"Azərbaycanın enerji təhlükəsizliyi ilə bağlı strategiyası bir neçə mərhələyə bölünüb. Birinci mərhələdə müstəqilliyimizin bərpasından sonrakı üç il ərzində, yəni 1994-cü ildə Azərbaycan Xəzər dənizində əməkdaşlıq etmək üçün xarici dövlətlərin aparıcı enerji şirkətlərini dəvət edən ilk dövlət idi. Tezliklə biz Avropa bazarına və əsasən də İtaliyaya neft ixrac edən ölkəyə çevrildik". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin sentyabrında İtaliyada keçirilən 48-ci beynəlxalq Çernobbio Forumunda "Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu" mövzusunda çıxışı zamanı bildirib.
Dövlət başçısı həmçinin deyib: "Açıq dənizə çıxışı olmayan ölkə kimi bizim ixrac kəmərlərinə ehtiyacımız var idi. Biz strateji neft boru kəmərlərini Aralıq dənizi limanında yerləşən Türkiyəyə və Gürcüstanın Qara dəniz limanına çəkdik, dünya bazarına enerji tədarükünü şaxələndirməklə Avropanın enerji xəritəsini dəyişməyi bacardıq".
Dünyanın ən qədim neft istehsalçılarından olan Azərbaycan neft sənayesinin bütün tarixi boyu dünyanı enerji ilə təmin edib. 1991-ci ildə müstəqilliyinin bərpasından sonra ölkəmizin enerji təchizatı coğrafiyası nəhəng Azəri-Çıraq-Günəşli neft yatağının işlənməsi və Bakı-Tbilisi-Ceyhan boru kəməri sayəsində əhəmiyyətli dərəcədə genişlənmişdir. İndi Azərbaycan təhlükəsiz və etibarlı şəkildə dünya bazarlarını neftlə təmin edir. Ərazisi və əhalisinin sayına, iqtisadi göstəricilərinə görə Avropanın bir çox dövlətlərindən geri qalan Azərbaycan bu gün inkişaf etmiş əksər Qərb ölkələrini düşdükləri çətin durumdan çıxarmaq gücünə malikdir. Enerji təhlükəsizliyini təmin etmək istəyən o ölkələr çarəni Bakıda axtarırlar.
2022-ci ilin sentyabrında Azərbaycan Prezidenti İlham Əliyevin Bolqarıstana səfəri bu sahədə yeni səhifə açdı. Dövlət başçımızın əsas qonaq qismində dəvət olunduğu Yunanıstan-Bolqarıstan-Qaz İnterkonnektoru layihəsinin açılış mərasimi Rusiya ilə ciddi enerji böhranı yaşayan Avropa İttifaqı dövlətləri üçün "yeni ümid və imkanlar" kimi təqdim edilir. Hər bir ölkə üçün enerji təhlükəsizliyi məsələləri həmişə mühüm əhəmiyyət kəsb edir. Müasir dövrdə dünyada baş verən geosiyasi hadisələr fonunda enerji təhlükəsizliyi məsələlərinin əhəmiyyəti daha da artır. Avropanın enerji sahəsində asılılığı azaltmaq, alternativ mənbələr və etibarlı tərəfdaşlar axtarışında Azərbaycana xüsusi önəm verməsi isə heç də təsadüfi deyil. Bu vaxtadək Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayıb. Belə ki, ölkəmiz uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir, bundan sonra isə qaz hasilatını artırmağı və öz tərəfdaşlarını təbii qazla təmin etməyi planlaşdırır. Bu işdə Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış enerji sahəsində strateji tərəfdaşlıq haqqında Memorandum da xüsusi əhəmiyyətə malikdir. Azərbaycan öz enerji siyasətini daha da genişləndirməyi düşünür, bu hədəflərə çatmaq üçün Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi də milli maraqlarımıza tamamilə cavab verir. Azərbaycan təşəbbüsçüsü və iştirakçısı olduğu enerji layihələri ilə ölkələri və xalqları birləşdirən körpü rolunu oynayır. Bu layihələr yalnız iştirakçı ölkələrin deyil, dünya dövlətlərinin də uzunmüddətli iqtisadi inkişafına geniş imkanlar açdı. Dövlət başçısı İlham Əliyev noyabrın 25-də Bakıda, ADA Universitetində keçirilən "Orta Dəhliz boyunca: geosiyasi, təhlükəsizlik və iqtisadiyyat" mövzusunda beynəlxalq konfransda qeyd etdi ki, istənilən genişmiqyaslı layihənin icrası üçün önəmli elementlərdən biri sabitlikdir. Azərbaycanda uzun illərdir ki, sabitlik var və bu, bizim iqtisadi inkişafımızın əsas amillərindəndir. Nəhəng ixrac infrastrukturuna malik olan, Avropanın enerji xəritəsini dəyişən Cənub Qaz Dəhlizinin təşəbbüskarı və aparıcı qüvvəsi də məhz Azərbaycandır. Bu gün ölkəmizdən Gürcüstan, Türkiyə, Yunanıstan, Bolqarıstan, Albaniya və İtaliyaya "mavi yanacaq" ixrac edilir. Gürcüstana qaz Cənubi Qafqaz Boru Kəməri ilə çatdırılır. Türkiyə Azərbaycan qazını Bakı-Tbilisi-Ərzurum kəməri və TANAP-la alır. Avropaya isə ölkəmizdən qaz nəqlinə 2020-ci il dekabrın 31-də Cənub Qaz Dəhlizinin