“Azəristiliktəchizat” ASC-nin bu il üçün təsdiq edilmiş istehsal və maliyyə təsərrüfat planlarına uyğun olaraq 7 ayda min kilometrdən çox istilik xətləri hidravlik təzyiqə yoxlanılıb və 7572 metr məhəllədaxili və magistral istilik xətləri yenisi ilə əvəz olunub.
"Respublika" xəbər verir ki, görülmüş işlər çərçivəsində 848 ədəd odluq, 238 dəst istilik mübadilə aparatları, 2825 ədəd nasos, 11825 ədəd müxtəlif diametrli siyirtmələr, 2714 ədəd mühərrik, 566 dəst elektrik avadanlığı, 450 dəst nəzarət ölçü cihazları və avtomatika avadanlığı, 1161 ədəd genişləndirici çən, 832 ədəd qoruyucu klapan və 2558 ədəd əks klapan, 2087 ədəd çirktutan, 2980 ədəd manometr və termometr, 10584 ədəd ventil, 608 ədəd ehtiyat su çəni, 13 ədəd havavuran, 10 ədəd tüstüsoran və digər qurğular təftiş olunaraq istismara hazır vəziyyətə gətirilib.
Həmçinin 591 ədəd dirsək, 65 ədəd siyirtmə, 32 ədəd ventil, 14 ədəd rezin membran, 3 ədəd nasos yenisi ilə əvəz edilmiş, 6 qazan aqreqatı, 11 ədəd nasos, 219 ədəd siyirtmə, 10 ədəd mühərrik əsaslı, 317 ədəd qazan aqreqatı, 33 ədəd odluq, 734 ədəd nasos, 33 dəst istilik mübadilə aparatı, 4838 ədəd siyirtmə, 617 ədəd mühərrik cari təmir edilib.
881 ədəd qazan aqreqatı, 93 dəst istilik mübadilə qurğusu mexaniki üsulla təmizlənmiş, həmçinin 8 ədəd qazan qurğusu, 17 dəst istilik mübadilə qurğusu kimyəvi üsulla təmizlənib.
2023-2024-cü il payız-qış mövsümünə hazırlıq işləri çərçivəsində istilik xətlərində 2119 kvadratmetr istilik örtük qatı bərpa olunub, 468 ədəd qazanxanada yeraltı və yerüstü tüstü yolları təmizlənib, qazanların 133 kvadratmetr istilik örtük qatı, 408 kvadratmetr kərpic örtüyü bərpa edilib.
111,353 kilometr qaz xəttinə baxış keçirilib, onlardan 52,522 kilometr yeraltı, 58,831 kilometr yerüstü qaz xəttidir. Müxtəlif diametrli 1833 ədəd qaz siyirtməsi təftiş olunub, onlardan 51 ədədi təmir edilib.