Ölkəmiz Birinci Avropa Oyunlarına layiqincə və möhtəşəm ev sahibliyi edib
Polşanın Krakov şəhərində III Avropa Oyunları start götürüb. Multi-idman tədbiri 12 gün davam edəcək. Avropanın 48 ölkəsindən olan 7 minə yaxın atlet 29 idman növündə bacarığını nümayiş etdirir. İştirakçılar 253 dəst medal uğrunda mübarizə aparırlar. "Bakı-2015" və "Minsk-2019"da uğurla çıxış edən Azərbaycan yığması Polşaya da geniş heyətlə yollanıb. "Krakov-2023"də ölkəmizin şərəfini 13 növdə 86 idmançı qoruyur. Xatırladaq ki, I Avropa Oyunları 2015-ci ildə Bakıda, II Avropa Oyunları isə 4 il sonra Minskdə təşkil olunub.
İlk idman hərəkatı barədə Prezident İlham Əliyevin qeyd etdiyi kimi, qitənin mötəbər idman tədbirini keçirməklə Azərbaycan həm də növbəti Avropa Oyunlarının standartlarının müəyyən edilməsinə vəsilə oldu. Bakı 2015 I Avropa Oyunları tarixin yaddaşına köçdü. 17 gün ərzində Azərbaycan qitənin idman mərkəzinə çevrildi. Bu möhtəşəm tədbirə uğurla ev sahibliyi edərək Azərbaycan həm də idman ölkəsi olduğunu bir daha nümayiş etdirdi. Bu oyunların 2015-ci ildə paytaxtımızda keçirilməsi hüququ Azərbaycana Avropa Olimpiya Komitəsi Baş Assambleyasının 8 dekabr 2012-ci il tarixli qərarı ilə verilmiş, Birinci Avropa Oyunları tarixdə ilk dəfə Bakıda 2015-ci il iyunun 12-dən 28-dək keçirilmişdi. Prezident İlham Əliyevin Avropa Olimpiya Komitəsinin birinci Avropa Oyunlarının Bakıda keçirilməsi ilə bağlı qərarı münasibətilə Azərbaycan xalqına 10 dekabr 2012-ci il tarixli təbrikində bu məqamlar bir daha açıqlanırdı: "İlk növbədə, ölkəmizin beynəlxalq nüfuzu öz rolunu oynamışdır. Azərbaycan bu gün dünyada böyük hörmətə malik olan bir ölkədir. Dünya birliyində bizim rolumuz, təsir imkanlarımız artır və dünya birliyi Azərbaycana böyük hörmətlə və etimadla yanaşır... Digər amil ondan ibarətdir ki, Azərbaycanda uzun illər ictimai-siyasi sabitlik hökm sürür. Bu da çox vacibdir. Ölkəmizin dinamik, uğurlu inkişafı üçün ictimai-siyasi sabitlik çox mühüm rol oynayır və Azərbaycan bu baxımdan nümunəvi ölkə kimi dünyada özünü təsdiqləyibdir. Əlbəttə ki, iqtisadi uğurlarımız da bu qərarın qəbul edilməsində öz rolunu oynamışdır".
Birinci Avropa Oyunlarının Bakı şəhərində layiqincə keçirilməsini təmin etmək məqsədilə Azərbaycan Respublikası Prezidentinin 17 yanvar 2013-cü il tarixli fərmanı ilə Təşkilat Komitəsi yaradıldı. Təşkilat Komitəsinə Azərbaycanın birinci xanımı, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvü Mehriban xanım Əliyeva sədr təyin edildi. Mehriban xanımın yüksək təşkilatçılıq məharəti ilə Birinci Avropa Oyunları dünyanın ən möhtəşəm mədəniyyət tədbirlərindən biri kimi tarixə yazıldı və qəlbi Azərbaycanla döyünən bütün soydaşlarımızın əbədi qüruruna çevrildi. Avropa Oyunlarında 20 idman növü üzrə keçirilən yarışlar 21 idman obyektində reallaşdı. Qitənin 50 ölkəsində 6000-dən artıq idmançı 253 dəst medal uğrunda mübarizə apardı. İlk dəfə təşkil olunmasına baxmayaraq, "Bakı 2015"ə böyük maraq vardı. Avropanın əsas aparıcı ölkələri yarışlara ən güclü, eləcə də geniş heyətlə gəlmişdilər. Avropa Oyunlarında bəzi idman növləri üzrə yarışların növbəti il Braziliyada keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya imkanı yaratması "Bakı 2015"in əhəmiyyətini daha da artırmışdı. İyunun 12-də Bakı Olimpiya Stadionunda keçirilən möhtəşəm açılış mərasimi bütün dünyanı heyrətləndirməklə yanaşı, Oyunların yüksək səviyyədə keçiriləcəyindən xəbər verirdi. 17 günlük idman festivalı nəinki Azərbaycan və Avropada, eləcə də bütün dünyada böyük əks-səda doğurdu. Bu həyəcanın ünvanı isə Odlar Yurdu Azərbaycan idi. 150-dən artıq televiziya kanalının canlı yayımladığı Oyunları planetin 1 milyarddan artıq tamaşaçısı izlədi. Avropanın Bakının hazırlığına verdiyi qiyməti heyrətamiz oldu.
Ölkəmiz ev sahibliyi etdiyi yarışda 290 atletlə iştirak edərək kifayət qədər uğurlu nəticələrə imza atdı. Avropa Oyunlarında ölkəmiz 21 qızıl, 15 gümüş, 20 bürünc medal qazanaraq 56 mükafatla yarışı başa vurdu. Bu nəticə ilə