Mayın 14-də Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü oldu. Beləliklə, müəyyən fasilədən sonra Brüssel formatı bərpa edildi.
Danışıqlardan sonra Ş.Mişel yekunlarla bağlı açıqlama verib. Bildirib ki, fikir mübadiləsi açıq və nəticəyönümlü olub: "Əsas diqqət Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşdırılması prosesinə yönəlmişdi. Liderlər Cənubi Qafqazda sülhün bərqərar olunması üçün birgə istəklərini ifadə etdilər. Mən müvafiq səyləri təqdir edirəm. Biz gündəliyimizdə olan bütün məsələləri birlikdə nəzərdən keçirdik. Bu yaxınlarda sülh sazişi ilə bağlı ABŞ-da keçirilmiş müsbət danışıqlardan sonra bu impuls saxlanılaraq Azərbaycan və Ermənistan arasında əhatəli sülh sazişinin imzalanması üçün qətiyyətli addımlar atılmalıdır".
Qeyd edib ki, tərəflər sərhəd məsələləri ilə bağlı ikitərəfli görüşlərin bərpasına dair razılığa gəliblər. Liderlər 1991-ci ilin Alma-Ata Bəyannaməsinə və Ermənistanın 29,800 kvadratkilometr və Azərbaycanın 86,600 kvadratkilometr ərazisinin toxunulmazlığına birmənalı sadiqliklərini təsdiq ediblər. Bununla yanaşı, Ş.Mişel bəyan edib ki, tərəflər regionda nəqliyyat və iqtisadi əlaqələrin bərpası istiqamətində müzakirələrdə aydın irəliləyişə nail olublar.
Onu da xüsusi qeyd etmək lazımdır ki, Zəfərlə başa çatan Vətən müharibəsində işğal altında olan torpaqların həm döyüş, həm də diplomatik yolla azad edilməsi Azərbaycanın döyüş meydanında və diplomatiya sahəsində gücünü bütün dünyaya göstərdi. Cənubi Qafqazda tezliklə sülhün bərqərar olmasını istəyən Azərbaycan Ermənistana sülh müqaviləsinin imzalanmasını təmin edəcək 5 prinsip təqdim etdi. Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində Ermənistan tərəfindən buna qarşılıq verilmədi, Azərbaycan-Ermənistan arasında gərginliyin aradan qaldırılması, postmünaqişə dövrü reallıqlarının qəbul edilməsi, bütövlükdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasında maraqlı olan Avropa İttifaqı vasitəçilik missiyasını üzərinə götürdü.
Bu günədək ölkə liderləri arasında bir neçə dəfə görüş keçirilib. Bunlardan beş görüş Avropa İttifaqının təşəbbüsü ilə baş tutub. Bu görüşlərdə Azərbaycan-Ermənistan arasında həll olunmayaraq gündəlikdə qalmış məsələlərin çözülməsi üçün yol xəritələri cızılıb və müəyyən məqamlar razılaşdırılıb. İntensiv müzakirələrlə müşayiət olunan bu görüşlərin nəticələri barədə rəsmi bəyanatlar verilib, irəliyə doğru atılan addımın konkret əməli nəticələrə vəsilə olacağına əminlik ifadə edilib.
Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin verdiyi bəyanatlarda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqlara başlanılmasının, Azərbaycanın irəli sürdüyü 5 maddədən ibarət baza prinsiplərinin qəbulu və onun əsasında predmetli danışıqlara başlanılmasının vacibliyi ifadə olunsa da, Ermənistan indiyə qədər Ermənistan-Azərbaycan keçmiş Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində dünyanın ən nüfuzlu təşkilatlarının qətnamə və qərarlarına məhəl qoymadığı kimi, Brüssel görüşlərinin sülhə və tərəqqiyə xidmət gündəliklərini də heçə sayıb, Azərbaycana qarşı təxribatlar törədib, Ermənistan-Azərbaycan sərhədində qarşıdurmalar yaradıb. Bu isə ermənilərin sülh istəyində olmadığını göstərir.
Ötən il oktyabrın 6-da Çexiya Respublikasının paytaxtı Praqa şəhərində keçirilən "Avropa siyasi birliyi" Zirvə Toplantısında Azərbaycan-Ermənistan münasibətləri yenidən müzakirə obyekti oldu. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında baş tutan dördtərəfli görüşün nəticələri isə Azərbaycanın növbəti diplomatik qələbəsi kimi qiymətləndirilir.
Dünyada həllini tapmayan münaqişə ocaqlarının mövcudluğu və bu ocaqların artması, daha da alovlanması fonunda İlham Əliyevin 30 illik işğala son qoyaraq Azərbaycanın ərazi bütövlüyünü təmin etməsi istiqamətində yürütdüyü prinsipial siyasət, böyük vətənpərvərlik, siyasi peşəkarlıq və gerçək liderlik keyfiyyətlərinin bir bütündə təcəssümüdür.
Praqa görüşünün sonunda qəbul edilən bəyanatda əksini tapan