1993-cü il may ayının 25-də Prezident Aparatında hüquq-mühafizə orqanları rəhbərlərinin iştirakı ilə müşavirə keçirilmişdir
Ötən əsrin 80-ci illərinin axırı, 90-cı illərin əvvəli ölkəmizdə vəziyyət son dərəcə ağır idi. Azərbaycan xalqı tarixinin ən çətin dövrünü yaşayırdı. Ermənistanla müharibədə ağır məğlubiyyət respublikada vəziyyəti daha da gərginləşdirmişdi. Ermənilər torpaqlarımızı, şəhər və kəndlərimizi işğal edir, qətl və qarətlər törədirdilər. Öz içimizdə olan xəyanətkarlar isə yüksək vəzifələr ələ keçirmək, varlanmaq xatirinə düşmən dəyirmanına su tökür, ölkədə sabitliyin yaranmasına mane olurdular.
Radikal müxalif dairələr xaricdəki ağalarına xidmət etmək üçün bir-biri ilə bəhsə girmişdilər. Satqınlıq, xəyanət adi hal almışdı. Şəhər və rayonlarda silahlı dəstələr hökmranlıq edirdilər. Çirkin yollarla qazanc əldə edənlərin sayı gündən-günə artırdı. Xalq qorxu və vahimə içərisində yaşayırdı. 1991-ci ildə Azərbaycan müstəqilliyini elan etsə də, o dövrdə hakimiyyətə gələnlərin səriştəsizliyi ucbatından 70 il sonra bir daha əldə olunmuş müstəqilliyi möhkəmləndirmək, dövlətin dayaqlarını gücləndirmək mümkün olmamışdı. Azərbaycan erməni faşizminin hücumuna məruz qalmış, nəticədə ərazilərimizin 20 faizi işğal olunmuşdu. Ölkə daxilindəki gərgin və qeyri-stabil vəziyyətdən istifadə edən Ermənistan ordusu hücum əməliyyatlarını genişləndirir, daha çox ərazini zəbt etməyə çalışırdı. Nizami ordunun və vahid hərbi komandanlığın yoxluğu fonunda faşist xislətli ermənilərin hücumlarının qarşısını almaq mümkünsüz hala gəlmişdi. Bu isə ölkədə onsuz da gərgin olan vəziyyəti bir qədər də gərginləşdirir, xalqla dövlət arasındakı uçurumu daha da dərinləşdirirdi.
Çox mürəkkəb bir mərhələdə - 1992-ci ildə hakimiyyəti qeyri-qanuni yolla zəbt etmiş AXC-Müsavat cütlüyünün yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan yenicə qazandığı müstəqilliyini itirmək təhlükəsi ilə üzləşmişdi. Sovet hökumətinin buxovlarından azad olan respublikada yaranmış vəziyyətdən bir qrup müxalif qüvvə sui-istifadə edərək hakimiyyət uğrunda mübarizə aparır, öz şəxsi mənafeləri üçün xalqı qardaş qırğınına vadar edirdi. Səriştəsiz, siyasi savadı, dövlət idarəçiliyində təcrübəsi olmayan insanların hakimiyyətə gəlməsi respublikanı məhvə doğru aparırdı.
O vaxt parlamentin sədri kimi məsuliyyətli bir vəzifəni ələ keçirmiş İsa Qəmbər, baş nazir postunu zəbt etmiş Pənah Hüseynov, dövlət katibi Əli Kərimov, müdafiə naziri Rəhim Qazıyev, daxili işlər naziri İsgəndər Həmidov və b. kimi xalqın müqəddəratını deyil, yalnız öz şəxsi mənafeyini güdən qüvvələr xalqın qanına susamışdılar. Onlar respublikanın var-dövlətini tar-mar edərək quldurluq əməlləri ilə, qeyri-qanuni yollarla pul yığmaqla məşğul idilər. AXC-Müsavat cütlüyü hakimiyyətə gəlməkdən ötrü hətta vətən torpaqlarını belə satmışdılar. Belə ki, 1992-ci il may ayının 8-də Şuşa ermənilər tərəfindən işğal olunduqdan sonra Laçının ətrafında yerləşən rayon və yaşayış məntəqələrini düşmən öz əlinə keçirdi. Laçın rayon mərkəzi erməni silahlı qüvvələri tərəfindən intensiv olaraq ağır artilleriya silahlarından atəşə tutuldu. Şuşadan 10 gün sonra, may ayının 18-də isə Qarabağın, bütünlükdə isə Azərbaycanın mühüm hərbi-strateji əhəmiyyətə malik olan Laçın rayonu düşmənə təslim edildi. Ovaxtkı iqtidar 1993-cü ilin aprelində Kəlbəcəri də düşmənə verdi. Mərkəzi hakimiyyətə satqınlıq edərək yerli hakimiyyəti ələ keçirən müxalifətçilər bir tərəfdən Vətən torpaqlarının düşmən əlinə keçməsinə rəvac verir, digər tərəfdən xalqın sərvətlərini çapıb-talayırdılar. Varlanmaq hərisi olan AXC-Müsavat cütlüyü neftdən gələn gəlirlərlə ordunu möhkəmləndirmək, xalqın həyat şəraitini yüksəltmək, yenicə müstəqilliyini bərpa etmiş bir respublikada problemləri həll etmək əvəzinə, öz şəxsi mənafelərini güdür, ölkənin pullarını xarici ölkələrdəki hesablarına köçürürdülər. AXC-Müsavat iqtidarının cəmi bir illik hakimiyyəti dövründə torpaqlarımız düşmən tərəfindən zəbt olundu, silah gücünə ələ keçirdikləri hakimiyyəti əllərində saxlamaq üçün qardaş qırğını, vətəndaş müharibəsinə zəmin yaratdılar.
Respublikada