Dövlət başçımızın verdiyi mesajlar Ermənistan üçün yol xəritəsidir
Digər xəbərlər

Dövlət başçımızın verdiyi mesajlar Ermənistan üçün yol xəritəsidir

"…Delimitasiya bizim şərtlərimiz əsasında, yəni ədalətli şərtlər əsasında olmalıdır, sülh müqaviləsi beynəlxalq şərtlər əsasında olmalıdır, Naxçıvana yolumuz açılmalıdır Qarabağda hələ kök salmış Ermənistan ordusunun nümayəndələri oradan çıxarılmalıdır. Bu, bizim şərtlərimizdir. Mən bu şərtləri, bax, burada, Laçın şəhərində deyirəm ki, hər kəs görsün ki, biz bu gün buradayıq burada əbədi olacağıq. Onu da bilsinlər ki, Ermənistan kəndləri buradan görünür. Biz görürük o kəndləri, yəni onu da unutmasınlar". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Laçın şəhərinə qayıdan sakinlərlə görüşündə bildirib.

Bəli, İkinci Qarabağ müharibəsi ermənilərin yaddaşına elə həkk olundu ki, bütün dünyanın şahid olduğu rüsvayçı məğlubiyyətlərini çətin ki unudalar. Rəşadətli Azərbaycan ordusu ermənilərin "yenilməz" ordusunu diz çökdürdü, 30 il ərzində işğal etdikləri torpaqlarda xalqımızın sərvətlərini talayaraq qazandıqları milyonlar əllərindən çıxdı, Ağdam, Kəlbəcər Laçın hərbi əməliyyatlarsız, bir güllə atılmadan geri qaytarıldı. Azərbaycan Ermənistana tarix boyu unuda bilməyəcəyi dərs verdi anlatdı ki, mübariz, qəhrəman, vətənpərvər xalqımız torpağının bir qarışından belə keçməz. Şəhər-şəhər, kənd-kənd azad olunan torpaqlarda dalğalanan üçrəngli bayrağımız düşmənə göz dağı oldu. Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə geri alınan ərazilərdə aparılan yenidənqurma işləri düşmənin bağrını çatladır o, bunu heç bir zaman unuda bilməyəcək.

Vətən müharibəsini zəfərlə başa vuran müstəqil dövlətimiz düşmən ölkəyə keçmişi unutmağı, xalqların rifahı, regionda əmin-amanlığın bərqərar olması naminə sülh bağlamağı təklif etdi. Lakin artıq 3 ilə yaxındır ki, Ermənistan öz xislətinə uyğun olaraq qeyri-konstruktiv mövqe sərgiləyir, verdiyi sözə, üzərinə götürdüyü öhdəliyə əməl etmir. Sülh müqaviləsini imzalamaqdan hər dəfə bir bəhanə ilə boyun qaçıran işğalçı ölkə anlamaq istəmir ki, imzalanacaq sülh müqaviləsi hər şeydən əvvəl elə onun özünə lazımdır. Ölkə başçımız qətiyyətlə qeyd edir ki, "…Ermənistan saxtakarlıq etməsə yenə öz mövqeyini dəyişməsə, - sülh müqaviləsi imzalana bilər. İmzalansa çox yaxşı, imzalanmasa da hər halda Azərbaycan dövləti buna görə heç bir problemlə üzləşə bilməz. Çünki güclü tərəf bizik, danışıqlar masasında güclü mövqeyə sahib olan bizik, sərhəddə güclü mövqelərə sahib olan bizik. Sülh müqaviləsi imzalanmasa da, biz rahat təhlükəsizlik şəraitində yaşayacağıq".

Dünya miqyasında mövqeyini möhkəmləndirən Azərbaycan 44 günlük İkinci Qarabağ müharibəsini öz gücü, iradəsi, məqsədyönlü diplomatiyası ilə apardı qarşısına qoyduğu məqsədinə nail oldu. Ərazi bütövlüyünü təmin etdi, işğalçıları torpaqlarından çıxardı. Bu gün müstəqil dövlətimiz əzmlə, qətiyyətlə bu torpaqlarda quruculuq işləri aparır. Böyük Qayıdış mərhələ-mərhələ reallaşdırılır. Cəmi iki il yarım vaxt ərzində doğma yurd yerlərindən köçkün düşmüş vətəndaşlarımızın bir hissəsi artıq Zəngilanın Ağalı kəndinə qayıdıb. Tərtərin Talış kəndi öz sakinlərini qəbul edib. Növbəti köç karvanları artıq Laçına üz tutub, ilk olaraq 20 ailə Laçında yerləşib birinci mərhələdə 4 minə yaxın laçınlının doğma yerlərinə qayıdışı nəzərdə tutulur. 2023- ilin sonuna qədər Laçın şəhərinin Baş Planı əsasında ikinci mərhələdə görüləcək işlər daha genişmiqyaslı olacaq. Laçın şəhəri ilə birgə düşməndən azad edilən Zabux Sus kəndlərinə vətəndaşlarımızın qayıdışı tez bir zamanda reallaşacaq. Bunu Prezident İlham Əliyev mayın 28- Laçın şəhərinə qayıdan əhali ilə görüşündə əminliklə bildirdi.

Azərbaycanın dilbər guşəsi Qarabağ cənnətə çevrilir. 30 il düşmən tapdağı altında inləyən torpaqlar bu gün canlanıb, həyata qovuşub. Şərqi Zəngəzur, Qarabağ başdan-başa yenidən yaradılır, kəndlərin, şəhərlərin təməli qoyulur, insanların rahat, təhlükəsiz yaşayışı üçün dövlət bütün gücünü, potensialını səfərbər edib. Müharibədən