Elçin Əmirbəyov: Azərbaycan ilə Şimali Makedoniyanın siyasi dialoq baxımından çox yaxşı münasibətləri var
Siyasət

Elçin Əmirbəyov: Azərbaycan ilə Şimali Makedoniyanın siyasi dialoq baxımından çox yaxşı münasibətləri var

Azərbaycan ilə Şimali Makedoniya arasında iqtisadi əməkdaşlıq potensialı hələ istifadə olunmayıb, bizim çoxlu imkanlarımız var. Biz təkcə rəsmi şəxslər deyil, həm işgüzar dairələr, müxtəlif biznes forumları, sahə nazirliklərinin müxtəlif nümayəndə heyətləri arasında daha çox əlaqələrə malik olmalıyıq.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov Şimali Makedoniyanın "MIA" media informasiya agentliyinə müsahibəsində səsləndirib.

Şimali Makedoniyaya səfəri çərçivəsində jurnalist Aleksandar Atanasovun suallarını cavablandıran Elçin Əmirbəyov səfərin məqsədlərindən, ölkələr arasında ikitərəfli münasibətlərin hazırkı vəziyyətindən iqtisadi əlaqələrin perspektivlərindən bəhs edib. Bildirilib ki, səfərin iki məqsədi var. İlk növbədə, məqsəd Şimali Makedoniya hakimiyyəti ilə ikitərəfli münasibətləri nəzərdən keçirməkdir. İki ildən sonra Azərbaycan ilə Şimali Makedoniya arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi qeyd olunacaq.

"Əldə olunan nəticələri gələcəkdə nələri daha yaxşı edə biləcəyimizi düşünmək üçün yaxşı vaxtdır. İkinci məqsəd isə Şimali Makedoniya hazırda Azərbaycanın da üzv dövlət olduğu ATƏT-in fəaliyyətdə olan sədri rolunu yerinə yetirir. Bunu nəzərə alaraq, məqsədimiz Şimali Makedoniya rəsmilərini Cənubi Qafqazda regional təhlükəsizlik baxımından mövcud vəziyyət, konkret olaraq Azərbaycan Ermənistan arasında gedən sülh prosesi haqqında məlumatlandırmaqdır", - deyə E.Əmirbəyov qeyd edib.

Birinci vitse-prezidentin köməkçisi deyib ki, iki ölkə arasında siyasi dialoq baxımından çox yaxşı münasibətlər var. Ölkə liderləri nazirlər müntəzəm olaraq görüşürlər, xüsusən xarici işlər nazirləri son vaxtlar bir neçə dəfə görüşüblər. Şimali Makedoniyanın xarici işlər naziri bu ilin aprelində Azərbaycana səfər edib. E.Əmirbəyov, həmçinin bildirib: "Düzdür o, bu səfəri ATƏT-in fəaliyyətdə olan sədri kimi edib, lakin səfər çərçivəsində həm azərbaycanlı rəsmilərlə ikitərəfli məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Düşünürəm ki, ölkələrimiz iqtisadi əməkdaşlıq potensialından hələ çox yaxşı səviyyədə istifadə etməyib. Bizim yaxşı potensialımız, çoxlu imkanlarımız var. Ona görə hesab edirəm ki, biz təkcə rəsmi şəxslər səviyyəsində deyil, həm işgüzar dairələr, müxtəlif biznes forumları, müvafiq nazirliklərin nümayəndə heyətləri arasında daha çox təmaslara malik olmalıyıq".

Görüşdə ölkələrimiz arasında ticarət dövriyyəsinin artırılmasının zəruri olduğu da vurğulanıb.

Elçin Əmirbəyov deyib ki, ənənəvi enerji təchizatçısı kimi tanınan Azərbaycan Avropa İttifaqının () enerji təhlükəsizliyinə töhfə verir, -nin əsas strateji tərəfdaşlarından biridir. Şimali Makedoniya - üzv olmaq üçün namizəd ölkə statusu almaq istəyir. Cənub-Şərqi Avropanın bir çox ölkəsi təbii qazın tədarükünü razılaşdırmaq üçün hazırda Azərbaycanla müzakirələr aparır. "Lakin enerji yalnız bir sahədir düşünürəm ki, biz hər iki ölkənin bir-birinə təklif edə biləcəyi əsas məhsulları ümumiləşdirməliyik. Bizim biznes ticarət imkanları baxımından müntəzəm ünsiyyət kanalımız olmalıdır. Hesab edirəm ki, qarşıda görüləsi hələ çox var. Həmçinin Azərbaycan bu yaxınlarda Şimali Makedoniyaya yeni səfirini akkreditə edib, Serbiyadakı səfirimiz indi Skopyedə səfirdir. Hesab edirəm ki, ötən müddətdə qurulan əlaqələr bizə mövcud boşluqları doldurmaq imkanı verə bilər".

Azərbaycan rəsmisi 2020-ci ilin sonundan etibarən Xəzər dənizinin təbii qaz ehtiyatlarının Cənub Qaz Dəhlizi vasitəsilə İtaliyaya bir sıra digər ölkələrə nəql edildiyini bildirərək qeyd edib: "Azərbaycandan təbii qaz alan ölkələrin sayı tezliklə 10-a çatacaq. Şimali Makedoniyanın da Azərbaycan təbii qazının bir hissəsini idxal etməkdə müəyyən marağı var. Həmçinin Azərbaycan Şimali Makedoniya məhsullarının bəziləri üçün cəlbedici bazar ola bilər eynilə bunun əksi mümkündür".

Jurnalistin Azərbaycan təbii qazının Şimali Makedoniyaya mümkün nəqli ilə bağlı sualına cavab olaraq Elçin Əmirbəyov deyib ki