Azərbaycanın zəngin enerji resurslarının dünya bazarına çıxarılması istiqamətində ümummilli lider Heydər Əliyevin uzaqgörənliyi sayəsində 1994-cü ildə imzalanmış "Əsrin müqaviləsi" ilə başlayan şərəfli yol bu gün "yaşıl enerji" siyasəti ilə davam etdirilir. Ötən il mayın 3-də Prezident İlham Əliyev "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində "yaşıl enerji" zonasının yaradılması ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalamaqla ölkəmizdə yeni enerji qaynaqlarının yaradılmasına istiqamət verdi.
Belə ki, bu gün dünyanın ən qabaqcıl texnologiyaları alternativ enerjidən istifadənin genişləndirilməsinə və ekoloji tarazlığın qorunmasına istiqamətlənir. Qarabağ və Şərqi Zəngəzur İqtisadi rayonlarının yenidənqurma işlərində də bu istiqamət əsas götürülür.
Prezident İlham Əliyevin həyata keçirdiyi yeni enerji siyasətinin təməlində bir çox vacib müddəalar dayanır. Belə ki, Rusiya-Ukrayna müharibəsinin başlaması ilə dünyada enerji təminatı sahəsində vəziyyət gərginləşdi. Rusiyaya qarşı bir sıra sanksiyalar tətbiq edən Avropa özünün enerji təminatı üçün alternativ mənbələrə üz tutdu.
Ötən il iyulun 18-də Avropa Komissiyasının Prezidenti xanım Ursula Fon der Lyayenin Azərbaycana səfəri çərçivəsində "Avropa Komissiyası tərəfindən təmsil olunan Avropa İttifaqı ilə Azərbaycan Respublikası arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu"nun imzalanması xüsusi əhəmiyyət daşıyır.
Azərbaycanın 44 günlük Vətən müharibəsində işğaldan azad etdiyi ərazilər bərpaolunan enerji mənbələri ilə kifayət qədər zəngindir. İlkin dəyərləndirmələrə əsasən, bu ərazilərdə külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Azərbaycan artıq bu zəngin potensialın reallaşdırılması mərhələsindədir. Müharibə başa çatandan sonra sözügedən ərazilərdə bir neçə bərpaolunan enerji stansiyasının istismarına başlanıb, çayların üzərində yeni enerji infrastrukturunun yaradılması da intensiv şəkildə davam etdirilir. Əlamətdar haldır ki, ayrı-ayrı xarici şirkətlər respublikamızda bərpaolunan enerji sektoruna böyük həcmlərdə investisiyalar yönəltməyə başlayıblar. Buna nümunə kimi, BP-nin azad olunmuş Cəbrayılda günəş enerji stansiyasına yatırım etmək qərarını göstərmək olar. 230 meqavatlıq günəş enerji stansiyası Zəngəzur dəhlizindən, eyni zamanda elektrik enerjisi ötürəcək. Məhz bu məqsədlə, Cəbrayıl rayonunda böyük qəbuledici və çevirici stansiya tikilir. Hazırda Azərbaycanda reallaşan investisiya layihələri (günəş, külək elektrik stansiyası) ölkəyə əlavə 700 meqavatdan çox yaşıl enerji verəcək. Bununla paralel olaraq, dünyanın iki aparıcı şirkəti ilə imzalanmış protokollar əsasında Azərbaycanda 22 min meqavata qədər günəş və külək elektrik stansiyalarının tikintisi nəzərdə tutulur.
Bundan əlavə, Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) qarşılıqlı əlaqə xəttinin tutumunun 3 milyard kubmetrdən 5 milyard kubmetrə qədər genişləndirilməsi də Macarıstan və Mərkəzi Avropada enerjinin şaxələndirilməsi üçün vacibdir. Xatırladaq ki, Yunanıstan-Bolqarıstan qaz kəməri 2022-ci il oktyabrın əvvəlində kommersiya istismarına verilmişdir. Oktyabrın 1-də Bolqarıstan Respublikasının paytaxtı Sofiya şəhərində Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılış mərasimi Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə baş tutdu. Ölkə başçımız nitqində enerji təminatının vacibliyini vurğuladı: "Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru layihəsi Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində və qaz təchizatının şaxələndirilməsində mühüm rol oynayacaq. Enerji təhlükəsizliyi hər bir ölkənin milli təhlükəsizliyinin bir hissəsidir. Dünyada cari geosiyasi vəziyyət bunu bir daha sübuta yetirir".
Bu il fevralın 3-də Bakıda "Gülüstan" sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 9-cu və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 1-ci iclaslarının keçirilməsi strateji tərəfdaş olan Azərbaycanı təkcə neft-qaz ixracında yox, eləcə də bərpaolunan enerji sahəsində önəmli oyunçulardan birinə çevirir. Regionun önəmli seqmenti olan Zəngəzur dəhlizi vasitəsilə "yaşıl enerji"nin gələcəkdə Türkiyə və Avropaya ixracının artırılması nəzərdə tutulur. "Cəbrayıl" enerji qovşağının yaradılması, elektrik veriliş xətlərinin Zəngəzur dəhlizindən keçməklə Türkiyəyə, oradan da Avropa bazarına ixrac edilməsi Azərbaycanın iqtisadi və