Azərbaycanda hüquqi dövlət modelinin banisi
Siyasət

Azərbaycanda hüquqi dövlət modelinin banisi

Azərbaycan xalqı Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini böyük təntənə ilə qeyd edir. Deyirlər, dahilər yüz ildə bir dünyaya gəlir. Lakin Heydər Əliyev kimi şəxsiyyətlərin dünyaya gəlişi zaman deyil, bəlkə tale məsələsidir. Çünki belə bir lider yetişdirmək hər xalqa nəsib olmur. Xüsusilə, peşəsi hüquq onun mühafizəsi ilə bağlı olan şəxslərin həyatında Heydər Əliyev fenomeninin rolu əvəzsizdir. Ulu Öndərin daxili siyasət strategiyasının təhlili zamanı da məhz ictimai ədalətin, habelə dövlət nizamının, siyasi stabilliyin qorunmasının dəyişməz prioritetlər olduğu açıq şəkildə görünür.

Heydər Əliyevin Azərbaycan xalqı qarşısında ən böyük xidmətlərindən biri ölkədə hüquqi dövlət modelini formalaşdırmasıdır. İngilis filosofu Con Lokun dövlətlərin quruluş fəlsəfəsi ilə bağlı nəzəriyyəsindən doğan hüquqi dövlət - dövlətin təşkilinin fəaliyyətinin elə bir formasıdır ki, burada insan vətəndaşın hüquqları azadlıqları təmin olunur, dövlət hakimiyyətinin fiziki şəxslər onların müxtəlif birlikləri ilə əlaqələri hüquq əsasında qurulur.

Qurtuluş günü kimi qeyd etdiyimiz 15 iyun 1993- ildə məhz Heydər Əliyevin hakimiyyətə qayıtmasından sonra yenidən ölkəmizdə qanunun aliliyi hüququn üstünlüyü prinsipləri dövlət səviyyəsində tanınmağa müdafiə olunmağa başlandı. Heydər Əliyev 1993- ildə hakimiyyətə qayıtdığı zaman SSRİ-dən qalma bürokratik aparat sıradan çıxmış, parlament təsadüfi adamların görüş məkanına çevrilmiş, siyasi aparat iflic vəziyyətə düşmüş, regionlarda separatizm meyilləri intensivləşmiş, böyük şəhər rayonlarda silahlı başıpozuq dəstələrin nizamsız qanuntanımaz fəaliyyəti pik həddə gəlib çatmışdı. Yəni o dövrdə Azərbaycanda hüquq qanundan danışmaq belə əbəs idi. Lakin Ulu Öndər uçulub-dağılan bu sınıq-salxaq dövlət aparatını işlək vəziyyətə gətirmək, siyasi nizam sabitliyi təmin etmək hüquqi dövlət modelini formalaşdırmaq üçün inadkar bir mübarizəyə başladı. Əvvəla, Ermənistanla atəşkəs müqaviləsini imzalayıb cəbhədə, daha sonra bir qrup silahlı dəstələrin dövlət çevrilişi cəhdlərinin qarşısını almaqla daxildə siyasi sabitliyi təmin etdi. Hüquqi dövlət vahid hüquqi sistem olmadan yaradıla bilməzdi. Məhz bu səbəbdən Heydər Əliyev vaxt itirmədən beynəlxalq normalarla uzlaşan milli konstitusiyanın yaradılması prosesinə start verdi. "Biz demokratik dövlət quruculuğu prosesinə başlamışıq", - deyən Ulu öndər konstitusiyanın hər maddəsi, hər məcəlləsi ilə tanış olur, bununla bağlı aparılan hüquqi ictimai müzakirələrdə şəxsən iştirak edirdi. Nəticədə 1995-ci ilin 12 noyabrında müstəqil Azərbaycanın ilk konstitusiyası qəbul edildi ki, bu da ölkədə hüquqi dövlətin qurulması üçün böyük bir zəminin formalaşması mənasına gəlirdi. Lakin Heydər Əliyevin missiyası sona çatmamışdı. Konstitusiya qəbul edildikdən 1 il sonra onun imzaladığı fərmanla ölkədə genişmiqyaslı məhkəmə-hüquq islahatlarına başlanıldı. "Konstitusiya Məhkəməsi haqqında", "Məhkəmələr hakimlər haqqında", "Polis haqqında", "Vəkillər vəkillik fəaliyyəti haqqında", "Əməliyyat-axtarış fəaliyyəti haqqında" s. qanunlar qəbul edildi.

1998-ci il iyunun 18- ümummilli liderin müvafiq fərmanı ilə təsdiq olunan "Azərbaycanda insan hüquqlarının müdafiəsinə dair Dövlət Proqramı" isə hüquqi islahatlarda yeni mərhələ açdı. 1998-ci ildə Azərbaycanda məhkəmə-hüquq sisteminin ali instansiyası - Konstitusiya Məhkəməsi fəaliyyətə başladı. Ardınca, 1998-ci ildə ölüm hökmü senzura ləğv edildi. Bütün bunlar Azərbaycanda yeni bir siyasi-hüquqi eranın başlanğıcı kimi şərh edilirdi.

Xüsusilə, ölüm hökmünün ləğv edilməsi Azərbaycanda insan hüquqlarının müdafiəsi demokratikləşmə prosesinin intensivləşməsi baxımından mühüm hadisə hesab edilirdi. Bu həm Heydər Əliyev fenomeninin qəlbində mövcud olan böyük humanizmin əyani təzahürü idi. Ümummilli lider bu barədə deyirdi:

 "Bütün bunlar Azərbaycan xalqının çoxəsrlik ənənələrindən irəli gəlir, ən yüksək dəyər olan insan həyatının qorunmasına təminat verir, cəmiyyətimizi insaniləşdirir, insan ləyaqətinə hörmət ehtiramı, bütünlükdə ölkəmizdə demokratiyanın inkişafını