Dövlət başçısının səsləndirdiyi fikirlər bu gün reallığa çevrilir
"Zəngəzur dəhlizinə qayıdırıqsa, niyə də İrəvana qayıtmayaq?". Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev ötən il aprelin 13-də ADA Universitetində keçirilən "Cənubi Qafqaza yeni baxış: münaqişədən sonra inkişaf və əməkdaşlıq" adlı konfransdakı çıxışında səsləndirib.
Ümumiyyətlə, ötən il ölkəmizin həyatında bir sıra siyasi, iqtisadi islahatlarla yanaşı, həm də tarixi torpaqlarımız olan Qərbi Azərbaycana qayıdış məsələsinin dövlət səviyyəsində qətiyyətli şəkildə gündəmə gəlməsi ilə yadda qaldı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev real tarixi hadisələrə və ilk mənbələrə əsaslanaraq bütün dünyaya birmənalı şəkildə və qətiyyətlə bəyan etdi ki, 1828-ci ildən 1988-ci ilə kimi Qərbi Azərbaycandakı soydaşlarımız qırğınlara, sürgünlərə, köçürülmələrə məruz qalaraq ata-baba yurdları uğrunda mübarizə aparıblar. 1988-ci ildə erməni millətçiləri sovet hökumətinin, xüsusilə Mixail Qorbaçovun dəstəyi ilə Qərbi azərbaycanlıları İrəvandan, Zəngəzurdan, Göyçə mahalından, Amasiyadan, Dərələyəzdən, Zəngibasardan və digər azərbaycanlılara məxsus olan ərazilərdən son nəfərə qədər çıxardıblar. Onlar hələ də yurd həsrəti ilə yaşayırlar. Bu səbəbdən də Azərbaycan dövləti Vətən müharibəsindəki tarixi qələbəmizdən sonra Qərbi Azərbaycandakı qədim Oğuz ellərinə qayıdışı hədəfləyir.
Hazırda Azərbaycanın əsas diqqəti indiki Ermənistan ərazisindən qovulmuş azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə geri qayıtma hüquqlarının təmin edilməsi, eləcə də qayıdışdan sonra onların fərdi və kollektiv, o cümlədən mülkiyyət hüquqlarının, mədəni-tarixi irsinin bərpası və qorunması məsələlərini əhatə edən Qayıdış Konsepsiyasının reallaşmasına yönəlib. Bu layihə ilə bağlı xeyli işlər görülür, azərbaycanlı rəsmilər ən ali kürsülərdə sözügedən sənədə istinad edirlər.
Görülən işlər isə artıq öz bəhrəsini verməyə başlayıb. Belə ki, Birləşmiş Millətlər Təşkilatının katibliyi Qərbi Azərbaycan İcmasının Qayıdış Konsepsiyasını BMT Təhlükəsizlik Şurasının, Baş Assambleyasının və İqtisadi və Sosial Şurasının rəsmi sənədi kimi yayıb. Konsepsiya adıçəkilən orqanların gündəliyinin silahlı münaqişələrin qarşısının alınması, sülh quruculuğu, qaçqınların hüquqlarının qorunması, irqi ayrı-seçkiliyin aradan qaldırılması, insan hüquqlarının təşviq olunması, soyqırımının, etnik təmizləmənin və insanlığa qarşı cinayətlərin qarşısının alınmasına dair bəndləri altında yayılıb.
Qayıdış Konsepsiyasının beynəlxalq orqanların gündəliyində yer alması isə sözsüz ki, böyük uğur kimi qiymətləndirilməlidir. Bu hadisə başlıca olaraq Qərbi azərbaycanlıların sülh yolu ilə öz doğma torpaqlarına qayıtmalarına xidmət edir.
Burada İrəvana sülh yolu ilə qayıtmaq məsələsi xüsusi vurğulanmalıdır. Çünki ötən ilki konfransda da Zəngəzurun qədim Azərbaycan ərazisi olduğunu vurğulayan Prezident İlham Əliyev ərazi iddialarımızın olmadığını bildirib: "Mən demişəm biz qayıdacağıq. Bu o deməkdir ki, niyə də yox. Əgər biz Zəngəzur dəhlizinə qayıdırıqsa, əgər biz bu yolu istifadə ediriksə niyə də biz İrəvana qayıtmayaq. Zaman gələcək, biz bunu edəcəyik. Mən mövqeyimi təqdim edirəm".
Saxta tarix yazmaq çıxış yolu deyil. Bu saxtalıq gec-tez həqiqət qarşısında aciz duruma düşür. Azərbaycan ordusunun Qarabağın 30 il davam edən işğalına son qoyması, qarabağlıların yurd-yuvalarına qaytarılması Qərbi azərbaycanlıların da eyni uğurlu sonu yaşayacağının təminatıdır.
Doğrudur, ərazilərin bərpası çoxlu resurs tələb edəcək. Lakin eyni zamanda bu resurslar Azərbaycanda sərf olunacaq və ölkə biznesini, iqtisadiyyatımızın tikinti sektorunu stimullaşdıracaq, yeni iş yerləri yaradacaq, kənd təsərrüfatına əlavə dəyər qatacaq. Bu səbəbdən də indi Azərbaycan hökumətinin müəyyən mənada iki inkişaf proqramı var. Birincisi, hər il qəbul edilən illik inkişaf proqramı və 2030-cu ilədək inkişaf proqramı. İkincisi isə Qarabağın bərpası üçün inkişaf proqramıdır ki, bu, başlanğıc mərhələsindədir.
İlham Əliyev sözügedən konfransda işğaldan azad edilmiş ərazilərdə mis və qızıl resurslarımızı qanunsuz şəkildə istismar etmiş bəzi "iş adamlarına