Azərbaycanın İkinci Qarabağ savaşında əldə etdiyi qələbədən xeyli vaxt keçməsinə baxmayaraq, Ermənistan hələ də ipə-sapa yatmaq bilmir. Mövzu hər zaman sülh məsələsinə gələndə düşmən ya müxtəlif bəhanələrlə öhdəliklərdən boyun qaçırır, ya da havadarlarının arxasında gizlənərək aranı qarışdırmağa çalışır.
Görünür, qərb qonşumuz kommunikasiyaların açılması, eləcə də regionda təhlükəsizliyin təminatı üçün sülh müqaviləsinin vacibliyini dərk etmək istəmir. Prezident İlham Əliyev Ermənistanın barış məsələsindəki laqeydliyini dəfələrlə diqqətə çatdırmışdır. Ölkə başçımızın mayın 3-də ADA Universitetinin təşkilatçılığı ilə Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusundakı dördüncü beynəlxalq konfransdakı çıxışı zamanı söylədiyi fikirlər də bunu təsdiqləyir: "Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət, - söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, - dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır. Ümid edirəm ki, Vaşinqton danışıqları hətta nəticə verməsə belə, biz tərəqqinin əlamətlərini görə biləcəyik".
İndiyə qədər həm Rusiyanın, həm də Avropa İttifaqının vasitəçiliyi ilə baş tutan görüşlər iki ölkə arasındakı münasibətlərin normallaşması istiqamətində keçirilsə də düşmən mənasız bəhanələrlə sülh sazişinin imzalanmasını ləngitmişdir. Tarixə nəzər salsaq, bu günə qədər tərəflər arasında 9 görüşün keçirildiyini, lakin hələ də hər hansı bir müqavilənin mövcud olmadığını görmək mümkündür. Daha bir faktı da vurğulamaq lazımdır ki, Ermənistanın 2020-ci ilin 10 noyabrında imzaladığı kapitulyasiya aktı məhz onun məğlubiyyətinin rəsmi təsdiqidir. Məğlubiyyətini açıq şəkildə bəyan etmiş ölkə bu gün sülh razılığına gələrək rəzil duruma düşməkdənmi çəkinir? Əslində, Ermənistan özünü vaxtilə ərazi bütövlüyü beynəlxalq müstəvidə tanınan Azərbaycanın torpaqlarını işğal etməklə, 44 günlük müharibədə döyüş meydanında məğlub olmaqla gülünc vəziyyətə salmışdı. Bu baxımdan, Ermənistan bu sazişin onun üçün qurtuluş yolu olacağını başa düşməlidir. Bu gün qərb qonşumuz tərəfindən bu barədə müxtəlif revanşist fikirlər səsləndirilsə də, sülhdən başqa alternativin olmadığı nəinki Ermənistana, hətta onun havadarlarına da məlumdur.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Ermənistana sülh lazım deyilsə, bizə də lazım deyil. Dövlətimizin başçısının bu mesajları görünür hayları qorxuya salıb. Mayın 15-də Brüsseldə baş tutan görüşdə əldə olunan bir sıra nəticələr də bunu təsdiqləyir. Məsələn, həmin görüşdə Ermənistanın Qarabağı Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisinin tərkib hissəsi kimi tanıdığını bəyan etməsi Paşinyanın başqa çıxış yolu olmadığını başa düşdüyünün təzahürüdür. Xatırladaq ki, Azərbaycan Ermənistana 5 prinsip üzrə sülh təklifi irəli sürüb. Həmin prinsiplər tərəflərin bir-birilərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması əsasında hazırlanıb. Bundan başqa, Azərbaycan və Ermənistanın bir-birilərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi də sənəddə öz əksini tapıb. Dövlətlərarası münasibətlərdə ölkələrin bir-birilərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etmək, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək, dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması, nəqliyyat və kommunikasiyaların açılması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması da ehtiva edilir. Bu təklif qarşı tərəf üçün əslində, böyük fürsətdir.
Əgər