Ulu Öndərin gənclərimizin inkişafında xidmətləri əvəzsizdir
Digər xəbərlər

Ulu Öndərin gənclərimizin inkişafında xidmətləri əvəzsizdir

Ölkəmizdə gənclərlə bağlı siyasətin geniş vüsət alması birbaşa ümummilli lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Azərbaycan müstəqilliyini bərpa etdiyi vaxtdan ölkədə idman gənclər siyasəti uğurla həyata keçirilir. Bu siyasətin əsası isə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər hakimiyyətə gəldiyi ilk illərdən etibarən sözügedən sahələrdə islahatlar aparmış bir sıra qərarlar qəbul etmişdir.

Ulu öndərin idman gənclər siyasətinin  inkişaf etdirilməsi istiqamətində gördüyü işlər çərçivəsində 1994- ildə Gənclər İdman Nazirliyi yaradıldı. Bu mənada, 1994- ili respublika gənclərinin  həyatında dönüş ili adlandırmaq olar. Həmin dövrdə gənc idmançılarımız iki dəfə - 1996- ildə Atlanta 2000-ci ildə Sidney Yay Olimpiya Oyunlarında iştirak edərək vətənə medallarla döndülər. Heydər Əliyevin təşəbbüsü ilə idmanın maddi-texniki bazasının yaxşılaşdırılması fonunda 2000-ci ildən etibarən Azərbaycanın müxtəlif bölgələrində müasir tipli olimpiya idman kompleksləri tikilib istifadəyə verilmişdir.

Bu gün Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyev ulu öndərin bu siyasətini uğurla davam etdirərək Azərbaycanı dünyada gənclər ölkəsi kimi tanıdıb. Həm idmançılarımızın nüfuzlu yarışlarda əldə etdikləri nailiyyətlər, həm respublikamızın son illərdə evsahibliyi etdiyi idman tədbirləri bunu deməyə əsas verir.

Ümummilli lider Heydər Əliyev ölkədə gedən bütün proseslərdə gəncləri irəli çəkmiş, müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin etmişdir. Ulu öndərin "Azərbaycanın bugünkü gələcəyi bütövlükdə sağlam düşüncəli gənclərdir" - sözləri bu gün devizə çevrilmişdir. Dahi liderin bu sahədə  həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına zəngin elmi potensialın yaradılmasına xidmət etmişdir.

Heydər Əliyevin göstərişi ilə 1995-ci ildə Azərbaycan Gənclərinin Forumunun keçirilməsi təşəbbüsü irəli sürülmüş, 1 il sonra - 2 fevral 1996- ildə müstəqil Azərbaycan Gənclərinin 1-ci Forumu təşkil edilmişdir.

Ümummilli liderin gənclərlə bağlı atdığı ən yaddaqalan addımlardan biri 1997-ci il 2 fevral tarixində imzaladığı fərman olub. Həmin tarix Azərbaycan Gəncləri Günü elan edilmişdir hər il bu gün böyük təntənə ilə qeyd olunur.

Ümummilli liderin respublikaya rəhbərlik etdiyi dövrlərdə gənclər mərkəzləri, hərbi məktəblər açılmış, minlərlə azərbaycanlı gənc dünyanın nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmişdir. Ölkəmizdə gənclərlə sahəsində mühüm tədbirlərin gerçəkləşdirilməsi ulu öndərin adı ilə bağlıdır

Düşünürəm ki, müstəqilliyimizin dövlətçiliyimizin möhkəmləndirilməsi, etibarlı gələcəyimizin təmin edilməsi gənclərin sosial-siyasi fəallığının yüksəldilməsindən çox asılıdır.

Bu gün ölkəmiz öz tarixinin şərəfli mürəkkəb bir dövrünü yaşayır. Dövlət müstəqilliyimizin suverenliyimizin qorunub möhkəmləndirilməsi, ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində aparılan uğurlu mübarizə, ölkə iqtisadiyyatının sürətlə inkişaf etdirilməsi, gənclərin  sosial problemlərinin həlli Azərbaycanın dünya birliyində öz layiqli yerini tutmasına etibarlı zəmin yaratmışdır.

Müşfiq CƏFƏROV,

Milli Məclisin deputatı.