Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının Xarici İşlər naziri Sergey Lavrov arasında ikitərəfli görüş keçirilib.
"Respublika" xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyinin rəsmi Tvitter hesabında məlumat yayılıb.
Bildirilib ki, tərəflər ikitərəfli və regional məsələləri, o cümlədən Azərbaycan və Ermənistan arasında normallaşma prosesini müzakirə ediblər.
Töhfə SƏMƏDOVA,
"Respublika".