stabilləşdirməyi dilə gətirsə də, digər tərəfdən terrorçulara abidə qoyur. Lakin "Nemezis" abidəsinin açılışı Ermənistana heç nə qazandırmadı, əksinə, bir çox şeylərin itirilməsinə səbəb oldu. Hər halda Türkiyənin hava məkanını yenidən Ermənistanın üzünə bağlaması hayların turizm gəlirlərini əlindən almış olur. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu hava məkanının məhz abidənin qoyulması səbəbindən bağlandığını təsdiqlədi: "Ermənistanda "Nemezis" abidəsinin qoyulması qəbuledilməzdir. Mən bunu qəbul edə bilmərəm. Ermənistanın bu barədə açıqlamaları isə səmimi deyil. Biz adekvat cavab olaraq hava sahəsini bağladıq. Lazım olsa başqa addımlar da ata bilərik".
Ermənistanın daxilində də məsələ ilə bağlı fikirlər birmənalı olaraq mənfidir. Erməni ekspert Karine Xodikyan verdiyi açıqlamalarda abidənin qoyulmasının lazımsız olduğunu bildirib. Xodikyan Ermənistan hakimiyyətinə müraciət edərək 20 il ərzində "Nemezis" abidəsinin qoyulmaması barədə sual verib. O hesab edir ki, abidənin ucaldılması qoyulması Ermənistanın zərərinədir. Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan "Azatutyun" radiosuna müsahibəsində etiraf edib ki, "Nemezis" abidəsinin qoyulması guya onun istəyi xaricində reallaşdırılıb. O, bu qərarın hökumət tərəfindən verilmədiyini bildirib.
Paşinyan hakimiyyəti Türkiyə və Azərbaycanla əlaqələr qurmaq istəyini bildirsə də, ölkə daxilində baş verənlər tamamilə bunun əksini göstərir. Xüsusən də bir terror hərəkatına və onun "qəhrəmanlarına" abidə qoyulması qəbuledilməzdir. Belə olduğu halda, Türkiyə hayların bu çirkin addımına adekvat cavab vermiş oldu. Paşinyan rejimi bu abidəni İrəvan meriyasının qoyduğunu bildirərək məsələdən öz yaxasını çəkməyə çalışsa da şəksiz ki, bu məsələ hökumətlə razılaşdırılmadan həyata keçirilə bilməzdi. Bəlkə də Ermənistan hökuməti Türkiyənin bu şəkildə sərt reaksiyasını gözləmirdi və Paşinyan buna görə də geri addım atdı. Bu, Ermənistanın ikiüzlülüyünü, riyakarlığını ortaya qoyur.
Ermənistan həqiqətən də münasibətlərin normallaşmasını istəyirsə, "