Anti-Azərbaycan koalisiyasında kimlər yer alır?
Digər xəbərlər

Anti-Azərbaycan koalisiyasında kimlər yer alır?

Azərbaycanı gözü götürməyən, ölkəmizə qarşı qərəzli mövqe tutan dövlətlər həmişə olub. Əlbəttə ki, təbii sərvətlərlə zəngin, dünyanın inkişaf etmiş dövlətləri ilə rəqabətə girə biləcək Azərbaycanı nəinki, uzaq sərhədlərdə, həm yaxın qonşuluqda da həzm edə bilməyən qüvvələr var. Ötən illər ərzində şahid olduq ki, bir qonşumuz bizə qarşı düşmən mövqeyində durduğu zaman, digər qonşumuz onun dəyirmanına su tökdü.

İkinci Qarabağ müharibəsində Azərbaycan qələbə qazandıqdan sonra Ermənistan, İran Hindistan üçbucağı daha da aktivləşdi.

Belə ki, Hindistan İranla yaxın münasibətlər quraraq Cənubi Qafqaza çıxış əldə etmək istəyir. Lakin bu bölgəyə birbaşa çıxışının olmaması imkanları məhdudlaşdırır. Ona görə , İranla münasibətlərini daha da "doğmalaşdıraraq" niyyətini gerçəkləşdirməyə çalışır. O ki qaldı, Ermənistanla münasibətlərə İkinci Qarabağ müharibəsində qələbəmizdən sonra bizə qısqanclıqla yanaşan dövlətlərdən biri məhz Hindistan oldu. Bu ölkə Ermənistanla əlaqəyə girərək fəal hərbi əməkdaşlıq qurdu. Hər iki dövlət arasında hərbi müqavilələr bağlandı. Razılaşmanın tərkib hissəsindən biri ondan ibarətdir ki, Yeni Dehli İrəvana 250 milyon dollar dəyərində tank əleyhinə raketlər başqa hərbi sursatlar tədarük edəcək.

Anlaşılan odur ki, Ermənistanın Hindistanın bu planda ümumi maraqları var. Qonşu İran isə bu maraqlar çərçivəsində ən əlverişli tərəfdaşdır. Belə bir məqamda Azərbaycan-İran münasibətlərinin gərginliyindən istifadə edən Ermənistan fürsəti əldən vermək istəmir. Əslində bu işdə təkanverici qüvvə elə İranın özüdür. Çünki Azərbaycanın qalib ölkə kimi Zəfərini həzm edə bilməyən İran Ermənistanı əlinin altında saxlamaqla, bizə qarşı məkrli planlarını həyata keçirir. Hələ Azərbaycan torpaqları Ermənistanın işğalında olduğu dövrlərdə İran Ermənistana çox "bağlı" idi. Bu bağlılığın əsas səbəbi isə onun Azərbaycan torpaqlarından geniş şəkildə istifadəsi yararlanması idi. Ötən otuz illik işğal dövründə İran bu ərazilərdə maldarlığın inkişafı üçün lazımi qədər yararlanıb. İran Qarabağ torpaqlarında narkotik bitkilər əkib-becərməklə məşğul olub. Sözsüz ki, əldə olunan bol məhsulu xarici bazarlara ötürmək məsələsində isə Ermənistan tranzit ölkə kimi əvəzsiz rol oynayırdı. Yəni azərbaycanlıların təbirincə desək, əl əli yuyurdu, əl üzü. Hər iki ölkənin müştərək fəaliyyətinə maneçilik törədən isə yalnız Azərbaycan ola bilərdi. Əlbəttə ki, İkinci Qarabağ müharibəsində qələbə qazanan Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsi hər iki dövlətin bu "imkanlarını" əlindən aldı.

Azərbaycanın qələbəsi təkcə Ermənistanı sarsıtmadı, İrana da böyük zərbə oldu. Yaxın qonşumuz, müsəlman qardaşımız İran Ermənistan sevdasına tutuldu. Elə ona görə hazırda bu dövlətlər anti-Azərbaycan təbliğatı həyata keçirirlər. Ölkəmizə qarşı məkrli plan quran dövlətlər Azərbaycanın regionda sülhün təhlükəsizliyin möhkəmləndirilməsinə, bərabərhüquqlu tərəfdaşlığın genişlənməsinə yönəlmiş müstəqil siyasətini qəbul edə bilmirlər. Azərbaycan isə özünün çiçəklənmə dövrünü yaşayır. İndi ölkəmiz bütün dünya dövlətləri üçün maraqlı tərəfdaş əlverişli müttəfiqdir. Xain dövlətlərin qarşısında qüdrətli, qüvvətli Azərbaycan var.

       Ramidə YAQUBQIZI,

 "Respublika".