Dünya diplomatiyasının ədalətsizlik nümunəsi
Siyasət

Dünya diplomatiyasının ədalətsizlik nümunəsi

ABŞ Konqresinin  "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişi tamamilə ləğv edilməlidir

"İlk növbədə ölkəmizə qarşı əsassız tətbiq olunan ABŞ Konqresinin "Azadlığa Dəstək Aktı"na 907-ci düzəlişini xatırlayaq. Əvvəla qeyd edək ki, 1992-ci ildən qüvvədə olan "907-ci düzəliş" dünya diplomatiyasının ədalətsizlik simvoludur". Bu fikirləri ADA Universitetinin təşkilatçılığı ilə Şuşada Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda xarici qonaqların suallarını cavablandıran, adıçəkilən düzəlişə münasibətini bildirən Prezident İlham Əliyev vurğulayıb. Bildirib ki, Azərbaycanda heç kim 907-ci düzəlişi xatırlamır. Çünki birincisi, bizim artıq bu yardıma ehtiyacımız yoxdur. İkincisi, bu, Prezident Klinton tərəfindən müvəqqəti olaraq ləğv edilmişdi ondan sonra gələn prezidentlər bunu davam etdirirlər. Bu, faktiki olaraq onu göstərir ki, məsələ həll olunub.

Xatırladaq ki, 1992-ci ilin oktyabrında ABŞ Konqresi keçmiş sovet respublikalarına dövlət yardımını tənzimləyən "Azadlığı Müdafiə Aktı" adlı qanun qəbul edib. Bu qanunun 907-ci bölməsinə edilən düzəlişə əsasən, ABŞ hökuməti tərəfindən Azərbaycanın rəsmi strukturlarına yardım göstərilməsi qadağan olunub. Ermənistanın Azərbaycana qarşı təcavüzünü müdafiə edən ABŞ-ın güclü erməni icması bu qanunun qəbul olunmasına böyük təsir göstərib. Konqresmenler erməni icmasının lobbisinin birtərəfli məlumatları, təbliğatına görə, 907-ci düzəliş üçün Azərbaycanın Ermənistanı guya blokadada saxlaması, "Dağlıq Qarabağ" ermənilərinə qarşı zorakılıq işlətməsi səbəblərini əsas kimi qəbul ediblər. Qanunun qüvvəyə mindiyi 1993- ilin yanvarına qədər isə Ermənistan silahlı qüvvələri Şuşanı, vilayətdən kənardakı Laçın rayonunu işğal edib, Xocalı şəhərini tutaraq dinc sakinlərə qarşı qanlı qırğın törədiblər. 907-ci düzəlişin qəbul olunması ilə müstəqilliyini yeni bərpa etmiş böyük çətinliklərlə üzləşmiş Azərbaycan səkkiz il ərzində ABŞ yardımından məhrum olub. Məqsəd ölkəmizi iqtisadi cəhətdən zəiflətmək, asılı vəziyyətə salmaq idi. 1993- ildə Heydər Əliyevin hakimiyyətə gəlişi, 1994- ildə isə ABŞ neft şirkətləri ilə neft müqavilələrinin imzalanmasından sonra 907-ci düzəliş əleyhinə fəaliyyət güclənib. Azərbaycan Prezidenti Heydər Əliyev 27 iyul - 7 avqust 1997-ci ildə ABŞ-a rəsmi səfəri zamanı ABŞ-Azərbaycan münasibətlərinə böyük ziyan vuran 907-ci əlavənin ləğvinin zəruriliyini prezident Klinton ABŞ Konqresinin üzvlərilə görüşlərdə diqqətə çatdırıb. 1997-ci ildə Heydər Əliyevlə söhbət zamanı Bill Klinton ABŞ Konqresinin 907-ci əlavəyə münasibətini dəyişəcəyini bildirib. O, əvvəlcə Azərbaycana yardımların təmin olunacağını, daha sonra həmin əlavənin tam ləğv ediləcəyini deyib. Azərbaycan dövlət başçısının nümayəndələr palatasında keçirdiyi görüşlər zamanı da ABŞ qanunvericiləri 907-ci düzəlişin əleyhinə olduqlarını bir daha bildiriblər. ABŞ erməni icması lobbisinin müqaviməti nəticəsində həmin qanunun tam ləğvinə nail olunmasa da, 1997-2000-ci illərdə ABŞ Azərbaycana müxtəlif yardımlar edib.

1999-2005-ci illərdə Qarabağ ermənilərinə ayrılan yardım 2-3 milyon dollar həcmində olub. 2006- ildən bu məbləğ artaraq 5 milyon, 2007-2008-ci illərdə 6 milyon, 2009-cu ildə isə 8 milyon ABŞ dolları təşkil edib. Bu artım tendensiyası həm Amerika Konqresində, bu ölkənin siyasi dairələrində erməni təəssübkeşliyinin miqyasını göstərir. Ümumilikdə, ABŞ qaynaqlarının rəsmi statistikasına görə, 1993-2006- illərdə Ermənistan Amerikadan 1,717 milyard dollar yardım alıb ki, bunun da 1,222 milyard dolları "Freedom Support Act" çərçivəsində həyata keçirilib. Bu yardımı əhali üzrə böldükdə Ermənistan digər postsovet ölkələrini qat-qat üstələyir. Bu illərdə Azərbaycana ayrılan yardım payı isə cəmi 45 milyon dollardan çox olmayıb. 2001-ci ilin sentyabrında ABŞ-da baş verən terror aktı hökumətin xarici siyasətində dəyişiklik etməsini zərurətə çevirdi. Azərbaycana qarşı xarici siyasətində dəyişiklik edən ABŞ Administrasiyası 907-ci düzəlişin