Qərbi Azərbaycan İcması Birləşmiş Millətlər Təşkilatının Təhsil, Elm və Mədəniyyət Təşkilatına (UNESCO) 27 mart 2023-cü il tarixindəki müraciətində Ermənistanın Azərbaycanın mədəni irsini kütləvi dağıtması faktlarını qeyd etmiş və bu sahədə vəziyyətin qiymətləndirilməsi üçün Ermənistana faktaraşdırıcı missiyanın göndərilməsini xahiş etmişdi.
Azərbaycanın beynəlxalq hüquqa uyğun müəyyən müddəalarının yerinə yetirilməsi tələbinin fonunda Qərbi Azərbaycan İcması bu mövzuya beynəlxalq diqqəti cəlb etmək və UNESCO-nun bu məsələ ilə məşğul olmağa başlamasını təmin etmək üçün müvafiq xarici dövlətlər, beynəlxalq və regional təşkilatlarla davamlı təmas qurmaq istəyindədir. İndiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinin vəziyyəti barədə İcmanın qaldırdığı məsələnin UNESCO-nun mandatına birbaşa aid olduğu vurğulanmış və bu sahədə müvafiq mexanizmlərdən istifadə etməklə məsələ ilə yaxından məşğul olunduğu bildirilmişdir. Təşkilatın İcmaya göndərdiyi məktubda indiki Ermənistan ərazisində Azərbaycan mədəni irsinə qarşı törədilmiş aktların beynəlxalq gündəliyə gətirilməsi məsələsi qeyd edilmişdir. İcma bildirib ki, Azərbaycan mədəni irsinin dağıdılmasının qarşısının alınması və dağıdılmış abidələrin bərpası üçün beynəlxalq hüquq normaları çərçivəsində UNESCO ilə dialoq və qarşılıqlı fəaliyyətini davam etdirəcək.
Mayın 20-də Birləşmiş Millətlər Təşkilatının (BMT) katibliyinin Qərbi Azərbaycan İcmasının UNESCO-nun Baş direktoru Odri Azuleyə ünvanladığı məktubu BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayılması qlobal çərçivədə olduqca əhəmiyyətlidir. Belə ki, Ermənistanın törətdiyi cinayət əməllərinin beynəlxalq gündəliyə çıxarılması və bunun təbliği qərb dairələrini, o cümlədən dünyanı məlumatlandırmaq və ictimai fikir formalaşdırmaq funksiyasını daşıyır. Qeyd edilən məktubun Qərbi Azərbaycan İcmasının BMT-də yayılan üçüncü rəsmi sənəd olması beynəlxalq məkanda Azərbaycanın haqq səsinin ucalmasının təsdiqidir ki, bu da öz növbəsində İcmanın fəaliyyətinin yüksək səviyyədə olmasından xəbər verir. Qərbi Azərbaycan İcmasının UNESCO-nun Baş direktoru Odri Azuleyə ünvanladığı məktubda icmanın rəhbər heyətinin, Qərbi Azərbaycandan olan ziyalıların, mədəniyyət və incəsənət xadimlərinin, şair və yazıçıların imzaladığı müraciət BMT-nin bütün rəsmi dillərində (ingilis, fransız, rus, Çin, ərəb və ispan), adıçəkilən əsas orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndlər qeyd olunmuşdur. Şübhəsiz ki, müraciətlərin BMT-nin rəsmi sənədi kimi yayılması, Qərbi Azərbaycanda dağıdılan mədəni irsimizlə bağlı məsələnin beynəlxalq gündəliyə gətirilməsi olduqca böyük əhəmiyyət daşıyır. Maddi-mədəni irsimizin erməni vandalizminə məruz qalması, dini və etnik cinayətlərin törədilməsinə görə Ermənistan tərəfi beynəlxalq hüququn müəyyən konvensiyalarına əsasən cəzalandırılmalıdır.
30 ilə yaxın bir dövrdə xalqımıza qarşı törədilən erməni təcavüzündən təkcə soydaşlarımız zərər görməmişdir. Tarixi-mədəni abidələrimiz, müqəddəs dini məkanlarımız dağıdılmışdır. Haylar işğal altında olan ərazilərimizdə yüzlərlə tarixi-dini abidəmizi məhv etməklə dədə-baba torpaqlarımızı təhqir etmiş, bu yerlərdən öz kirli əməlləri üçün istifadə etmişlər. Azərbaycanın tarixi keçmişini, xalqımızın mənəvi yaddaşını silməyə cəhd edən xain düşmən hələ də bu cinayətlərə görə cəzalandırılmayıb. Ermənistanın Azərbaycan torpaqlarında maddi və mədəniyyət abidələrini məhv və talan edilməsinə, saxtalaşdırılmasına yönələn cinayət əməlləri dünya sivilizasiyasına qarşı törədilən beynəlxalq terror hadisəsi kimi qeyd edilməlidir. Erməni vandalizminin izləri işğaldan azad edilmiş ərazilərimizdə bu gün bariz şəkildə görünür və beynəlxalq ictimaiyyətə çatdırılaraq ədalətin bərpası üçün səy göstərilir. Yeraltı və yerüstü sərvətlərimizin talanması, maddi mədəniyyət nümunələrinin yox edilməsi digər dövlətlərin qanunvericiliyinə və beynəlxalq hüquqa uyğun olaraq dəyərləndirilməli və adekvat tədbirlər görülməlidir. Erməni saxtakarlığının bariz nümunəsi kimi Azərbaycana məxsus abidələrdə erməni dilində yazılar həkk edildiyini müşahidə edirik ki, bu da başqa bir cinayət əməlidir. Abidələrimizin memarlıq quruluşunda dəyişikliklər edilərək