Azercell ölkənin qadın liderlərini bir araya gətirir
Digər xəbərlər

Azercell ölkənin qadın liderlərini bir araya gətirir

Lider mobil operator "SHE Baku Congress"in əsas tərəfdaşıdır

Azercell 5-ci dəfə Azərbaycanda keçirilən "SHE (Smart, Happy, Equal) Congress" beynəlxalq qadın konqresinin əsas tərəfdaşı qismində çıxış edəcək. Ölkənin regionun lider qadınlarını bir araya gətirən bu tədbir iştirakçılara ünsiyyət qurmaq, peşəkar bacarıqlarını inkişaf etdirmək, təcrübə mübadiləsi aparmaq, qadın sahibkarlar müxtəlif təşkilatların rəhbərləri ilə tanış olmaq üçün unikal platforma yaradır.

Qeyd edək ki, fəaliyyəti boyu qadınlara dəstək olan Azercell şirkəti onları gücləndirən, müxtəlif sahələr, xüsusilə informasiya-kommunikasiya texnologiyaları üzrə bilik bacarıqlarını, karyera imkanlarını artıran çoxsaylı proqramlar həyata keçirir. Konfransda əsas məruzəçilərdən biri kimi çıxış edən şirkətin Hüquq, Etika Komlayens departamentinin direktoru Şirin Əliyeva Azercell-in bu sahədə qabaqcıl təcrübəsini tədbir iştirakçıları ilə bölüşəcək.

17 may 2023- il tarixində Bakıda JW Marriott ABSHERON otelində "ÖZ HƏYATINA SAHİB OL" ("OWN YOUR LIFE") şüarı altında baş tutacaq konfransda qadınların liderlik peşəkar bacarıqlarının inkişafına yönəlmiş panel müzakirələri, dinamik sessiyalar seminarlar təşkil olunacaq.