İyulun 26-da Baş prokuror Kamran Əliyev Bakı şəhərinin Səbail, Qaradağ və Yasamal rayon prokurorluqlarında olub.
Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, rayon prokurorluqlarında yaradılan xidməti şəraitlə tanış olan Baş prokuror əməkdaşlarla görüşlər keçirməklə cinayətkarlığa qarşı mübarizə, ibtidai araşdırmaya prosessual rəhbərliyin həyata keçirilməsi və vətəndaş müraciətlərinə baxılması ilə əlaqədar tapşırıqlar verib, prokurorluq orqanlarının qarşısında duran vəzifələrin icrasında hər bir əməkdaşın peşəkarlığının və nəzəri biliklərinin artırılmasının, vəzifə borcunun layiqincə yerinə yetirilməsinin əhəmiyyətini diqqətə çatdırıb.
AZƏRTAC