Gürcüstan KİV-ləri Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvilinin mətbuata bəyanatlarında səsləndirdikləri fikirlərə geniş yer verib
Digər xəbərlər

Gürcüstan KİV-ləri Prezident İlham Əliyevin və Baş nazir İrakli Qaribaşvilinin mətbuata bəyanatlarında səsləndirdikləri fikirlərə geniş yer verib

Gürcüstanın aparıcı KİV-ləri bu ölkənin Baş naziri İrakli Qaribaşvilinin Azərbaycana səfərini Prezident İlham Əliyev ilə görüşünü, Azərbaycan Prezidentinin Gürcüstanın Baş nazirinin mətbuata bəyanatlarında söylədikləri fikirləri geniş işıqlandırıb.

AZƏRTAC xəbər verir ki, qonşu ölkənin GHN xəbər portalında yayımlanan məqalədə Prezident İlham Əliyevin "Gürcüstan Azərbaycan bu gün Avropanın enerji təhlükəsizliyi üçün önəmli rol oynayan ölkələrdir, bu rol getdikcə artır" fikri xüsusi vurğulanıb. Məqalədə dövlətimizin başçısının Gürcüstanın Azərbaycanın bir-biri ilə sıx bağlı olan ölkələr olduğunu qeyd etməsi oxucuların diqqətinə çatdırılıb. Eyni zamanda, altı ay əvvəl Prezident İlham Əliyevin Gürcüstana səfəri zamanı Mçxeta bölgəsində, bu gün isə İrakli Qaribaşvili ilə Qəbələ rayonunda keçirilən görüşlərin hər iki ölkənin heyrətamiz tarixi mədəni irsi ilə tanış olmağa imkan verdiyi xüsusi qeyd edilib.

Məqalədə dövlətimizin başçısının fikrinə istinadla bildirilib ki, ölkələrimiz arasındakı dostluq əlaqələri əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi üçün həlledici əhəmiyyətə malikdir. Azərbaycan Avropaya təbii qazın nəqlinin miqyasını həcmini hər il artırır. Bu rəqəm artır ötən il Avropa İttifaqı ilə imzalanan Anlaşma Memorandumuna əsasən, Azərbaycan 2027-ci ilədək təkcə Avropaya 20 milyard kubmetrdən çox təbii qaz tədarük edəcək.

"1tv.ge" televiziya kanalının yaydığı xəbərdə vurğulanıb ki, Azərbaycan ilə Gürcüstan arasında əməkdaşlıqda mühüm komponentlərdən biri nəqliyyatdır. Bu istiqamətdə işlər plan üzrə uğurla davam etdirilir. Məqalədə Azərbaycan Prezidentinin mətbuata bəyanatında ifadə etdiyi aşağıdakı fikirlər xüsusi vurğulanıb: "Orta Dəhlizin həyata keçirilməsində Gürcüstan Azərbaycan uğurla fəaliyyət göstərirlər. Əlbəttə ki, növbəti mərhələdə yükdaşımalarının həcminin artırılması istiqamətində əlavə addımlar atılacaqdır. Mən keçən il bu il Mərkəzi Asiya ölkələrinə dəfələrlə səfərlər etmişəm bu il hələ edəcəyəm. Beləliklə, yeni yüklərin Orta Dəhliz üzrə nəql edilməsi üçün çox gözəl imkanlar var. Burada həm bütün inzibati məsələlər öz həllini tapmalıdır, tarif siyasəti vahid prizmadan həll edilməlidir, eyni zamanda, yüklərin cəlb edilməsi nəqli üçün birgə səylər göstərilməlidir".

"Adjaratv.ge"nin yaydığı materialda da Prezident İlham Əliyevin Gürcüstanın Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynaması bu rolun hər gün daha da artması barədə fikrinə xüsusi yer verilib. "Prezident İlham Əliyev bildirib ki, ölkələrimiz arasında bu dostluq əlaqələri əməkdaşlıq Avropanın enerji təhlükəsizliyi baxımından həlledici əhəmiyyətə malikdir", - deyə məqalədə vurğulanıb.

"Radiotavisupleba.ge" portalında yayımlanan məqalədə isə Prezident İlham Əliyevin iştirakı ilə ötən ilin sonunda Azərbaycan, Gürcüstan, Macarıstan Rumıniyanın imzaladığı Sazişin əhəmiyyətinə toxulunub. Layihənin uğurla həyata keçirilməsi üçün birgə səylərin önəminin vurğulandığı yazıda bildirilib ki, Avropa İttifaqı artıq bu layihəyə böyük önəm verib. Yazıda Azərbaycan Prezidentindən bu sitat gətirilib. "Uzun illərdir ki, Azərbaycanın SOCAR şirkəti Gürcüstanda uğurla fəaliyyət göstərir dünən aldığım məlumata görə, Gürcüstanda 800 min istehlakçı abonenti qazla təmin edilir".

"Resonansedaily.com" saytında Azərbaycanın Gürcüstanın dövlət hökumət başçılarının ölkələrimiz arasında əməkdaşlıq regional təhlükəsizlik məsələləri, Qafqaz regionu ilə Avropanı birləşdirən Qara dəniz sualtı elektrik kabeli layihəsi, eləcə regionda sülh sabitliyin vacibliyi barədə fikirlərinə geniş yer verib. Məqalədə bildirilib ki, Gürcüstan regionda sülhün sabitliyin təmin olunmasına bundan sonra da töhfə verməyə hazırdır.

"Ambebi.ge" saytında dərc olunan məqalədə Prezident İlham Əliyevin mətbuata bəyanatında söylədiyi "Gürcüstan ilə Azərbaycan uzun illər bir-biri ilə sıx əlaqədədir" fikri sərlövhəyə çıxarılıb. Yazıda Prezident İlham Əliyevin Gürcüstanın Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynaması barədə sözləri