Baş Prokurorluqda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib
Digər xəbərlər

Baş Prokurorluqda Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib

Dünən Baş Prokurorluqda 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə tədbir keçirilib.

Prokurorluqdan AZƏRTAC-a bildirilib ki, tədbirdə çıxış edən Baş prokuror Kamran Əliyev qadın prokurorluq işçilərini, dövlət qulluqçularını veteran xanımları bayram münasibətilə təbrik edərək onlara gələcək fəaliyyətlərində uğurlar arzu edib.

Bildirilib ki, Azərbaycanda qadınların hüquqlarının qorunması, onların ictimai fəallığının təşkilinin əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulmaqla uğurlu dövlət-qadın, gender bərabərliyi siyasəti ölkə başçısı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.

Xüsusi vurğulanıb ki, ölkəmizin tərəqqisində əldə olunan uğurlarda, milli-mənəvi dəyərlərimizin mədəniyyətimizin bütün dünyaya tanıdılmasında dövlət başçısı İlham Əliyevin ən sadiq silahdaşı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın zəngin yorulmaz fəaliyyəti mühüm əhəmiyyət kəsb etməkdədir.

Tədbirdə ölkəmizdə qadınların hüquqlarının yüksək səviyyədə qorunduğu, qadınlarımızın yüksək postlarda, qeyri-dövlət strukturlarında ölkəmizin maraqlarının təmsili istiqamətində fəaliyyətləri ilə seçildikləri qeyd edilməklə prokurorluq orqanlarında da aparılan kadr siyasəti zamanı gender bərabərliyi prinsipinin rəhbər tutulduğu diqqətə çatdırılıb.

Xanımların dövlətimizin, o cümlədən təmsil etdikləri qurumların inkişafında xüsusi rola malik olduğunu bildirən Baş prokuror qadın prokurorluq əməkdaşlarının dövlətçilik naminə xidmətlərinin önəmini vurğulayıb.

Qeyd edilib ki, son 3 ildə prokurorluq orqanlarına işə qəbulla bağlı elan edilmiş müsabiqələr nəticəsində ümumilikdə 31 qadın işə qəbul edilməklə hazırda prokurorluqda işləyən qadın prokurorluq işçiləri kadr korpusunun təxminən 8 faizini təşkil etməklə onlardan bir çoxu vəzifədə irəli çəkilib, o cümlədən ilk dəfə olaraq idarə rəisi rayon prokuroru vəzifələrinə təyin olunmaqla prokurorluğun fəaliyyət istiqamətləri üzrə qarşıya qoyulmuş vəzifələrin icrasını vaxtında keyfiyyətlə həyata keçirib.

Daha sonra xidməti fəaliyyətdə fərqlənən prokurorluq əməkdaşlarına, veteran xanımlara, eləcə insan hüquqlarının müdafiə sahəsində fəaliyyət göstərən vətəndaş cəmiyyəti institutları media nümayəndələrinə mükafatlar təqdim olunub.

Tədbir zamanı prokurorluqda çalışan xanım əməkdaşlarla bağlı hazırlanmış qısa film nümayiş olunub.

Ülvi QARAYEV,

Respublika”.