Erməni vandalları "dənizdən-dənizə böyük Ermənistan" iddialarından əl çəkmək istəmirlər. Onlar zaman-zaman Azərbaycan ərazilərini işğal etmiş, həmişə türk xalqlarına qarşı düşmənçilik mövqeyində dayanmışlar. Ermənilər Rusiyanın əlində Türkiyəyə və Azərbaycana qarşı terrorçuluq alətinə çevrilmişlər. Beynəlxalq qaydaları pozmaq və terrorçuluq Ermənistanda dövlət siyasəti səviyyəsinə qaldırılmışdır.
Qədim Oğuz ellərində - Qərbi Azərbaycan ərazilərində bədnam qonşularımız 1905-1906 və 1918-1920-ci illərdə soydaşlarımıza qarşı amansız təcavüzkarlıq əməlləri törətmişlər.
Ermənilərin İrəvana, Zəngəzura, Göyçə mahalına və digər Qərbi Azərbaycan torpaqlarına köçürülməsi hələ XVIII əsrin əvvəllərindən başlayaraq mərhələ-mərhələ həyata keçirilmişdir. Bu, erməni dövləti yaratmaq niyyəti güdən Rusiya imperiyasının çoxdankı işğalçılıq planlarının tərkib hissəsi idi. İran və Türkiyə sərhədlərində xristian zolağı yaratmaq niyyətində olan Rusiya erməniləri başlıca olaraq dağlıq ərazilərə, habelə münbit torpaqları olan yerlərə köçürürdü.
Xaricdən gəlmiş ermənilər türk-Azərbaycan mənşəli soyadlarında bir-iki hərfi dəyişməklə sözlərin quruluşunu mürəkkəbləşdirmiş, onları erməni qəlibinə salmışlar. Qərbi Azərbaycanın XIX-XX əsrlərdə baş verən bütün faciələri torpaqlarının zəbti ilə müşayiət olunaraq, ermənilərin soydaşlarımıza qarşı düşünülmüş, planlı şəkildə həyata keçirdiyi soyqırımı siyasətinin ayrı-ayrı mərhələlərini təşkil etmişdir.
Bugünkü Ermənistan dövləti tarixi Azərbaycan torpaqlarında yaradılmışdır. Bu, tarixi həqiqətdir. İrəvan xanlığında yaşayanların əksəriyyəti azərbaycanlılar idi. Zəngəzur mahalı Azərbaycandan zorla qoparılıb ki, böyük türk dünyasını parçalasınlar və elə də oldu.
İrəvan şəhərini Azərbaycan Xalq Cümhuriyyətinin rəhbərliyi 1918-ci ildə Ermənistana hədiyyə etmişdir. İrəvan xanlığı əzəli Azərbaycan torpağıdır. Ermənilər bu bölgəyə qonaq kimi gəlmişlər. Ona görə, haqq-ədalət, tarixi həqiqət, beynəlxalq hüquq, iqtisadi imkanlar, hərbi potensial - bütün bu amillər tərəzinin bir gözündə, Ermənistanın qeyri-konstruktiv və heç bir beynəlxalq normalara sığmayan siyasəti tərəzinin başqa gözündədir.
1918-ci ilin mart-iyul aylarında erməni daşnakları Qərbi Azərbaycanın demək olar ki, bütün ərazilərində dinc əhaliyə qarşı soyqırımı törətdilər. Beş ay ərzində minlərlə soydaşımız erməni faşizminin qurbanı oldu. Bu, bir daha onu sübut edir ki, Ermənistan dövlətinin ideologiyası faşizm üzərində qurulmuşdur.
"Ermənistan" adlı bir qara kölgə Qərbi Azərbaycanın başı üzərində dolaşmaqda idi. 1920-ci ilin yazında Tiflisdə parlament nümayəndələri Ermənistanın paytaxtını müəyyənləşdirmək məqsədilə müzakirəyə başladı. Qədim türk şəhəri İrəvanın Ermənistana paytaxt verilməsi parlament üzvü Həsən bəy Ağayev tərəfindən kəskin etirazla qarşılandı. 28 nəfər parlament üzvündən 16 nəfəri İrəvanın Ermənistan paytaxtı olmasına səs verdikdə Həsən bəy Ağayev etiraz əlaməti olaraq istefa verib parlament üzvlüyündən çıxdı. Bir neçə gündən sonra daşnaklar onu Tiflisdə qətlə yetirdilər.
1920-ci ilin əvvəlində Azərbaycanın Qazax qəzasının cənub hissəsində Ermənistanın Dilican qəzası yaradıldı. Zəngəzur qəzasının bir hissəsi Ermənistanda qaldı. Qeyd etmək lazımdır ki, XI Qızıl Ordu Ermənistanı işğal etdikdən 3 gün sonra, yəni 1920-ci il dekabrın 1-də Rusiyanın təzyiqi ilə Azərbaycan Xalq Komissarları Şurası Dilicanı, Qaraqoyunlu dərəsini və Göyçəni ermənilərə verdi.
1918-1920-ci illərdə Qərbi azərbaycanlılar öz doğma torpaqlarından deportasiya olundular.
1918-ci ildə polkovnik Silikyanın quldur dəstəsi Basarkeçəri üzük qaşı kimi dövrəyə aldı. Ermənilər Şişqaya, Kiçik Məzrə, Subatan və digər kəndlərdəki soydaşlarımızı amansızlıqla qətlə yetirdilər.
Otuzuncu illərin əvvəllərində Sovet İttifaqında həyata keçirilən kollektivləşmə kampaniyası Ermənistanda geniş vüsət aldı, çox ciddi, çox sərt tərzdə həyata keçirildi. Varlı adamların var-dövləti, mal-qarası əlindən güclə alınıb kolxoz təsərrüfatına verildi. Bir az tərəddüd edənlər damğalandı, xalq düşməni kimi qələmə verildi. Bu qəbilədən olan azərbaycanlılar Qazaxıstana və ya Sibirə sürgün edildilər.