Elmin və təhsilin inkişafında Heydər Əliyev mərhələsi
Siyasət

Elmin və təhsilin inkişafında Heydər Əliyev mərhələsi

Mən həmişə belə düşünmüşəm, xoşbəxt o xalqdır ki, dünyada olan 5000 xalqın arasında özünə müstəqil dövlət qura bilib, o xalq daha xoşbəxtdir ki, onun ümummilli lideri, istinad nöqtəsi, güvənc yeri var. Amerikalılar üçün Corc Vaşinqton, fransızlar üçün Şarl de Qoll, almanlar üçün Konrad Adenauer, türklər üçün Mustafa Kamal Atatürk kimdirsə, biz azərbaycanlılar üçün Heydər Əliyev məhz həmin şəxsiyyətdir.

Tarixi gerçəkliklərin müqayisəsi böyük şəxsiyyətlərin fəaliyyətinin obyektiv qiymətləndirilməsində ən dəqiq istinad yeridir. Bu mənada Heydər Əliyevin rəhbərlik etdiyi Azərbaycan istisnasız olaraq daim problemlərin həllinə doğru irəliləyən, iqtisadi, sosial, humanitar mədəni sahələrdə intibaha can atan, hər addımda insan şəxsiyyət amilini uca tutan ölkə kimi görünür. Ötən əsrin keşməkeşli illərini gözlərimiz önündə canlandırsaq, istər-istəməz bu qənaəti bölüşməli olacağıq: Azərbaycanda müstəqil dövlət quruculuğu əslində, 1969-cu ildən etibarən, yəni Heydər Əliyevin respublikaya rəhbərliyə gəlişindən sonra başlanmışdır.

Ötən əsrin 60- illərində SSRİ-nin inzibati ərazi vahidlərindən biri olan Azərbaycanın istər sosial-iqtisadi, istərsə ictimai-siyasi həyatında artıq təşviş doğuran tam tənəzzül meyilləri müşahidə olunurdu. Sovet İttifaqının tərkibinə daxil olan başqa müttəfiq respublikaların diqqəti cəlb edən fasiləsiz inkişafı fonunda Azərbaycanda cəmiyyət həyatının bütün sahələrində geriləmə, mənfi meyillər getdikcə daha dərin kök salır, respublikanın iqtisadi potensialının zəifləməsi xalqın milli-mənəvi birliyinə vurulan zərərdən heç az olmayan təhlükəli miqyas alırdı. Sovet rejiminin bütün xüsusiyyətlərinə dərindən bələd olan zəngin idarəçilik təcrübəsi qazanmış Heydər Əliyev Azərbaycanı düşmüş olduğu çox ağır vəziyyətdən çıxarmaq üçün qəti addımlar atmağa başladı. O, dahiyanə uzaqgörənliklə, dərindən ölçüb-biçərək ölkənin uzunmüddətli, dinamik hərtərəfli inkişafını təmin edən kompleks inkişaf proqramları hazırladı dərhal onların icrasına başlandı. Xalq ilk addımlardan Heydər Əliyevi rəğbətlə qarşıladı, onu sevdi arxasınca getdi. Azərbaycan xalqının tarixində Heydər Əliyev dövrü başlandı. Xalqın dahi oğlu Sovet İttifaqı kimi böyük bir dövlətin güclü iqtisadi potensialından geniş imkanlarından istifadə edərək Azərbaycanı tərəqqi yoluna çıxarmaq siyasəti yeritməyə başladı. Bütün ömrünü doğma xalqına həsr etdi.

Heydər Əliyev fitri istedadı, yüksək təşkilatçılıq idarəçilik məharəti ilə Azərbaycanı cəmi bir neçə ilə dinamik inkişaf yoluna çıxarmağa müvəffəq oldu. İdarəçilikdə mütərəqqi yeniliklərin tətbiqi, milli kadrların önə çəkilməsi yolu ilə cəmiyyətin normal inkişaf ahəngini təmin etdi. Ulu öndər Heydər Əliyevin qətiyyəti ilə həmin dövrdə həyata keçirilən tədbirlər sosial-iqtisadi həyatın bütün sahələrinin inkişafına, həmçinin iqtisadi, ictimai-siyasi həyatda yaranmış tənəzzülün xalqın mənəvi-psixoloji durumuna mənfi təsirinin qarşısının alınmasına gətirib çıxarmışdır. Beləliklə, Azərbaycanın qarşısında tamamilə yeni inkişaf səhifəsi açılır, bu səhifə ölkə tarixinə qızıl hərflərlə yazılırdı. Qətiyyətlə deyə bilərik ki, ölkənin iqtisadi müstəqilliyi, onun xarici iqtisadi əlaqələrinin sistemli olaraq genişlənməsi dünya iqtisadiyyatına daha dərin şəkildə inteqrasiya prosesi 1970-1980-ci illərdə Heydər Əliyev tərəfindən təməli qoyulmuş potensiala əsaslanır.

Mən özümü xoşbəxt insanlardan sayıram ki, Heydər Əliyevi tələbəlikdən tanıyır gənclərə göstərdiyi qayğının şahidiyəm. Baxmayaraq ki, orta məktəbi medalla bitirmişdim, tələbə adını qazanandan sonra ən böyük arzum Qərbi Azərbaycana qayıdıb kəndimizdə müəllim işləmək idi. Ancaq Heydər Əliyevin respublika rəhbərliyinə gəlişi, onun nəhəng perspektivlərə hesablanmış əməlləri, irimiqyaslı addımları bütün xalqımızda olduğu kimi, biz gənclərdə yeni, daha böyük arzular ümidlər yaratdı. Şəxsən mən təhsilimi davam etdirmək, elm yolu ilə irəliləmək, ölkədə aparılan böyük işlərə öz payımı vermək arzusu ilə daha yaxşı oxumağa, daha çox çalışmağa başladım. 1969-cu ildə Bakı Dövlət Universitetinin 50 illik yubileyi keçirilirdi.