Ermənilik - xəyanət, hiylə, satqınlıq
Digər xəbərlər

Ermənilik - xəyanət, hiylə, satqınlıq

Yer üzünə göndərilən ermənilər həmişə şərə qulluq ediblər, əllərinə fürsət düşən kimi düşmənçilik toxumu səpiblər, başqasının torpağına göz dikiblər, ağalarının qarşısında kölə, qul olublar, yüz illər keçsə də bu öz çirkin niyyətlərindən əl çəkməyiblər. Paxıl, xəbis, yalançı, qorxaq erməni doğulan körpəsinin qulağına pıçıldayır ki, türk sənin düşmənindir, onların məktəbi də, kilsəsi də, cəmiyyəti də belə sərsəm fikirlərin girovuna çevrilib. Həyat onu göstərdi ki, harada erməni varsa, orada fitnə-fəsad, xəyanət və satqınlıq var.

1988-ci ildən başlayaraq, Qarabağda baş verən proseslərin, ermənilərin çörəyini yediyi, suyunu içdiyi torpağa xəyanətinin, azərbaycanlılara qarşı törətdikləri cinayətlərin şahidi olmuşam. Gəldiyim qənaət budur ki, son iki yüzillik tarixin səhifələrinə ermənilərin adı xəyanətkar, hiyləgər, satqın, yalançı, başqasının əlində alətə çevrilən, saxtakar və uydurmaçı, işğalçı, terrorçu, sözündən, boynuna götürdüyü öhdəlikdən qaçan bir toplum kimi həkk edilib. Ermənilərin azərbaycanlılara qarşı törətdiyi saysız-hesabsız cinayətlər haqqında arxivlərdə istənilən qədər faktlar var.

Vətən müharibəsində qazanılan tarixi qələbə Ermənistanın işğalçılıq siyasətini ifşa etdi. Görünən odur ki, ağır məğlubiyyətə uğrayan Ermənistanda sağlam düşüncə krizisi yaranıb. Erməni cəmiyyətini Azərbaycana qarşı böhtan və şayiələr yaymaqla düz yoldan azdırmağa güclü cəhdlər edilir. Bu da bir daha onu göstərir ki, erməni həyasızlığının, erməni yalanlarının həddi-hüdudu yoxdur. Yalan və puç xəyallar erməniliyin əsas mahiyyətini təşkil edir. Xam xəyallarla yaşayan, lovğalanan ermənilər unutdular ki, torpaqları azad edəcək xilaskar oğul Azərbaycanda hakimiyyətə gəlib. Hətta ötən otuz ilə yaxın müddətdə Prezident İlham Əliyevin xəbərdarlıqları, bəyanatları onları eyforiyadan uzaqlaşdırmadı, elə bildilər ki, qucaqlarına sığındıqları havadarları onları müdafiə edəcək, işğal etdikləri torpaqlarda əbədi qalacaqlar.

Ermənilər unutdular ki, İlham Əliyev Prezident seçildikdən sonra verdiyi bəyanatların hər birində Azərbaycanın ərazi bütövlüyü, nəyin bahasına olursa-olsun torpaqların işğaldan azad edilməsi həmişə qırmızı xətlə keçib. Bir də unutdular ki, azərbaycanlıların səbrinin və dözümünün həddi-hüdudu var. Həmin səbir tükəndi, işğalçıların ardı-arası kəsilməyən hücumlarının qarşısını almaq üçün silahlı qüvvələrimiz Ali Baş Komandanın əmri ilə torpaqlarımızın azad edilməsi uğrunda Vətən müharibəsinə başladı. Müharibənin ilk günlərindən düşmən ordusuna çox ciddi zərbələr vuruldu, Ermənistan cəmiyyəti və silahlı qüvvələri dərin mənəvi psixoloji sarsıntıya məruz qaldı. Müharibə dövründə Prezidentimiz məşhur televiziya kanallarına, qəzetlərə müsahibə verdi. Hətta ondan müsahibə almaq üçün xüsusi seçilən qərəzli jurnalistlərlə siyasi polemikaya çıxması və böyük üstünlük qazanması, bunun həmin jurnalistlər tərəfindən də etiraf edilməsi onu göstərirdi ki, meydanda yüksək siyasi hazırlıqlı, zəngin təcrübəsi olan, xarici dilləri mükəmməl bilən bir lider var. Prezident İlham Əliyevin bu üstünlükləri onun beynəlxalq arenada apardığı təbliğatda çox böyük rol oynadı.

