"Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyimizə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olmuşdur".
Heydər ƏLİYEV,
Ümummilli lider.
Ölkəmiz müstəqillik əldə etdikdən sonra bütün sahələrdə tərəqqiyə məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin sosial-iqtisadi inkişaf strategiyasının reallaşdırılması sayəsində nail olmuşdur. Bu dahi şəxsiyyətin müəyyən etdiyi mükəmməl inkişaf konsepsiyası dövlət suverenliyini bərpa etmiş Azərbaycanda demokratik dövlət quruculuğu və kompleks islahatların reallaşmasına, bazar iqtisadiyyatı prinsiplərinə əsaslanan milli iqtisadiyyatın formalaşdırılmasına, yeni dövrün tələblərinə uyğun iqtisadi sistemin yaradılmasına və daimi inkişafın təmin olunmasına əsaslı zəmin yaratmışdır. Ümummilli liderin ideyaları Azərbaycanın dünəni, bu günü və gələcəyinə hesablanmış fəaliyyət strategiyasıdır.
Heydər Əliyev 1993-cü ildə xalqın tələbi ilə ikinci dəfə ölkəyə rəhbərliyi öz üzərinə götürəndə dağıdılmış təsərrüfatın bərpa edilməsi üçün qarşıda hansı çətinliklərin durduğunu dərindən bilərək, bu ağır mübarizəyə hazır idi. Bu dövrdə birinci növbədə bir neçə vacib vəzifələri həll etmək qarşıda dururdu. Belə ki, qanlı müharibəni, xarici təcavüzü dayandırmaq, inflyasiyanın qarşısını almaq, iqtisadiyyatı sabitləşdirmək, dövlətin beynəlxalq aləmdə tanınmasına nail olmaq, ölkə haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq, Qarabağ probleminin dinc yollarla həlli prosesinə başlamaq və s. məsələləri həll etmək lazım gəlirdi.
Xalqın təkidi ilə ölkədə hərc-mərclik və anarxiya dövründə hakimiyyətə gələn Heydər Əliyevin gördüyü ilk tədbirlər iqtisadiyyatın bərpası, əmin-amanlığın yaranması, ictimai-siyasi sabitliklə bağlı idi. Həmin dövr iqtisadiyyatın dağılması, istehsal prosesinin dayanması və durğunluq, istehsal əlaqələrinin pozulması, siyasətdə anarxiya, Ermənistan qoşunlarının respublikamıza qarşı açıq müharibəsi, Azərbaycanın bir sıra rayonlarının bir-birinin ardınca işğalı, ordunun dağılması, hakimiyyət təbəqəsinin tam çaşqınlıq içərisində olması ilə xarakterizə olunurdu. Yaranmış mənzərənin mürəkkəbliyini dərinliklərinə qədər dərk edən ulu öndər Heydər Əliyev, çətin də olsa, çıxış yollarını müəyyən etdi.
Tarixi təcrübə sübut edir ki, yalnız güclü siyasi lider yetişdirən xalqlar öz milli sərvətlərinə sahib olmaq və onları öz inkişafına yönəltmək imkanı qazanırlar. Qeyd etmək lazımdır ki, neftlə zəngin təbii sərvətlər dünyanın bir çox ölkəsində vardır. Lakin həmin sərvətdən heç də xalqın rifahı üçün lazımi səviyyədə istifadə edilmir. Yalnız ümummilli liderimiz Heydər Əliyev həmin sərvəti xalqın rifahına yönəltdi.
Heydər Əliyev apardığı siyasət və gördüyü işlərlə Azərbaycanın yeni inkişaf modelini yaratmışdır. 1995-2003-cü illərə nəzər salsaq, həmin dövrün öz mühüm müqavilələri və islahatları ilə müstəqilliyimizin daha da möhkəmləndirilməsinin şahidi olarıq. Bu inkişaf özünü hər bir sahədə göstərirdi. Ölkənin iqtisadiyyatı, xalqın rifahı, elm, təhsil, səhiyyə, mədəniyyət, idman sahələri sürətlə inkişaf edirdi.
Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə həyata keçirilən mükəmməl iqtisadi strategiya qarşıya qoyulan hədəflərə çatmağa, sosial-iqtisadi dirçəlişə nail olmağa imkan vermişdi. Bildiyimiz kimi, hər dövlətin sosial siyasəti onun iqtisadiyyatının inkişafı və dövlət idarəçiliyinin keyfiyyəti ilə qiymətləndirilir. Bu mənada Heydər Əliyev ölkəmizdə humanist və ədalətli sosial siyasətin yürüdülməsi üçün ən qısa zamanda iqtisadi siyasəti formalaşdırmağa nail oldu. Bu haqda dahi lider demişdir: "Mən Azərbaycanın iqtisadiyyatında dövlət siyasətini artıq müəyyən etmişəm. Bu, islahatlar yoludur, islahatlar vasitəsilə istehsalın artırılması, inkişaf etdirilməsi, mülkiyyətin özəlləşdirilməsi, özəl bölmənin inkişafına geniş yer verilməsi, bazar iqtisadiyyatı, insanlara sərbəstlik verilməsi, sahibkarlığa, təşəbbüskarlığa şərait yaradılmasıdır. Məqsədimiz güclü iqtisadiyyatımızı qurmaqla, ədalətli və humanist sosial siyasətə nail olmaqdır. Məhz bu, dövlət siyasətimizin əsas prinsipləridir".
Heydər Əliyevin gərgin əməyi nəticəsində Azərbaycanın malik olduğu təbii resurslardan səmərəli istifadə etmək məqsədilə 1994-cü il sentyabrın 20-də imzalanan "Əsrin müqaviləsi"nin reallaşması nəticəsində regional çərçivədə qurulan əməkdaşlığın coğrafiyası daha da genişləndi. Bu unikal layihə ilə Azərbaycan dünyanın enerji xəritəsini də dəyişdi. Bakı-Tbilisi-Ceyhan (BTC) neft kəmərinin tikintisi ilə ilk dəfə olaraq, Xəzər dənizinin nefti dünya bazarlarına çıxarıldı. Azərbaycanın iqtisadi siyasətinin ən böyük uğurlarından sayılan BTC ölkəmizin Avrasiya regionundakı mövqeyini daha da gücləndirməklə yanaşı, dövlətimizi Cənubi Qafqazın liderinə çevirdi. Dahi lider Heydər Əliyevin adını daşıyan BTC bu gün yalnız Azərbaycan üçün deyil, beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi və neft ixracı sahəsində ölkəmizlə uğurlu tərəfdaşlıq edən dövlətlər üçün də müstəsna əhəmiyyət kəsb edən bir layihəyə çevrilmişdir. Uzunluğu 1768 kilometr olan bu boru kəməri Türkiyə, Gürcüstan, həmçinin layihədə iştirak edən bütün ölkələrin iqtisadiyyatının gücləndirilməsində mühüm rol oynadı. Xəzərin sahilindən Avropaya uzanan və beynəlxalq aləmdə enerji təhlükəsizliyi sistemi, eləcə də neft ixracı sahəsində mühüm rol oynayan bu nəhəng layihə region və dünya dövlətlərini bir-birinə sıx bağladı. Həmçinin Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin, Bakı-Tbilisi-Qars dəmir yolunun, Cənub Qaz Dəhlizinin və onun əsas seqmenti olan TANAP-ın bir həqiqətə çevrilməsinə vəsilə olaraq, ölkəmizin imicini bütün dünyada əhəmiyyətli dərəcədə yüksəltdi.
Böyük dövlətçilik təcrübəsi, fitri idarəçilik qabiliyyəti və müdrik qərarları ilə səciyyələnən Heydər Əliyevin əsas islahatlarından biri də 1999-cu ildə Azərbaycan Respublikası Dövlət Neft Fondunun yaradılması olmuşdur. Fondun yaradılması neft gəlirlərinin idarə edilməsinin ən yaxşı təcrübəsi idi. Yaradılarkən 271 milyon ABŞ dollarına bərabər olan Dövlət Neft Fondunun aktivlərinin həcmi hazırda 53 milyard ABŞ dollarından çoxdur və bu vəsait ildən-ilə artmaqdadır.
Ulu öndər Heydər Əliyev fenomeninin ən böyük miraslarından biri də ölkənin kadr potensialının inkişaf etdirilməsi istiqamətində müəyyənləşdirdiyi strategiya olmuşdur. Bu istiqamətdə ulu öndərin Dövlət Neft Fondunun vəsaiti hesabına maliyyələşdirilən "qara qızılın insan kapitalına çevrilməsi" ideyası uzun illər üçün hesablanmış mükəmməl strateji bir addım idi. Uzaqgörən dahi şəxsiyyətin Azərbaycanın milli sərvəti olan intellektual potensialının təmin edilməsi istiqamətindəki zəngin təcrübə yolu bu gün də uğurla davam etdirilir.
