Belçikada işgüzar səfərdə olan Prezident İlham Əliyev əvvəlcə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel ilə görüşüb. Görüşdə dövlət başçısı Brüsselə səfərə dəvətə görə Avropa İttifaqı Şurasının Prezidentinə təşəkkürünü bildirib.
Söhbət zamanı son aylar Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı baş verən hadisələr, Vaşinqton danışıqları, Azərbaycan-Ermənistan sərhədindəki vəziyyət müzakirə olunub. 4 saatdan çox davam edən görüşün ardınca mətbuata açıqlama verən Avropa İttifaqı Şurası Prezidenti Şarl Mişel Azərbaycan və Ermənistan liderlərinin Alma-Ata Bəyannaməsinə sadiqliklərini ifadə etdiklərini və iki ölkə liderlərinin regionda vəziyyəti normallaşdırmaq istədiklərini bildirib:
"Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyanın beşinci görüşünə evsahibliyi etmək çox xoş idi. Mübadilələrimiz səmimi, açıq və nəticəyönümlü keçdi. Liderlər Cənubi Qafqazda sülhün formalaşmasına dair ortaq istəyi bölüşürlər. Mən onların müvafiq səylərini təqdir edirəm. Biz birlikdə gündəliyimizdəki bütün məsələləri nəzərdən keçirdik. Bu yaxınlarda Birləşmiş Ştatlarda sülh müqaviləsi üzrə aparılan müsbət danışıqlardan sonra Ermənistan və Azərbaycan arasında hərtərəfli sülh sazişinin imzalanması istiqamətində qətiyyətli addımların atılması sürətləndirilməlidir. Sərhəd məsələsinə gəlincə, biz sərhədin delimitasiyası ilə bağlı irəliləyişləri və növbəti addımları nəzərdən keçirdik. Bu kontekstdə, liderlər sərhəd məsələlərinə dair ikitərəfli görüşlərin bərpası barədə razılığa gəldilər. Onlar 1991-ci il Alma-Ata Bəyannaməsinə, eləcə də Ermənistanın və Azərbaycanın müvafiq ərazi bütövlüyünə birmənalı sadiq olduqlarını təsdiq etdilər. Sərhədin son delimitasiyası danışıqlar yolu ilə razılaşdırılacaq. Regionda nəqliyyat və iqtisadi əlaqələrin qarşısının alınmasına yönəlmiş müzakirələrdə aydın irəliləyiş əldə etdi. Kommunikasiyalarla bağlı məsələdə mövqelər bir-birinə çox yaxınlaşdı, xüsusən də Naxçıvanla və Naxçıvandan keçən dəmir yolu əlaqələrinin yenidən açılması məsələsində. Onların müvafiq komandalarına konkret vaxt cədvəli ilə birlikdə dəmir yolu əlaqələrinin açılması və zəruri tikinti işlərinin aparılması üsulları ilə bağlı prinsipial razılaşmanı yekunlaşdırmaq tapşırıldı. Bu işə dəstək vermək üçün tərəflər Ümumdünya Gömrük Təşkilatının dəstəyindən istifadə etmək barədə də razılığa gəldilər. Humanitar məsələlərə gəlincə, yaxın həftələrdə daha çox məhbusun azad ediləcəyi razılaşdırıldı. Biz, həmçinin itkin düşmüş şəxslərin taleyinin həlli və minalardan təmizlənmə işlərinin gücləndirilməsinin vacibliyini müzakirə etdik. Həmçinin Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı mübadilələrimizi davam etdirdik. Avropa İttifaqının heç bir gizli gündəmi yoxdur. Bizim yeganə məqsədimiz Ermənistan və Azərbaycana hərtərəfli və ədalətli sülhə nail olmaqda kömək etməkdir. Biz onların birgə səylərinə töhfə verməyə hazırıq. Belə ki, Brüssel görüşlərini lazım gəldikdə tez-tez keçirməyə razılaşdıq. Liderlər iyulda Brüsseldə yenidən görüşəcəklər. Artıq ictimaiyyətə açıqlandığı kimi, yaxın gələcəkdə Fransa Prezidenti Makron və Almaniya kansleri Şolts ilə Kişineuda Avropa Siyasi Birliyinin 2-ci Zirvə Toplantısı çərçivəsində yenidən görüşəcəyik. Mən həmçinin, liderləri oktyabrda Qranadada keçiriləcək Avropa Siyasi Birliyinin üçüncü sammiti çərçivəsində növbəti belə görüşə dəvət etmək niyyətindəyəm".
Brüsseldə keçirilən növbəti üçtərəfli danışıqları Azərbaycan üçün əhəmiyyətli saymaq olar. Birincisi, danışıqlarla Brüssel formatının bərpa olunmasıdır. 2022-ci ilin avqustunda Brüsseldə keçirilmiş sonuncu üçtərəfli görüşdən sonra bu formatda danışıqlar aparılmamışdı. Belə ki, Praqa görüşündən sonra Brüssel formatının həyata keçirilməsində müəyyən problemlər yaranmışdı. Ermənistan Fransanın müdaxiləsi nəticəsində məqsədyönlü şəkildə görüşün dördtərəfli formatda keçirilməsini istəyir, hər iki ölkə buna çalışırdı. Amma Azərbaycan buna razı olmadı və nəticə etibarilə rəsmi Bakının iradəsi, qəti mövqeyi sayəsində görüş Brüssel formatında keçirildi. Fransa rəsmiləri görüşdə iştirak etmədi.
Digər tərəfdən, danışıqlar zamanı Ermənistan 1975-ci ilin xəritələrini əsas götürməkdə israr edirdi, lakin bu, qəbul olunmadı. Nəticədə Mişelin bəyanatında ancaq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğu Alma-Ata Bəyannaməsinə istinad edilir. Eyni zamanda liderlər görüşün yekununda Azərbaycanın 86,6, Ermənistanın isə 29,8