Ermənilər anlamalıdır ki, əbədi qarşıdurmadan, blokadadan, küncə sıxılmaqdan xilas olmaq üçün Azərbaycanla sülh sazişi imzalanmalıdır. Başqa yol qalmayıb, əbədi düşmənçilik erməni xalqını bəlalara düçar edir.

Ermənilər Qarabağda sağalmaz bir yaraya çevriliblər. Xankəndi terrorçuların yuvası olub, orada yaşayan ermənilər xunta rejiminin, çaldığı havaya oynayırlar. Ermənilər anlamalıdırlar ki, Xankəndidə dinc yaşamaq istəyirlərsə onda Azərbaycanın qanunlarına tabe olmalıdırlar. Ermənilərə xatırladırıq ki, xam xəyallarla yaşamaq yetər, xalqımızın erməni nazı ilə oynamağa nə həvəsi var, nə də səbri. Xaos və anarxiya içərisində çabalayan ermənilər anlamalıdırlar ki, torpaqların sahibi azərbaycanlılardır, bəlkə də qaytardılar xülyasına uymağa heç bir əsas yoxdur.

Azərbaycanda Qarabağda və Şərqi Zəngəzurda qazanılan tarixi qələbənin, şanlı Zəfərin ikinci ildönümü xalqımızın coşqusu və yüksək əhvali-ruhiyyəsi ilə qeyd olundu, bütün bölgələrimizdə atəşfəşanlıq keçirildi. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və oğulları Heydər Əliyev Zəfər Günü münasibətilə Şuşada təşkil olunan tədbirdə iştirak etdilər. Dövlətimizin başçısı Şuşada hərbçilər qarşısında etdiyi çıxışında xalqımızı düşündürən, narahat edən, Xankəndi ilə, Rusiya sülhməramlıları ilə bağlı bütün məsələlərə aydınlıq gətirdi, Prezident öz şərtlərini bir daha bəyan etdi: “Ermənistan yaxşı qonşuluq siyasəti aparmaq istəyirsə, birincisi, 2020-ci ilin 10 noyabr Bəyanatının bütün müddəalarını yerinə yetirməlidir. Azərbaycanla sülh üzrə aparılan danışıqlarda səmimi olmalıdır. Süni şəkildə vaxt uzatmamalıdır, hansısa möcüzəni gözləməməlidir ki, kimsə gəlib bunların yerinə vuruşacaq. Heç kim gəlib onların yerinə vuruşmayacaq, gəlib vuruşsa da, qarşısında yenə də Azərbaycan Ordusunu görəcək. Biz sülh istəyirik, biz müharibə istəmirik. Sülh, amma ədalətli sülh... Məğlub edilmiş ölkə özünü belə apara bilməz. Ona görə bizim bütün addımlarımız əsaslıdır. Düzdür, Ermənistanın bəzi xarici havadarları bizi nədəsə günahlandırmaq istəyirlər. Onların cavabını da mən vermişəm. Yenə də nəsə banlasalar, yenə də cavablarını verərəm. Bu, məni dayandırmaz. Amma fakt odur ki, biz öz haqqımızı tələb edirik”.

Doğma xalqının mövqeyini, haqqını Zəfər Günündə Şuşadan bütün dünyaya bəyan edən Prezident İlham Əliyev Qarabağda qalan erməniləri öz çirkli oyunlarına alət edən beynəlxalq oyunçuların həmlələrini, özünü islam dövləti hesab edən, lakin ermənini bağrına basanların riyakarlığını ifşa etdi, özünün tutarlı sözlərini güclü iradəmizi və qələbəmizi həzm edə bilməyənlərin, bizə xor baxanların üzünə dedi.

Salman ALIOĞLU,

"Respublika".