Azərbaycan və Ukrayna yeni saziş imzalayıb
Siyasət

Azərbaycan və Ukrayna yeni saziş imzalayıb

Ukrayna və Azərbaycan gələn il beynəlxalq daşımalar üçün icazə kvotasını razılaşdırıblar. 

"Respublika" Ukraynanın İcmaların, Ərazilərin və İnfrastrukturun İnkişafı Nazirliyinin yaydığı məlumata əsasən xəbər verir ki, müvafiq saziş Azərbaycanın Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Yerüstü Nəqliyyat Agentliyi (AYNA) arasında imzalanıb. 

Qərar Azərbaycan ilə Ukrayna arasında həyata keçirilən beynəlxalq avtomobil əlaqələri sahəsində Ukrayna-Azərbaycan Birgə Komissiyasının növbəti iclasında qəbul edilib.

Azərbaycan və Ukrayna 2024-cü il üçün hər ölkə üzrə universal icazələrin 88 % artırılması, tranzit daşıma üçün ayrıca icazələrin mübadiləsi imkanı, avtomobil nəqliyyatı ilə qeyri-müntəzəm sərnişin daşınmasına icazələrin verilməsi ilə bağlı razılığa gəliblər.

Nazirlik əlavə edib ki, gələn il üçün daşıyıcılar üçün kvota hər ölkə üçün 11,5 min icazə olacaq. Bunlardan 6 000-i universal, 5 000-i tranzit, 500-ü üçüncü ölkələrə və ölkədən daşınma, 50-si sərnişin daşınması üçün universal icazədir.

Bundan əlavə, bu il 2 000 ədəd həcmində universal icazə kvotasının mübadilə edilməsi qərara alınıb.