Qüdrətli müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir
Siyasət

Qüdrətli müstəqil Azərbaycan Ulu Öndərin şah əsəridir

Hər bir ölkənin xalqın inkişaf səviyyəsini, həmçinin dövlətin nüfuzunu gücünü müəyyənləşdirən başlıca meyar iqtisadi potensialla yanaşı milli lider amilidir. Belə ki, milli lider fenomeninin yaratdığı mütərəqqi inkişaf strategiyası hər bir dövlətin imkanlarını vahid məqsədlər naminə səfərbər edir, onun sosial-iqtisadi, mənəvi intellektual tərəqqisi üçün etibarlı zəmin formalaşdırır. Xalqlarını aparıcı milli ideyalar ətrafında birləşdirməyi bacaran xarizmatik şəxsiyyətlər məhz bu keyfiyyətləri sayəsində onların taleyində müstəsna rol oynamış böyük müdrikliklə irəli sürdükləri məqsədləri gerçəkləşdirərək ölməzlik zirvəsinə ucalmışlar. Ona görə belə şəxsiyyətlər tarixdə dahi, öndər, lider kimi öz layiqli yerini tutmuşlar.

Görkəmli dövlət xadimi, dahi siyasətçi kimi ölkədə dünyada böyük nüfuza malik olan Heydər Əliyev Azərbaycan tarixində ümummilli lider statusu qazanmış yeganə qüdrətli şəxsiyyətdir. Xalqımızın böyük oğlu Heydər Əliyev istər Sovetlər Birliyi dövründə, istərsə müstəqillik dönəmində liderlik funksiyasını yüksək səviyyədə həyata keçirmişdir. Dövlət rəhbəri olaraq fəaliyyət göstərdiyi 35 ilə yaxın bir dövrün Azərbaycanın problemlərinin həlli, ümummilli ideallarının həyata keçməsi Heydər Əliyevin adı ilə bağlıdır.

XX əsr dünya tarixinin ən parlaq simalarından olan, xalqımızın müstəqillik arzusunu konkret dövlət modelində gerçəkliyə çevirərək milyonların qəlbində əzəmətli abidə ucaldan ulu öndər müstəqil Azərbaycanın memarı, çağdaş dövlətçiliyimizin qurucusu ölkəmizin dayanıqlı inkişaf strategiyasının müəllifi kimi hər zaman dərin hörmət böyük ehtiramla anılır.

Doğma Azərbaycanını canı qədər sevən, ürəyi daim xalqının xoşbəxtliyi uğrunda döyünən, ölkəsini azad, müstəqil inkişafda görmək istəyən Heydər Əliyev dühasının mənalı ömür yolunun hər anı, hər səhifəsi bugünkü gələcək nəsillərə örnək olacaq canlı unudulmaz tarixdir.

Heydər Əliyevin inkişaf strategiyasının tarixi onun 1969-cu ildə respublika rəhbərliyinə gəlməsindən başlayır. Həmin il iyulun 14- keçirilən tarixi Plenumda 46 yaşlı Heydər Əliyev Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilir bununla da ölkəmizin sosial-iqtisadi inkişafında yeni epoxa başlayır.

Bu dövrədək zəngin iqtisadi potensialının təbii sərvətlərinin olmasına baxmayaraq, Azərbaycan keçmiş İttifaq respublikaları arasında bütün göstəricilərə görə axırıncı yerlərdən birini tuturdu. Böyük strateqin o zaman siyasi rəhbərliyə gəlməsi bütün sahələrdə hərtərəfli tərəqqiyə yol açdı. Tarixi anlamda qısa zaman kəsiyini əhatə edən 1969-1982-ci illərdə ulu öndərin dahiyanə zəkası, titanik əməyi çoxşaxəli fəaliyyəti nəticəsində Azərbaycan inkişaf etmiş iqtisadiyyata malik respublika kimi İttifaq tərkibində öncül sıralara yüksəldi.

Dərin özüllər, neft emalı maşınqayırma zavodları kimi gələcəyə hesablanmış 250-dən çox strateji obyekt istifadəyə verildi, əvvəlki 50 ildə mövcud olmuş 735 iri sənaye müəssisəsinin sayı 1982-ci ildə 1048-ə çatdırıldı 355 adda sənaye məhsulu dünyanın 65 ölkəsinə ixrac edildi. Bütövlükdə 14 il ərzində respublikada əvvəlki yarım əsrdəki qədər sənaye məhsulu istehsal olundu, sənaye istehsalı 2,7 dəfə, kənd təsərrüfatı 2,5 dəfə artdı 1969-cu ilə qədər aqrar respublika hesab olunan Azərbaycanın ümumi daxili məhsulunda sənayenin payı 66 faizə yüksəldi. Həmin illərdə milli gəlir 2,6 dəfə artdı iqtisadiyyatın inkişafına 7,2 milyard manatlıq, yaxud əvvəlki 50 ildəkindən 4,5 dəfə çox kapital qoyuldu. Artıq 1982-ci ildə bu rəqəm 1952-ci ildəkini 30 dəfə üstələyirdi. Respublikanın paytaxtı ilə yanaşı, regionları da nəzərə alınmaqla bütün rayonlarda genişmiqyaslı quruculuq abadlıq işləri həyata keçirildi, çoxlu sayda sosial təyinatlı müasir binalar inşa olundu 20 milyon kvadratmetr mənzil sahəsi əhalinin istifadəsinə verildi.

Bəhs olunan dövrdə 483,4 min şagird yerlik 700-ə qədər orta məktəb binası tikildi, ali məktəblərin sayı 17-, tələbələrinin sayı isə 70 mindən 100 min nəfərə çatdırıldı. Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu ən dəyərli ənənələr sırasında gərəkli ixtisaslara yiyələnmək üçün azərbaycanlı