DEMOKRATİK VƏ MÜSTƏQİL AZƏRBAYCANIN MEMARI
Siyasət

DEMOKRATİK VƏ MÜSTƏQİL AZƏRBAYCANIN MEMARI

Azərbaycan Prezidenti cənab İlham Əliyevin  29 sentyabr 2022-ci il tarixli Sərəncamı ilə 2023- il ölkəmizdə "Heydər Əliyev İli" elan edilmişdir. Xalqımızın dövlətçilik salnaməsində silinməz izlər qoymuş, azərbaycanlı olması ilə ömür boyu fəxr etmiş, milli qürur iftixar mənbəyimiz olan Heydər Əliyev bütün dünyada Azərbaycanın rəmzi kimi qəbul edilir.

Dünyaşöhrətli görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin zəngin çoxşaxəli fəaliyyəti Azərbaycan dövlətinə xalqına fədakarcasına xidmətin bariz nümunəsidir. Ölkəmizdə hüquqi, demokratik, dünyəvi dövlətin qurulması ulu öndərin adı ilə bağlıdır.

Keçən əsrin sonlarında xalqımızın öz azadlığına, milli istiqlaliyyətinə qovuşması üçün növbəti dəfə tarixi şərait yarandı. 1991-ci ildə SSRİ-nin süqutundan sonra digər müttəfiq respublikalarla yanaşı, Azərbaycan da dövlət müstəqilliyini elan etdi. Lakin müstəqilliyin ilk illərində iqtidarda olanların səriştəsizliyi, naşılığı üzündən ölkədə qeyri-sabit vəziyyət yaranmış, bütün sahələri anarxiya, böhran bürümüşdü. Azərbaycan müstəqilliyini, dövlətçiliyini itirmək təhlükəsi qarşısında qalmışdı. Belə ağır, çətin, taleyüklü məqamda xalqın təkidli tələbi ilə ümummilli lider siyasi hakimiyyətə qayıdaraq xilaskarlıq missiyasını öz üzərinə götürdü.

Qısa zamanda Heydər Əliyev dühası sayəsində ölkəmiz parçalanma, vətəndaş müharibəsi, məhvolma təhlükəsindən qurtuldu. 1993- ilin oktyabr ayında keçirilən prezident seçkilərində xalqın səsini yekdilliklə qazanan Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Oktyabrın 10-da ulu öndər andiçmə mərasimində söylədiyi proqram xarakterli nitqində demişdir: "Yolumuz demokratiya yoludur. Müstəqil Azərbaycanda demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan dövləti demokratik prinsiplər əsasında fəaliyyət göstərməlidir, öz tarixi ənənələrindən, milli ənənələrindən bəhrələnərək, dünya demokratiyasından, ümumbəşəri dəyərlərdən səmərəli istifadə edərək demokratik dövlət quruculuğu yolu ilə getməlidir".

Azərbaycan Respublikasının ilk Milli Konstitusiyasının qəbul olunmasıbütün sferaları əhatə edən köklü islahatların həyata keçirilməsi demokratik, hüquqi dövlət quruculuğu Heydər Əliyevin Azərbaycan xalqı qarşısında müstəsna xidmətləridir.

1995-ci il noyabr ayının 12- ümumxalq səsverməsi yolu ilə qəbul edilmiş ilk milli Konstitusiya ölkəmizin yeni tarixi mərhələyə keçidi üçün geniş imkanlar açdı. Hüquqi, dünyəvi dövlət quruculuğu, demokratik prinsiplərin bərqərar edilməsi, insan hüquq azadlıqlarının qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində mütərəqqi islahatlara start verildi.

1998-ci il fevral ayının 10-da ölkə başçısı Heydər Əliyevin təşəbbüsü ilə Şərqdə ilk dəfə olaraq Azərbaycanda ölüm cəzası ləğv edildi. Həmin il fevral ayının 22- ümummilli liderin "İnsan vətəndaş hüquqlarının azadlıqlarının təmin edilməsi sahəsində tədbirlər haqqında" imzaladığı Fərman müdrik rəhbərin ədalət, humanizm prinsiplərinə, insan hüquqlarının etibarlı şəkildə qorunmasına böyük önəm verdiyinin parlaq təzahürüdür.

Ulu öndərin qanunvericilik təşəbbüsü ilə 1998-ci il dekabrın 1- qəbul olunmuş "Məhkəmələr hakimlər haqqında" Qanun əsasında məhkəmə-hüquq sistemində əsaslı islahatlar aparılmış, qısa müddətdə üçpilləli məhkəmə sistemi yaradılmışdır.

Ardıcıl məqsədyönlü şəkildə aparılan hüquqi islahatlar nəticəsində "Konstitusiya məhkəməsi haqqında", "Məhkəmə hüquq-mühafizə orqanları işçilərinin hüquqi müdafiəsi haqqında", "Polis haqqında", "Prokurorluq haqqında", "Notariat haqqında" digər mükəmməl qanunlar qəbul edilmişdir. Qanunların hazırlanmasında Avropa Şurasının ekspertləri yaxından iştirak etmiş, təklif rəylərini bildirmişlər.

Ümummilli liderin qanunvericilik təşəbbüsü ilə qəbul edilmiş hüquqi sənədlər Azərbaycanın demokratik yolla inkişafı, dövlət həyatının bütün sahələrində Avropa dəyərlərinin tətbiq edilməsi üçün hüquqi baza yaratmışdır. Avropaya inteqrasiya istiqamətində atılan uğurlu addımlar sayəsində Azərbaycan Avropa Şurası kimi mötəbər təşkilatın tamhüquqlu üzvü seçilmiş, insan hüquq azadlıqları ilə bağlı beynəlxalq konvensiyalara qoşulmuşdur.

Ölkəmizdə Əfvetmə İnstitutunun, Azərbaycan Prezidenti yanında Əfv Komissiyasının yaradılması da ümummilli liderin adı ilə bağlıdır. 1995-2003-