Azərbaycan XİN Nikol Paşinyanın səsləndirdiyi iddialara cavab verdi
Digər xəbərlər

Azərbaycan XİN Nikol Paşinyanın səsləndirdiyi iddialara cavab verdi

İyunun 16-da Ermənistanın baş naziri Nikol Paşinyanın hökumət iclasında çıxışı zamanı Laçın dövlət sərhədindən buraxılış məntəqəsi təsis olunmasının "gərgin humanitar vəziyyət" yaratdığı, Azərbaycanın "erməni sakinlərin gündəlik tələbat malları tibbi məhsullarla təmin olunmasının qarşısını aldığı", "etnik təmizləmə siyasəti həyata keçirdiyi", Azərbaycanın guya sərhədboyu ərazilərdə təxribat törətdiyi barədə növbəti dəfə səsləndirdiyi cəfəng iddiaları qətiyyətlə rədd edirik.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Ermənistanın baş naziri Nikol Paşinyanın iyunun 16-da hökumət iclasında çıxışı zamanı səsləndirdiyi iddialarla bağlı Azərbaycan Xarici İşlər Nazirliyinin şərhində əksini tapıb.

Qeyd olunub ki, Azərbaycanın öz suveren ərazisində sərhəd nəzarət-buraxılış məntəqəsi təsis etməsi məsələsinə Ermənistan tərəfinin hər hansı bir müdaxiləsi Azərbaycanın suverenliyi ərazi bütövlüyünə qarşı iddiadır bu kimi hərəkətlər beynəlxalq hüququn bütün norma prinsiplərinə ziddir.

"Görünür ki, bu məntəqənin təsis edilməsi ilə Azərbaycana qarşı təcavüz törətmiş 30 ilə yaxın müddətdə torpaqlarımızı işğal altında saxlamış Ermənistanın vəziyyəti gərginləşdirən addımlardan yoldan istifadə etməklə həyata keçirdiyi qeyri-qanuni fəaliyyətlərdən məhrum olması bu ölkəni narahat etməkdədir.

Məntəqədən Azərbaycan Respublikasının Qarabağ bölgəsinin yerli erməni sakinlərinin hər iki istiqamətdə şəffaf, təhlükəsiz nizamlı keçidi üçün müvafiq şərait mövcuddur məntəqə təsis edilən gündən yüzlərlə sakin bu yoldan sərbəst şəkildə istifadə etdiyi məlumdur.

İyunun 15- Ermənistan tərəfindən bu məntəqəyə sərhədçilərimizə qarşı törədilmiş təxribatın da məqsədi Azərbaycan tərəfdən sərhəd buraxılış məntəqəsinin uğurlu fəaliyyətinə kölgə salmaq, məntəqədən təhlükəsiz sərbəst şəkildə istifadəyə maneçilik törətməkdir.

Dövlət Sərhəd Xidmətinin hərbi qulluqçusunun yaralanması ilə nəticələnmiş hücumdan sonra, bu təxribatın səbəblərinin araşdırılması, sərhəd buraxılış məntəqəsinin oradan keçidin təhlükəsizliyinin təmin edilməsi məqsədilə Azərbaycan tərəfindən həyata keçirilən müvafiq tədbirlərin "blokada" kimi qiymətləndirilməsi qəbuledilməzdir.

Ermənistan tərəfindən əsassız bəyanatlar vermək əvəzinə, təxribatlardan əl çəkməyi, sülh sazişi üzrə danışıqlara bölgədə kommunikasiyaların açılması məsələsinə məsuliyyətlə konstruktiv şəkildə yanaşmağı, qüvvələrinin Azərbaycan ərazilərindən tam çıxarılması daxil olmaqla, üçtərəfli Bəyanatdan irəli gələn öhdəliklərə riayət etməyi, Azərbaycanın ərazi bütövlüyü suverenliyinə qarşı addımlardan çəkinməyi tələb edirik", - deyə XİN-in şərhində vurğulanıb.