Ceyhun Bayramov UNESCO-nun İcraiyyə Şurasının sədri və Baş direktorunun müavini ilə görüşüb
Siyasət

Ceyhun Bayramov UNESCO-nun İcraiyyə Şurasının sədri və Baş direktorunun müavini ilə görüşüb

İyunun 25- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov UNESCO-nun İcraiyyə Şurasının sədri Tamara Rastovac Siamaşvili qurumun Baş direktorunun sosial humanitar elmlər üzrə müavini Qabriela Ramos ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Azərbaycan UNESCO arasında mövcud əməkdaşlıq gündəliyində duran aktual məsələlər, Azərbaycanın irəli sürdüyü təşəbbüslər, eləcə regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov Azərbaycanın UNESCO-ya üzv olduğu tarixdən etibarən təşkilatın fəaliyyətinə, o cümlədən mədəniyyətlərarası dialoqun inkişafına təşviqinə mühüm töhfələr verdiyini diqqətə çatdırıb. Bu xüsusda, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən "Bakı Prosesi" çərçivəsində təşkil olunan çoxsaylı beynəlxalq layihələrin əhəmiyyəti vurğulanıb.

Ölkəmizin cari il iyunun 26-29-da dünyada bədən tərbiyəsi idman sahəsində ən əhəmiyyətli tədbirlərdən biri olan Bədən Tərbiyəsi İdman üzrə Nazirlərin Yüksək Vəzifəli Şəxslərin Beynəlxalq Konfransına (MINEPS) ev sahibliyi edəcəyi bir çox ölkələrdən yüksək səviyyəli rəsmilərin iştirakı məmnunluqla qeyd olunub.

Ceyhun Bayramov postmünaqişə dövründə regionda mövcud vəziyyət, Azərbaycanın işğaldan azad olunmuş ərazilərində apardığı genişmiqyaslı bərpa yenidənqurma işləri, Azərbaycan Ermənistan arasında sülh prosesi, eləcə mina təhlükəsi kimi bir sıra təhdidlər barədə qarşı tərəfi ətraflı məlumatlandırıb. Azərbaycanın göstərdiyi səylərə baxmayaraq, Ermənistanın hərbi-siyasi təxribatlarını davam etdirməsinin görülən bərpa-quruculuq işlərinə sülh səylərinə təhdid olduğu bildirilib.

UNESCO-nun İcraiyyə Şurasının sədri Tamara Rastovac Siamaşvili Azərbaycanın UNESCO ilə aktiv əməkdaşlıq etdiyini bildirərək, MINEPS-in Bakıda keçirilməsinin bu əməkdaşlığın bariz nümunələrindən biri olduğunu diqqətə çatdırıb. Bu xüsusda, sözügedən tədbirin yüksək səviyyədə təşkil olunmasında göstərdiyi səylərə görə Azərbaycana təşəkkür ifadə edilib.

Baş direktorun müavini Qabriela Ramos məsul olduğu sosial humanitar elmlər sahəsində UNESCO tərəfindən həyata keçirilən layihələr təşəbbüslər, o cümlədən mədəniyyətlərarası dialoq, sosial innovasiyalar, süni zəka idman fəaliyyəti kimi bir sıra istiqamətlər barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.