Azərbaycan Premyer Liqasında yeni rekord qeydə alınıb
İdman

Azərbaycan Premyer Liqasında yeni rekord qeydə alınıb

“Səbail” komandası futbol üzrə Azərbaycan Premyer Liqasında ardıcıl dördüncü qələbəsinə imza atıb.

"Respublika" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, “Turan Tovuz”u 3:1, “Qarabağ”ı 2:1, “Kəpəz”i 3:0 hesabı ilə məğlub edən “dənizçilər” VII turda “Araz-Naxçıvan”ı da xalsız qoyub – 1:0.

Bu, klub tarixində yeni rekorddur. Premyer Liqada 2017/2018-ci illər mövsümündə debüt edən bakılılar bunadək heç vaxt ardıcıl 4 qələbə qazanmayıblar.