Prezident İlham Əliyev ulu öndərin neft strategiyasının uğurlarından söz açaraq demişdir: "Azərbaycan müstəqil dövlət kimi öz neft potensialını çox uğurla işə salıbdır. Əlbəttə ki, bütün bu görülən işlərin səbəbkarı və təşəbbüskarı xalqımızın ümummilli lideri Heydər Əliyev olmuşdur". İftixar hissi ilə qeyd etmək lazımdır ki, "Əsrin müqaviləsi" layihəsi üzrə işlərin həyata keçirilməsində möhtərəm İlham Əliyevin də xidmətləri misilsizdir və bu gün də müstəqil dövlətin neft strategiyası onun rəhbərliyi ilə uğurla davam etdirilir. Ulu öndərin layiqli davamçısı kimi onun rəhbərliyi ilə 2003-cü ilin noyabr ayında Dünya Bankı Qrupunun üzvü olan Beynəlxalq maliyyə korporasiyası və Avropa Yenidənqurma və İnkişaf Bankı Bakı-Tbilisi-Ceyhan boru xəttinin tikinti layihəsinə maliyyə xərcləri ayırmaq barədə qərar qəbul etdi. 3 fevral 2004-cü ildə BTC tərəfdaşları dünyanın 25-dən yuxarı aparıcı bankı və kredit təşkilatının iştirakı ilə boru xəttinin tikintisinin maliyyələşdirilməsinə dair sənədlər paketini imzaladılar.
Azərbaycan xalqının tərəqqi etməsi və dünyada tanınmasına bütün həyatını sərf etmiş ulu öndər müstəqillikdən əvvəlki dövrdə də böyük quruculuq işləri görmüşdür. Belə ki, neft, kimya, maşınqayırma, energetika, sənaye sahələri, kənd təsərrüfatı, şəhərsalma, təhsil, elm, səhiyyə, incəsənət sahələrini inkişaf etdirən ulu öndər Azərbaycanı dünyada tanıtdırdı. Hazırda Azərbaycanın müasir inkişafı həmin dayaqlara söykənir.
Ulu öndərin rəhbərliyi ilə Azərbaycan iqtisadiyyatı əhəmiyyətli artıma nail oldu. 1993-cü ildə ölkənin 4 milyard dollar olan ÜDM-i 2003-cü ildə 30 milyard dollardan çox artmışdır. Heydər Əliyevin iqtisadi siyasəti nəticəsində Azərbaycan iqtisadiyyatı böhran vəziyyətində olan postsovet dövlətindən müasir, dinamik, sürətlə inkişaf edən iqtisadiyyata malik ölkəyə çevrildi.
Azərbaycan iqtisadi və siyasi müstəqillik əldə etdikdən sonra dünya dövlətləri ilə sərbəst əməkdaşlıq etmək imkanı əldə etmişdir. Bu müstəqilliyin əldə edilməsində isə Heydər Əliyevin xidmətləri əvəzsizdir. Ümummilli lider Heydər Əliyev göstərirdi: "Dünyada getdikcə artan qarşılıqlı asılılıq, dünya iqtisadiyyatının birləşməsi, regionlaşması XX əsrin son mərhələsinin fərqləndirici xüsusiyyətlərindəndir. Heç bir ölkə, ən böyük bir ölkə də yalnız öz çərçivəsində iqtisadiyyatını lazımi səviyyədə inkişaf etdirə bilməz". Böyük rəhbərin müəyyən etdiyi iqtisadi siyasət strategiyasının başlıca istiqamətlərini sabitləşdirmə, islahatlaşdırma, dünya iqtisadi inteqrasiyasına qoşulma, sosial-iqtisadi inkişaf və xalqın rifahının yüksəldilməsi və s. təşkil edir.
Bazar münasibətlərinə keçid dövründə respublikamızda baş verən iqtisadi dəyişikliklərin, getdikcə daha da sürətləndirilən islahatların aparılmasında və ictimai-siyasi münasibətlərin formalaşmasında Heydər Əliyevin xüsusi rolu vardır. Belə ki, ümummilli lide