Vətən müharibəsi başa çatandan sonra Azərbaycan sülh sazişi, kommunikasiyaların açılması, ərazi bütövlüyünün tanınması ilə bağlı Ermənistana beş müddəadan ibarət təkliflərini çatdırıb. Məğlub edilmiş Ermənistan hakimiyyətinin iki il yarımdır ki, bu təklifləri qəbul etməyə sadəcə cəsarəti çatmır. Azərbaycan sülh mövqeyində dayandığını dünyaya bəyan edir, öz humanist, prinsipial və qərarlı mövqeyində dayanır. Cənubi Qafqazda baş verən müsbət dəyişikliklər, Azərbaycanla Gürcüstan arasında sıx əməkdaşlıq fonunda Ermənistan küncə sıxılmış, xəstə ideyaların qaranlığına bürünmüş, beynəlxalq layihələrdən təcrid edilmiş, xülyalarla yaşayan bir ölkəyə çevrilib, ən ümdəsi isə başqalarına yalvarmaq və kömək ummaq hərisliyinə tutulub.
Uzun illər geosiyasi güclərin himayəsinə sığınan, humanitar yardımlarla bəslənən, Birinci Qarabağ müharibəsində Xankəndindəki 366-cı SSRİ alayının hərbi texnikalarından və canlı qüvvəsindən istifadə edərək torpaqlarımızı işğal edən Ermənistan iqtidarında və erməni cəmiyyətində indi öz ağalarına qarşı aqrresivlik müşahidə edilir, konkret olaraq, Rusiyanın əleyhinə bəyanatlar səsləndirilir, rus dilinə və mədəniyyətinə qarşı etinasızlıq göstərilir, bir sözlə, gücündən və çörəyindən gen-bol istifadə etdikləri, “getmə gözümdən, gedərəm özümdən” dedikləri qardaşına arxa çevirir, onu cidd-cəhdlə günahlandırır. Bu, əsl erməni riyakarlığı və erməni xislətidir. Ermənilər yenidən revanşist fikirlər səsləndirir, sülh danışıqlarının qəbuledilməzliyindən, Zəngəzur dəhlizinin açılmamasından danışırlar. Azərbaycanın suveren ərazisi olan Qarabağa və orada məskunlaşan ermənilərə şirin vədlər verərək xain dil uzadan və əlaltından hərbi yardım edən Ermənistan iqtidarı yenidən köhnə xəyallar qurur, eyforiyaya qapılır. Qarabağdakı separatçı erməniləri sərsəm bəyanatlar verməyə, gülünc iddialar irəli sürməyə həvəsləndirən Paşinyan hökuməti bölgədə gərginliyin artmasına, münaqişə qığılcımlarını körükləməyə cəhd edir.
Birinci Qarabağ müharibəsində ordu komandanı olmuş, saxta general, Qarabağda doğulmuş və əli soydaşlarımızın qanına batmış Samvel Babayanın Vətən müharibəsində harada qaçıb gizləndiyi məlum olmadı. Bu həmin Samveldir ki, işğal illərində azərbaycanlı əsirlərə Ağdamdakı qədim Qarağacı qəbiristanlığındakı qəbirlərin baş və sinə mərmər daşlarını sökdürərək Mısmına kəndində qarət hesabına tikdirdiyi villanın həyətinə döşətdirib. Bu barədə həmin illərdə əsirlikdə olan və orada işləyən adamlar danışıblar. Gizləndiyi yerdən çıxan qatil Samvel sosial şəbəkə hesabında həyasızcasına bildirir ki, guya erməni ordusu indi 44 günlük müharibədəkindən daha yüksək əhvali-ruhiyyəyə və döyüş qabiliyyətinə malikdir. Hakimiyyətin bu sahəyə diqqətini daha da artıracağı təqdirdə isə guya ordunun (?!) istənilən döyüş tapşırığını yerinə yetirmək əzmində olduğunu deməsi sərsəmlikdən başqa bir şey deyil. Azərbaycanlıların ev-eşiyini, var-dövlətini qarət edərək özünə dəbdəbəli şərait quran cinayətkar Samvel Babayan kimiləri unudurlar ki, 2020-ci ildəki müharibədə 11 mindən çox fərarisi olan başıpozuq erməni ordusunu tərifləməsi erməni özünəvurğunluğunun idbar nəticəsidir. Samvel və başqa separatçı ermənilər Azərbaycan ordusunun Qarabağda və Şərqi Zəngəzurda bütün strateji yüksəklikləri, Ermənistandan Azərbaycana gələn bütün yolları, istər asfalt, istərsə də torpaq yolları nəzarətə götürməsindən ciddi vahimələnir, öz dərilərini qorumaq üçün yalan və böhtan yayır, ictimai fikri çaşdırır. Ermənilər Azərbaycan ordusunun gücünü, peşəkarlığını, vətənpərvərliyini, müasir hərbi texnikalardan yüksək səviyyədə istifadə etməsini yaxşı bilirlər, sadəcə bunu etiraf etməyə ləyaqətləri çatmır. Bölgədə baş verən proseslər bir daha onu göstərir ki, ərazidəki ümumi vəziyyətə nəzarət Azərbaycanın tərəfindədir. Həmçinin mənəvi, psixoloji, hərbi və siyasi, diplomatik üstünlüklər də getdikcə Azərbaycana daha çox nailiyyətlər əldə etməyə imkan verir. Ermənistanla sərhədin Laçın rayonundan keçən hissəsində nəzarət-buraxılış məntəqəsinin quraşdırılması labüddür. Dövlətimizin başçısı İlham Əliyev bu barədə daha əvvəllər təkliflərini səsləndirib. Bu təklif Rusiya və Ermənistan tərəfindən etirazla qarşılansa da, nəzərə almaq lazımdır ki, Laçın rayonunun Zabux və Cağauz kəndləri artıq Azərbaycanın nəzarətindədir və ona öz ərazisində nəzarət-buraxılış <